ANARSHAHBAZI2007

BU SITE ANAR SHAHBAZI NIN KHUSUSI SITI DIR VA BURDAN SHAKIL VA YA MATLABI UNVANSIZ GOTURMAK DUZ DEYIL

1

«Qəd təcəlla min şüail-kəsi ənvarül-bəha,

Tilkə fəzlüllahi bəl yəhdi linurih mən yəşa.» [ 1]

şriqi-sağərdən etdi afitabi-mey tülu,

ğribi-minadə verdi aləmə nurü bəha.

Mey zühuru oldu sağərdən əyan aləmlərə,

Kur olma,çeşmüvə ver dövri-sağərdən cila.

Qülqüli-mina sədayi-həqqi eylər aşikar,

Dəvəti- həqdir, bu gün afaqı tutmuş bu səda.

Canü dil sübhi-əzəldən talibi-dildar ikən,

Şükr-kim, tapdı gözüm didari-sağərdən ziya.

Cami-mey ayineyi-əsrari-həqdir, ey könül,

İstəsən əsrari-həqqi, cam ilə ol aşina.

Yoxdu bir rəmzaşina bu əsri-bədfərcamdə,

Eyləmə əsrari-həqqi çox da, Seyyid, bərməla.

[İstinad 1: Badənin şüasından parlaq nurlaq təcəlla (təzahür) etdi, bu allahın mərhəmətidir ki, istədiyi adamı öz nuruna hidayət edər.]

2

Əya, zatın nihandır ol nihandan hər nihan peyda,

Olubdur hikmətindən cümlə bu kövnü məkan peyda.

Cahanı cam «ənə ərəf»[1]dən etdi məst əltafın,

Büruzə gəldi zatın, oldu ol kənzi-nihan peyda.

Cahanın xilqətindən məqsədin bir zati-əkrəmdir,

Məgər kətmi-ədəmdən olmaz idi bu cahan peyda.

Əgər mənzuri-çeşmin olmasaydı Əhmədi-mürsəl,

Bu abü tab ilə olmazdı ərzü asiman peyda.

Nəsimi-qəhrin eylər gəh xəzan yüz min gülüstani,

Bahari-feyzin eylər əsrgəh yüz gülsitan peyda.

Deyirlər lütfdən can zahir olmaz, bəs nədəndir bu

Olur hər ləhzə lütfündən neçə ruhi-rəvan peyda?!

Məzaqi-təlxkamani-cahanı etməgə şirin

Bu həm bir lütf koldu[2]Seyyidi-şirinzəban peyda.

*/

[İstinad 1: Bizi tanı ]

[İstinad 2: Ki oldu]

3

Ey tari-səri-zülfün «vəlleyli iza yəğşa», [1]

şşəms yüzün vəsfin zərratə qılıb inşa.

Ey mürşidi-nasuti, vey sayiri-lahuti!

Kim olmadı .həmseyrin Cibril şəbi-əsra.

Gün olsa kecə olmaz, ey mah, nədir vəchi,

Yəldayi-səri-zülfün gün üzdə olub peyda.

Sən cövhər, ərəz aləm, sən əsl, tüfeyl adəm,

Həm illəti-ğaisən, həm illətəsən məbda.

Hər illətə illətsən, sən baisi-xilqətsən,

Sən eyni-məşiyyətsən, sən aləməsən mövla.

Sən əvvəlü sən axir, sən zahirü sən batin,

Sən teyyibü sən tahir, sən surətü sən məna.

Ey çardə məsumun səyxeylü sərəfrazı,

Qurani-xudavənddə şahid bu sözə «Taha».

Xürşid cəmalindən bir zərrə əyan oldu,

Tur üzrə təcəlladən məbhut qalıb Musa.

Seyyid nəçidir etsin övsaf səni, ey şəh.

İzhari-xülusiyyət eylər sənə ol şeyda.

*/

[İstinad 1: Qaranlıq çökəndə. ]

 

4

Xah Musa damənin tut; xah İsa, ey fəta,

Tərk qıl fironi -nəfsi, eşqə eylə iqtida.

Eşqdir ol qüvveyi-cazib ki, xaki-Məkkədən

Etdi cismi-ünsüriyyi-Əhmədi ərşaşina. •

Eşqdir kim ki, edər vadiyyi-eyməndən xüruş,

Eşqdir kim ki, dirəxti-Turdən eylər nida.

Ol gədayi-eşq, sultanlıq muradındır əgər •

Kim, diyari-eşqdə afaqə sultandır gəda.

5

Görəndə xaməni ol növxətin bənanında,

Neyi-həsəd yer edər əhli-eşq canında.

Görən deyər üzüvi nöqteyi-mürəkkəb ilə

Ki, lalədir açılıb hüsn gülsitanında,

Çəkər bəyazına möhrə hənuz mərdümi-çeşm

Ki, ta yaza:neçə ayət üzün bəyanında.

Usan bu dərsdən, ey şux, məşqi-naz eylə,

Keçirmə vəqtini yaquti-ləb zamanında.

Qəmi-dəhanüvə kim, sərf oldu varü yoxum,

Hənuz «Əmrdü Zeyd» ol məhin dəhanında.

Bu mətləi-ürəfa ilə bu qəzəl, Seyyid,

Xəraci-Misrə dəgər əhli-zövq yanında.

*/

6

/Könül, ta var əlində cami-mey səbhəşümar olma,

Riyayi-xəlqdir, billah, namaz əhlinə yar olma.

Eşit sövti-müğənni, sakin ol meyxanə küncündə.

Müəzzin naləsindən məscid üçün biqərar olma.

Qurub təhtül-hənəkdən dam zahid, səbhədən danə,

Həzər, ey mürği-dil, ol danəvü damə şikar olma.

İmamə ixtiyarın vermə, hərgiz uyma təkbirə,

Onun tək faili-muxtarsən, biixtiyar olma.

şənmə buriya tək məscid içrə səcdeyi-səhvə,

Özü bu səhvdir, pamali-xəlqi-ruzigar olma.

Könül, meyxanə cənnət, badə kövsər, saqidir qılman,

Gedib vaiz deyən nisyə sözə ümmidvar olma.

Rümuzi-şerimin dərk etməmiş mənasını, Seyyid,

Gedib meyxanələrdə laübali meyküsar olma.

*/

7

Qoy, vaiza, məni yetişim xüm ayağına,

Həq vasil eyləsin səni kövsər bulağına.

Gər bir əyağ ilə tuta, lütf eyləyib, əlim,

Canım fədadı saqiyi-bəzmin əyağına.

Fəsli-bahar ola, mey ola, bir də yar ola,

Adəm həvəs edərmi dəxi xüld bağına?!

Saqi, şərab ilə məni sən tərdəmağ elə,

Kimdir baxan bu zahidi-xüşkün yasağına!

Bir biədəblik eyləmədik biz ki, vaiza,

Bizdən nə sadir oldu ki, dəgdi dəmağına?

Dövri-ləbində xüzri-xətindən xəbər-tutub,

şdü Xızır da çeşmeyi-heyvan sorağına.

Seyyid, gözün işıqlana kim, piri-meykədə

Verdi ziya mey ilə genə gün çırağına.

8

Gecə gördüm səni, ey afəti-dövran, yuxuda --

Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda.

Görmüşəm ləlüvi, lazımdı tökülsün qanım-,

Etibar olmaz əgərçi görələr qan yuxuda.

Zahirəçvabi-bəqayə yetəcək xəstə könül

Kim, bilibdir dəhənin sirrini pinhan yuxuda-,

Nola ləlin görübən zövq ilə xəndan olsam,

Rəsmdir şad olu hər kim ola giryan yuxuda.

Var ümidim ola cəmiyyəti-vəslin məqdur

Ki, qara zülfüvi göz gördü pərişan yuxuda.

Geçə gördükdə səfayi-rüxün, ey kəbeyi-hüsn.

Kaş olaydım, dolanıb başuva, qurban yuxuda».

Seyyidi-zar gerüb vəslüvi bidar olmuş,

Bir gədadır ki, görüb özünü sultan yuxuda.

9

Olmasaydı qəmi-eşqin dili-viranımda,

Saxlamazdım onu bu izzət ilə yanımda.

O qara xalı mənə versələ qanın içərəm,

Nə üçün mənzil edib arizi-cananımda.

Tutanı müshəfi-rüxsarüvi ol kafər xət,

Görünür gör nə xələllər .mənim iymanımda.

Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb,

Bu nə rəftardır ol sərvi-xuramanımda?

şəni xublərin könlümə fikri, Seyyid,

Əlli Yusif -tapılır gülbeyi-əhzanımda.

*/

10

Ey xəyali-qamətin daim əlif tək can ara.

Daği-eşqindən əliflər sineyi-suzan ara.

Eylə kim gəncini saxlar düzdlərdən gəncvər,

Saxlaram peykanların can tək dili-viran ara

Nalə eylər gecələr bimar, eyb etmin əgər --

Könlüm etsə nalələr ol zülfi-müşkəfşan ara

Sudə əksi-sərvü güldür, ey nigari-gülbədən,

Ya xəyali-qəddü ruyin dideyi-giryan ara?!

Can sevər peykanını, peykanı canı, bilməzəm

Kim salıbdır bunca ülfət can ilə peykan ara.

Etməsin zahid mənə təklifi-cənnət kim, mənim

Sənsiz olmaz xatirim xoş rövzeyi-rizvan ara.

Tökməgə qanımı dəgdi bir-birə müjganların,

Salacaqdır qanım, axır, qanı ol müjgan ara,

Çün visalından olur əğyar, ey məh, naümid,

Mən xoşam gər çıxsa canım möhnəti-hicran ara.

Gizlənib zülfündə könlüm bilmişəm kim, bu sözü

Gözlərin eylər işarət qəmzeyi-pinhan ara,

Mən özüm məhrum, leyk ol mahə əfğanım yetər,

Kaş olaydım, Seyyida, pinhan özüm əfğan ara.

11

Xoşa ol aşiqə kim məclisində yarı ola,

Visali-yardə fərxəndə ruzigarı ola.

Necə rəfiqi-müvafiqlə əgləşib içə mey,

Nə kəsri məclisi-meydən, nə intizarı ola.

Şərabə olmasa da gərçi nəqd simü zəri,

Şərabxanədə bari bir etibarı ola.

Bu gunə qoymaz idim, zülfüvə əsir olsun,

Əgər əlimdə dili-zarın ixtiyarı ola.

İlahi, bülbülə olsun həmişə gül həmdəm!

Müdam o xəstədilin gülşəni, baharı ola.

Mənim tək olmaya məhrum gülüzarından,

Nə qüssədən ürəgi qan, nə xar xarı ola.

Behiştə meyl eləməz, Seyyidin əgər, ey gül,

Yanında sən kimi bir yari-gülüzarı ola.

*/

12

Can nə lazımdır, əgər mənzuri-canan olmasa,

Bəsdi cananın xəyalı, qəm degil, can olmasa.

Nəfsi-əmmarə edər tərğib xəlqi zillətə,

Meyli-üsyan etməz idi kimsə şeytan olmasa.

Ey könül, daim elə şeytani-insidən həzər,

Küfrdə Fironi gör, qalmazdı haman olmasa.

Məcməi-əhli-dil olmazdı pərişan dəhrdə,

Gər səbadən türreyi-tarın pərişan olmasa. „

Sureyi-Vəlleyl zülfündür, yüzün Vəşşəmsdir,

Qəm degil aləmdə bundan qeyri quran olmasa.

Seyyida, iyman gətir rüxsari-yarə, bil yəqin,

Hər əməl etsən qəbul olmaz gər iyman olmasa.

*/

13

Nola xətdən ola gər arizi-dilbərdə qəra,

Ayədən zahir olur müshəfi-davərdə qəra.

Xətin ibraz qılır müshəfi-hüsnün sirrin,

Kim bilər mənini gər olmaya dəftərdə qəra?

Katibi-sün yazıb mehri-rüxün övsafın,

O ki xəlqə gerünür mahi-münəvvərdə qəra.

Kakilin şövqü düşüb başıma, batdım qəmə kim,

Rəsmi-matəmdnr, əzizim, ola kim sərdə qəra.

Qoyma xəttin gələ ayineyi-rüxsar üzrə, ^

Nə rəvadır ola mirati-Skəndərdə qəra.

Əksi-rüxsari-münirin düşəni, ey məhi-tam.

Əsəri-mehr yetirməz dəxi bir yerdə qəra.

Bu qəzəldən genə bir rəmz göründü, Seyyid,

Mətləbin qeyrdir, amma sözədir pərdə qəra.

*/

14

Nə dəm kim, xəlq ara ol gözləri cəllad olur peyda,

şər aləm hərasə, naləvü fəryad olur peyda.

Mənə mey ta xəti-bəğdad, ver, ey şahidi-Xülləx

Ki, şami-qəm gözümdən Dəcleyi-Bəğdad olur peyda.

O nazə dözməyən dil indi nari-hicrə səbr eylər,

Əcəb kim, mumdən xasiyyəti-fulad olur peyda.

Bu həsrət Xosrovun döndərməsinmi könlünü qanə

Kim, ol şirinləbə hər gündə bir Fərhad olur peyda.

Dolanmazdım əzəldən hiç bu nəxcirgah içrə,

Əgər bilsəydim ol ahuyə bir səyyad olur peyda.

Nə rüxsarın kimi gülzar ara bir gül olur -zahir,

Nə qəddin kimi Kəşmir içrə bir şimşad olur peyda.

hicabi-ismət içrə saxla təbi-bikrini, Seyyid,

şər kim, novərusi-nəzmə bir damad olur peyda.

*/

15

Güzərin düşsə dəri-dilbərə, ey badi-səba,

Yetir ərzim o güli-əhmərə, ey badi-səba!

Güli-cəfər kimi rəngim saralıb firqətdən,

De bu halı o güli-cəfərə, ey badi səba!

Təlxkam olduğumu zəhri-qəmi-hicrindən,

Ərzi-hal et o ləbi-şəkkərə, ey badi-səba!

Tabdən saldı kətan tək bu dili-bitabı;

Neyləmişdim o məhi-ənvərə, ey badi-səba?!

Peykərim peykəri-Cövza kimi, gör, oldu dü nim,

Ver xəbər ol büti-məhpeykərə, ey badi-səba!

Bu qara gün ki, mənim başıma hicrində gəlib,

həq nəsib eyləməsin kafərə, ey badi-səba!

Lalə tək daği-dili-sineyi-suzanımı gör,

Ver xəbər sünbülü susənbərə, ey badi-səba!

Bu Məhəmməd elədi Seyyidi-biyarı, həlak,

Ərz qıl rövzeyi-peyğəmbərə, ey badi-səba!

*/

16

Bu qədər kim görünür arizi-dilbərdə səfa,

Јoxdu јüzdən biri ol Kəbeјi-davərdə səfa.

Bu qədər Zəmzəmi tovsif eləmə, eј haci,

Abi-şuri nə qılım, var meјi-əhmərdə səfa.

Xəlq derlər ki, səfa јoxdu qəradə.-heјhat!

Bəs nədir bunca o geјsuјi-müənbərdə səfa.

Zahir əhli nə bilir zövqi-ləbi-meјgunun,

Bəli, hal əhlinə var badeјi-Xüllərdə səfa.

Badədən qeјri-ərəzdir nə ki var aləmdə,

Cövhəri-fərd budur, var bu cövhərdə səfa.

Getdi ol Kəbeјi-ülјa nəzərindən, Seјјid,

Dəxi tərki-vətən et, јoxdu bu kişvərdə səfa.

*/

17

İkram edər o gül mənə əğјar јanında,

Ta etsin özün sevgili,hər xar јanında.

Məqsud -bu kim, mən olam azürdə, rəqibi

Əgləşdirə ol јari-dilazar, јanında.

Sordum ki, rəqib ilə oturmaq nədir, eј şux,

Güldü, dedi: gül daim olur xar јanında.

Şadəm ki, gözün fikridi peјvəstə könüldə,

Xoşdur ki, təbibi ola bimar јanında.

Hər xar nə versin ərəqi-ruјüvə qiјmət

Kim, qədri gülabın olur əttar јanında.

Haşa ki, güli-tər ola rüxsarüvə nisbət,

Gül xarə dönər ol rüxi-gülnar јanında.

Gər ol sənəmin zülfi qəmindən ölə Seјјid,

Dəfn eјlədin ol sahibi-zünnar јanında.

*/

18

Xalın qəradı, zülf qəra, gözlərin qəra[1],

Bir ağ gün görərmi olan mübtəla sana?

Biganələrlə çünki olur aşina o gül,

Ey kaş olmayaydım əzəldən mən-aşina.

şki-Xəta dedim səri-zülfün, o gül dedi:--

Qanın hədərdi kim, genə sən eylədin xəta.

Yoxdur əgərçi vəchi-kifafım zəmanədə,

Bir şişə badə olsa mənə eylər iktifa.

Bildi cəfalərilə könül şad olduğun,

Tərk eylədi cəfalərin ol yari-bivəfa.

Ey dil, cəfası ilə vəfanın nə fərqi var,

Xoşdur nə eyləsə mənə ol yari-dilrüba.

Seyyid, təğafül eyləmə iksiri-badədən,

Məssi-vücudə lazım olubdur bu kimya.

*/

[İstinad1: Mətlə yoxdur]

19

Xət yüzün tutdu, dar əbruyi-hilalında şüa,

Gün qürub etdi, hilal oldu əyan, tapdı şiya.

Rumi-rüxsarüvi tutmağə xətü zülf gəlib,

Ya ki, Sudanü həbəş qövmi ediblər icma.

Zöhrəvü şəms nola müştəri olsa o məhə,

ştərisi çox olur rəsmdi xub olsa məta.

Sizi tarı, deyin, ol mah nə səmtə getdi,

Özümü bilməmişəm yar ilə həngami-vida.

Arizu etməz idim badeyi-Kövsər, Seyyid,

Gər verəydi mənə ol müğbeçə bir cam füqa

*/.

20

Gül qönçəlikdə gərçi olur xarə aşina,

Açsa niqabını olur əğyarə aşina.

Biganələrlə çünki olur aşina, könül,

Kaş olmayaydım ol güli-bixarə aşina.

Guya başında bir güli-alın həvası var,

Bülbül səbəbsiz olmadı gülzarə aşina.

Tökdü, dağıtdı arizə zülfi-siyahını,

Etdi zəmanədə günümü qarə aşina.

Gördüm rəqibə mail olan iltifatını,

Sandım rəqib kim, olacaq yarə aşina.

Cənnət həramım olsun əgər şəkvə eyləsəm,

Öz xahişimlə yaxsa məni narə aşina.

Lakin rəqib pəndin alıb, Seyyida, mənim

Etdi dili-həzinimi sədparə aşina.

*/

21

Bir əhdüvə sən etmədin, ey bivəfa, vəfa,

Qıldı fərağın ilə dili-binəva, nəva.

Zəmzəm tək oldu kuyüvə əşkim rəvan, rəvan,

Ol Kəbə içrə görmədi əhli-səfa, səfa.

Derdim ləb üstə xal düşübdür qələt, qələt,

Derdim o çini-zülfüvə müşki-Xəta, xəta.

Mən sadəlövhə qıldı o rüxsari al, al,

Qıldı günümü ol səri-zülfi qəra, qəra.

Qıl kuyi-yarə kəştüvi, ey çarəsaz, saz,

Ya rəb, sənə müin ola, ey naxuda, xuda!

Məkr ilə sallama dəxi təhtül-hənək, hənək,

Zahid, büsati-eşqdədir buriya, riya.

Ey çərxi-kəcmədar mənə oldu yar, yar,

Etməz o mahdən məni növki-cida, cida.

Etmə şikəstə Seyyidi, ey badəxar, xar,

Etsin sənə həmişə bu əhli-dua, dua.

*/

22

Qoymuşdu gər fələk məni həsrət cəmaluva,

Səd-şükr, aqibət ki, yetişdim visaluva.

hicri-rüxündə giryə ilə gəz[1] dolan gözüm,

Baxdı doyunca arizi-fərxəndə faluva.

Artar könüldə şövqi-tamaşayi-arizin,

Baxdıqca həsrət ilə sənin gül çəmaluva.

Qəm çəkmə, ey könül, dəxi eyşü nişat qıl

Kim, oldu çarə möhnətü dərdü məlaluva.

Qorxum budur ki, rəşk edə bu çərxi-kəcmədar,

həsrət qoya məni genə ol xəttü xaluva.

Lütf etmə qeyrə öldürü rəşk, ey pəri, məni,

şmə dəxi, amandır, əzəlki xisaluva.

Bil vəsli-yar qədrini, düşməzmi, Seyyida,

Hicrində çəkdigin qəmü möhnət xəyaluva.

*/

[İstinad1:Dəfələrlə]

23

Qalıbdı sən gedəni xatirim xəyalında,

Dönübdü qanə könül fikri-ləli-alında.

Bu hicrdən məni qurtarmasın, gedim, billah,

Xəyalım olmasa can verməgə visalında.

Səvadə çox baxanın məhv olur gözündən nur,

İnanmazam bu sözə dövreyi-cəmalında.

Ziyad olur gözümün nuru, ey gözüm nuru,

Səbahü şam təmaşayi-xəttü xalında.

Şərabə batmış idi, ləlini nihan gördüm,

Hanı bu zövqü səfa, ey Xızır, zülalında.

həkim naqis imiş, sandı ay üzündə kədər,

Görüb nigah əsərin ruyi-məh misalında.

Sənə bu rəmzi-nihan, Seyyida, degilmi cavab,

Dəhanın açmadı ol gül sənin sualında.

*/

24

Nə qədər gər ola bu çərxi-cəfacudə bəla,

Olmaz ol qədr ki, var ol büti-bədxudə bəla.

Nə bəlalər gətirir başıma çeşmin, јa rəb,

Nə qədər var imiş ol nərgisi-cadudə bəla.

Xətü xalü səri-zülfündən olub qan könlüm,

Kim görübdür bu qədər ləşkəri-hindudə bəla.

Mərdümi-didələrim rəncədi əşk içrə müdam,

Rəsmdir, kim ki qəriq olsa çəkər sudə bəla.

Eј könül, zülf ilə əbrusuna meјl etmə ki, var

Çini-zülfündə xəta, ol xəmi-əbrudə bəla.

Tapacaqdır məni hər јerdə kim, olsam guјa,

Olmasam mən, qalacaqdır qəmu qaјqudə bəla.

Görməmək јarı bəla, görməgi qeјr ilə bəla,

Seјјida, düş, јıxıl öl, o da bəla, bu da bəla!

*/

25

Zahid ki, atdı səngi-cəfa meј səbusuna,

Tanrı јetirməsin onu öz arizusuna.

Abid qaşın xəјalı ilə sərsəm eјləјib,

Mehrab içində bir bax onun göftügusuna.

Öz suzəninə rişteјi-Mərјəm qılıb təraz,

Gəlmiş Məsih zəxmi-dərunum rüfusuna.

Abi-həјat özündədi Xızrın, nəzarə qıl

Zülmati-qəmdə hər јan onun cüstücusuna.

Olmaz qəbul, taəti münkərdi, zahidin,

Јüz gunə diqqət eјləsə abi-vüzusuna.

Rizvanü hur əldə gəlib şişeјi-gülab,

Eј gülbədən, şəhidi-qəmin şüstüşusuna.

Çox da şikaјət eјləmə Seјјid, sipehrdən,

Dilxahi üzrə kimdi јetən arizusuna.

*/

26

Vermənəm könlümü bir dilbərə bundan sonra,

Olmanam aşiq o siminbərə bundan sonra,

Aldı iymanımı əldən, məni bidin elədi,

Aşina olmanam ol kafərə bundan sonra.

Oxşayır mahi-fələk çünki üzari-yarə,

Baxmanam mən bu məhi-ənvərə bundan sonra.

Badənin ləli-ləbi-dilbərə çün nisbəti var,

Tökmənəm badəni mən sağərə bundan sonra.

Ənbərin zülfüvün ol qədr ziyanın deyərəm,

Kimsə rəğbət eləməz ənbərə bundan sonra.

Dəxi ol sərvqədin kuyinə cənnət deyibən

Gəzmənəm küçələri heyvərə bundan sonra.

Etmənəm zülfüvün ovsafını, şair deməsin

0 pəri Seyyidi-qəmpərvərə bundan sonra.

*/

27

İnfiali-xətti-ruyindən tutuldu afitab,

Ləblərin görçək qızardı xiclətindən ləli-nab.

Hər günüm hicrində, ey məh, bir qiyamət tək keçər,

Bimürüvvətlikdir olsa bunlar ömrümdən hesab.

Novbahari-hüsnü etdikçə tərəqqi ol məhin,

Şərm edib hər gün uzaq yerdən dolanır afitab.

Olsa mərdümdən nihan gər nuri-çeşmim, həqqi var,

Xətti müşkin ol gözü ahuyə artırmış hicab.

Zülfün oldu bais, ey gülrux, Həlaki-Seyyidə,

Ari, ari bu məsəldir kim, iza kanəl-ğürab.[1]

*/

[istinad1: qarğa rəhbər olsa [zəlalətə aparar]]

28

Qəm çəkməyin bu gün ki, qürub etdi afitab,

Yüz afitab üzündən açıbdır bu gün niqab.

Rüxsari-yar çeşmdə, var əldə cami-mey,

Qəm yoxdu gər qürub edə yüz mahü afitab.

Ya rəb bu günkü məclisimiz xoş keçir bizim,

Bu məclisi-məhəbbətə göstərmə inqnlab.

Yar ilə kim, bu gün içirəm badə, ey Xızır,

Billah, gözümdə abi-bəqadır dəxi sərab.

Mey kimi ru-güşadə ikən ol pəricəmal,

Artırdı xətti yüzdə o məhruyə yüz hicab.

haci, Əli məhəbbətinə getmə Kəbəyə,

Meyxanəni təvaf elə kim, bundadır səvab.

*/

29

Nisfi-şəbdə istəsən kim, çıxsın ey məh, afitab,

Dur ayağə camə tök ta sübh minadən şərab.

Şöləvər qıldım ki, ahimdən məgər yansın rəqib,

Bəxti-bəd gör kim, özüm ol şölədən oldum kəbab.

Çərxi-kəcrovdən məgər təlim alıbdır kim, salıb

Rişteyi-ümmidimə hər ləhzə zülfün piçü tab.

Bəs nədən peykanları çeşmimdə oldu ləlgun,

Ey deyən kəs kim, sədəf baranı eylər dürri-nab.

Gün ki, hər saət girib bir əbr ara pünhan.olur,

Vəchi oldur kim, salıb mahim bu gün üzdən niqab.

Zahidi küfr öylə tutmuş düşməz iman fikrinə,

Gər yüzün vəsfində, ey məh, kökdən ensə yüz kitab.

Badəni tutdu bərabər ləlinə Seyyid bu gün,

Vacib oldu eyləmək ol biədəbdən ictinab.

*/

30

Etməz həya, düşər ruxi-dildarə afitab,

Eylər qara günüm bu üzü qarə afitab.

Gördüm səhər düşüb dəri-dildarə zərrəvar

Sandım rəqib olubdu məni-zarə afitab.

Ol afitabım eşqi ilə biqərar olub,

Bica degil düşər dərü divarə afitab,

Derlər ki, afitab budur, ol sitarədir,

Dursa müqabil arizi-dildarə afitab.

Laf etməsəydi arizi-yar ilə hüsndə,

Məhşərdə daxil olmaz idi narə afitab.

Ay kəsməyibdi gün qabağın, bu degil küsuf,

Aşiq olubdu bəs ki, o rüxsarə afitab.

Eynək qoyubdu çeşminə mahi-münirdən,

Eylər nəzarə. xətti-rüxi-yarə afitab.

Öz Zöhrəsilə mahimə bir müştəri olub,

Hər gün çıxar sipehrdə bazarə afitab.

Seyyid, ümid mərhəməti kəsmə yardən--

Kim, tərbiyət verir gülə, həm xarə afitab.

*/

31

Arizi-pakindi, ey nuri-xuda,ümmül-kitab,

Mahrüxsarım, bu yüzdən bir vərəqdir afitab.

Yetdi çün xaki-Mədinə məqdəmindən dövlətə,

Oldu virdi-asiman: ya leytəni küntü türab[1].

Ta niqab oldu sənin rüxsarüvə zülfi-siyah,

Afitab oldu nihan, hətta təvarət bilhicab. [2]

Əlləməl-əsmadə[3] oldun sən müəllim Adəmə,

Eyləyib İdris səndən dərsi-hikmət iktisab.

Qaibəm səndən, vəli könlüm sənin yanındadır,

Halıma şamil degildir nükteyi- mən ğabə ğab. [4]

Sən ki, şəhri-elmsən, ol şəhr babı Mürtəza,

Babiyəm ol babə mən övsaf qıllam bab-bab.

Yandı Seyyid şöleyi-nari-fəraqından sənin,

Qoyma kim, yansın onu duzəxdə, ey alicənab.

*/

[istinad 1: Ey bizi yaradan, məni torpaq et].

[istinad 2: Örtükd» gizləndi]

[istinad 3: Adları (əşyanı) öyrətməkdə]

[istinad 4: Qeyb olan qeyb oldu (ölən öldü) ].

32

«Rəbbi, ərni», sö ylədim, saqi mənə qıldı itab,

Nagəhan qıldı təcəlla Turi-sağərdən şərab.

Şəşəati-nuri-sübhani göründü badədən,

Kim onun bir zərrəsi olmazdı mahü afitab.

Mən dua qıldım, mənə düşnam verdi dilbərim,

Müstəcabüddəvə yəm, oldu duamız müstəcab.

E y xəti müşkin, xəti-re yhan ilə cədvəl çəkib,

Gülsitani-hüsnün övsafını yazdım bab-bab.

Bu gecə xab içrə ol zülfi-si yahı tutmuşam,

Var günahım, e y si yəhxət, qanımı tök, qıl səvab

Dövri-xəttindir nola pe yvəstə gəlsəm ku yüvə.

Şami-tirə e yləməz sail sualından hicab.

Se y yida, tutdu xəti-müşkin üzarın ol məhin,

Leyli-müzlim basdı afaqı, tutuldu afitab.

*/

33

Olsa nəzzarəsinə ol məhin üşşaqdə tab,

Zülfi-şəbrəngini rüxsarinə e ylərmi hicab?1

Kişvəri-eşqdə təmir ilə abad olmaz,

Ta könül olmasa se ylabi-sirişk ilə xərab.

Dane yi-xalüvə dil verdi könül mürğü, xoşam

Ki, yanıb atəşi-hicranın ilə oldu kəbab.

Duzəx əhlinə gələr atəşi-duzəx cənnət,

Versələr onlara gər möhnəti-hicrinlə əzab.

Nə səadətdi bu kim, küşte yi-tiği-sitəmin,

Şühəda silsiləsindən sa yılır ruzi-hesab,

Sitəmindən su yerinə qan axar, e y zalim,

Ona şahid tökülən didələrimdən xunab,

Tak a yağında olan xakə tamaşa e ylə,

Cam içində görünür, indi olub ləli-müzab.

Se y yida, e ylə Şəki mülkünə əlbəttə rəvan,

Bu qəzəl gərçi degil göfte yi-Nakamə cəvab.

*/

34

Görəsən kim nə imiş hörməti-səhbayə səbəb

Ki, həram etdi bu can cövhərini Şahi-Ərəb.

Məstlikdir səbəbi- hürməti gər səhbanın,

Qeyri-səhba dəxi bu məstligə çoxdu səbəb.

Var ümidim ki, nəsibi ola abi-kövsər,

Rəznişanlıqda ki, dehqan bu qədər çəkdi təəb.

Meyvəsi oxşamasaydı ləbinə dildarın,

Bağban əkməz idi bağdə bir nəxli-rütəb.

Ürəgim qan, sirişkim meyi-gülgunə dönər,

L əbi-innabinə hərdəm ki, dəgə mai- ənəb.

Udü səndəl nə gərək, nəkhəti-zülfün xoşdur,

Gülrüxüm mən degiləm dəhrdə həmmali- hətəb.

Seyyida, qoymaz idi şaxi-gül üstə qədəmin,

Bülbüli-məstdə olsaydı əgər rəsmi- ədəb.

*/

35

Qəmzə peykanın çəkib hərdəm bizə, ey nuşləb,

Bisəbəb qan tökmək istərsən, nədir axır s əbəb?

Vaiza, meykəşlərə daim qəzəbdir adətin,

Qorx o gündən kim, sənə piri-müğan eylər qəzəb.

Eşqdə bidərdlər eylər təəccüb halıma,

Yoxsa bu kişvərdə bir dərd əhli yoxdur, büləcəb»

G özlərin, ey səngdil, sındırdı könlüm şişəsin,

Məstlər bəzmində olmazmış müraati- ədəb.

Dəhr ara bir gül yetirdim, dərdi gülçin aqibət,

Kamə yetdi bitəəb- əğyar, mən çəkdim təəb.

Gahü gər dil istəyir busə üzündən, vəchi var,

Öz fəqirindir ki, quti-layəmut eylər tələb.

Mütriba, l əhni- hicaz ilə sürudun saz qıl,

Ta Məhəmməd eşqinə Seyyid bu şəb etsin tərəb.

*/

36

Çıxır can cismdən, bir dəm yetir cananımı, ya rəb

Görüb rüxsarını təslim edim bu canımı, ya rəb!

Görüb rüxsarını nəzr etmişəm kim, can edim qurban,

Yetir yarı, qəbul eylə mənim qurbanımı, ya rəb!

Təni-zarımdan al ya, ey xuda, bu cani-naşadı,

Mübəddəl qıl visali-yarə ya hicranımı, ya rəb!

Tənuri-pirəzəndən bədtər oldu çəşmi-xunpaşım,

Cahan qərq oldu, sakit eylə bu tufanımı, ya rəb!

Tökəydi qanımı, azad olaydım dərdi-hicrandan,

Gətir bir rəhmə ol bidadgər sultanımı, ya rəb!

Ümidim var kim, görsə fəğanım rəhm edə dilbər,

Yetir ol mahi-bimehrə mənim əfğanımı, ya rəb!

Tutub xət ruyin, oldu fitneyi-dövri-qəmər peyda,

Xətadən hifz qıl bu SeYYidi-nalanımı, ya rəb!

*/

37

Ləbi-ləlində xəs, ey mehri-səma, gerdüm əcəb,

Ləldə xasiyəti-kahrüba gördüm əcəb.

Görəsən ki, o kimin dəhrdə toprağı imiş,

Xak olandan sonra, mən kahrüba gördüm əcəb.

Rəgi-ləl oldu nümayan o ləbi-tərdə məgər,

Rəglərim nalə qılır, şurü nəva gördüm əcəb.

Olmadı yar yanında xəscə miqdarım,

Ləbi-dilbərdə xəsə zövqü səfa gördüm əcəb.

Öpdü xəs ləli-ləbi-yarı, mən oldum məhrum,

Cigərim qanə dönüb dərdü bəla gördüm əcəb.

Verdi dil kakili-pürpiçinə ol müşk-xətin,

Seyyidi başdan özüm bəxtiqəra gördüm əcəb.

*/

38

Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb,

Qönçələr qan oldular ləli-dürəfşanın görüb.

Yusifə zindan təmənna oldu mehrindən sənin.

Aləmi-zərratdə çahi-zənəxdanın görüb.

Bağban hər gündə bir sərvin qopardır bağdən,

Ta kim, ey ruhi-rəvan, sərvi-xuramanın görüb.

Guylər tək əşki-gülgunum olur hər yan rəvan,

Əldə çövkan, ərsədə Rəxş üzrə cövlanın görüb

Qoy ölüm, axır nəfəsdir, gəlmə nəşim üstə, ta

Qeyrlər mərg etməsin xahiş, bu ehsanın görüb.

Zəxminə mərhəm təsəvvür etdi tiri-Rüstəmi,

Əşkəbus, ey qaşı yay, sinəmdə peykanın görüb.

Qönçə tək yüz pirəhən çak etdi, ey gül, rəşkdən

Seyyidi-xunincigər çaki-giribanın görüb.

*/

39

Arizi-alın o şuxun xəti-reyhanı tutub,

Sünbüli-tər genə bu səhni-gülüstanı tutub.

Xət gəlib ruyinə, Rum içrə düşübdür qovğa,

şkəri-hindü həbəş kişvəri-sultanı tutub.

şti-Qıpçağı tutubdur Qaraqeytaq əhli,

Ya ki, ol xətti-siyəhdir rüxi-cananı tutub.

Təlxkam olsan əgər, var yeri, ey tutiyi-dil,

şkəri-murü məgəs bu şəkəristanı tutub.

Xət degil səfheyi-ruyində o xurşidrüxün,

Zilli-məxruti zəminin məhi-tabanı tutub.

Rüxi-yar üzrə düşən zülfi-siyəhdir, ya kim,

Pəri-Cibrili-əmin səfheyi-quranı tutub?!

Dəhəni-dilbərə dil meyl eləyib, qanə dönüb,

Əcəb olmuş, neyə məndən bunu pinhanı tutub?!

Saralıb rəngi-rüxün, ləblərüvün qanı qaçıb,

Səni, ey lalərüx, aşiqlərüvün qanı tutub.

Belə məlum gedib Seyyidin əldən o gülü,

Bülbüli-zar kimi aləmi əfğanı tutub.

*/

40

Olur qədim xəm o məhruyi biniqab görüb,

Necə ki, səcdə edər hindu afitab görüb.

Görüb könül açılır əldə tiği-bürranın

O növ kim, açılır təşnə könlü ab görüb.

ğanə gəlmə, könül, çəkdi yar şəmşirin,

Məbadə əl çəkə qətlimdən, iztirab görüb.

Xəyali-qəmzən ilə şərhə-şərhə oldu cigər,

Nolur gözün tökə qanımı,bir səvab görüb.

Sanıb nə görsə səni dil, yorur o təşnələbi

Ki, su deyib yügürür hər tərəf sərab görüb.

Keçib zəmani-visal, indi hicrdə halım

O şəxs təkdi ki, nagəh oyanə xab görüb.

Demin ki yarə, edib Seyyidi zəmanə zəlil,

Məbadə könlü yana, halimi xərab görüb.

*/

40

Tutdu bir ayinə kim, gör surətim, ol da, firib,

Yar ilə ayinədə öz əksimi sandım rəqib.

Baği-hüsnün dərdilər eşq əhli şəftalusunu,

Mən ki, bimarəm gərək sibi-zənəxdanın nəsib.

Sənsiz, ey gül, hur ola, bir kəslə ülfət tutmaram,

Ol səbəbdən olmuşam dünyadə hüsnün tək qərib.

Çarəyi-dərdimdə zəhmət çəkməyin, ey dustlər,

Dərdi-eşqə çarə olmaz, olsa Əflatun təbib.

Vəsldən düşdum cüda eyb etməyin əfğanımı,

Ağlamazmı fəsli-gül ayrılsa güldən əndəlib?

Mən necə səbr eyləyim ol Yusifim hicranına,

Ey əzizan, etməyib hicranə peyğəmbər şəkib.

Eşqə düşdüm kəsdi məndən ülfətin əhbablər,

Ya həbibullah, dəxiləm, Seyyidə sənsən həbib.

*/

41

Ol ahu gözlü, deyirlər, bu gün şikarə gedib,

Alıbdı səbrü qərarimi aşikarə, gedib.

Gedib şikarə bu gün ol qəzali-mişkinmu,

Aparmayıb itini bilmirəm nə karə gedib.

Gəlir mənə bu qəmin hər dəqiqəsi bir ay,

Bu gün o mah ki, bu şəhrdən kənarə gedib.

O şəh fərağı mənə rüx veribdi mat oldum,

Vəziri-əql düşüb dərdə, ol səvarə gedib,

Bu gün mənim gözümə afitab tar gəlir,

O zülfi qarə günümü edibdi qarə, gedib.

Gedib o qaşı kaman qeyrilə şikarə bu gün,

Xədəngi-hicri vurub xatirimə yarə, gedib.

Olubdu qaib o mahın behişt rüxsarı,

Salıbdı Seyyidini aşikarə narə, gedib.

*/

42

Bu naməni ki, yari-dilaram göndərib,

Canə sürur, könlümə aram göndərib.

Kafurə sehr ilə eləyib müşkdən rəqəm,

Sübh üzrə ya ki, nəqş qılıb şam göndərib.

Bu namə ilə canə verib sərfərazlıq,

Nakamü zar könlümə bir kam göndərib.

Öz aşiqi-şikəstədilü biqərarına,

Ol namə ilə bir neçə peyğam göndərib.

Bilmiş günüm fəraqı ilə qarə olduğun,

Dərdü qəmü fəraqə sərənçam göndərib.

Etmiş visalə Seyyidi-zarın ümidvar,

Öz mübtəlası könlünə aram göndərib.

*/

43

Bu gələn kimdi ki, yüz vəlvələ Şirvanə salıb,

Qulğülə, hüsnü onun, aləmi-imkanə salıb.

Qızarıb arizi-ali güli-tər tək meydən,

ıban ruyini eşq əhlini yüz qanə salıb.

Kimdi bu arizi xurşidi-dirəxşan ki, bu gün

Xunlər ləli-ləbi kuhi-Bədəxşanə salıb.

Bu əzizə neçə Yusiflər olub zarü əsir,

Hansının könlünü ol çahi-zənəxdanə salıb?

Dövri-ruyini tutub ləşkəri-xətti-siyəhi,

Mürlər rəxnə, məgər, mülki-Süleymanə salıb!

BUNA Mahmud deyim, bilməyirəm ya ki. Əyaz

Cəzbeyi-eşqini bu xatiri-sultanə salıb.

Görməmiş Seyyidi-sərgəştə o şəmi-hüsnü,

Bu əcəbdir ki, özün atəşi-suzanə salıb.

*/

44

Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib,

Ləbini mürdeyi-sədsalə görüb canə gəlib.

Həmdlər xaliqi-bimislə ki, Şirvanı genə

Salmağa tazədən ol müğbeçə samanə gəlib.

Meydə yox ləli-ləbində olan asari-səfa,

Sanma ki, gərdişə hərgiz belə peymanə gəlib.

Vərəqi-arizi-alın görüb ol lalərüxün,

Bağ ara bülbüli-şeyda genə əfğanə gəlib.

Demərəm adını mən, bax səri-hər beytə, bu gün

Bilisən Seyyid, özün kimdi ki, Şirvanə gəlib.

*/

45

Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut.

Tutma əldə zahidin təsbihini, peymanə tut.

Zahidü məscid təmənnasın çox etmə, ey könül,

Zahidi bir cüğd bil, həm məscidi viranə tut.

Xublər zülfündə görsən bu pərişan könlümü,

Boynu bağlanmış, onu, zəncirə bir divanə tut.

Ol məhi-namehriban istər ki, zülfün darəsin,

Sən götür ayinə, ey gün, ey qəmər ,sən şanə tut.

Can verib cananə, yan şəmi-rüxündən dilbərin,

Gər kəmal istərsən, ey dil, şiveyi-pərvanə tut.

Xublər eşqində gör şimdi mənim rüsvalığım,

Qisseyi-Fərhad ilə Məcnunu bir əfsanə tut.

Girmə sən məscidlərə namərd zahidlər kimi,

Seyyida, meyxanədə peymanəni mərdanə tut.

*/

46

Könül olubdu fərağında biqərar, ey dust»

Neçin məni elədin zarü dilfikar, ey dust!

Ümid əlim üzülüb daməni-visalından,

Sənə bu növ degildim ümidvar, ey dust!

Binayi-taqətimi seyli-ğəm xərab etdi,

Bu qədr gözlərimi etmə əşkbar, ey dust!

Visaldə neçə gün xoş keçirdi əyyamım,

Həsəd apardı bizə çərxi-kəcmədar, ey dust!

Nə sən fəraqə səbəb olmusan, nə mən bais,

Bu dərdə saldı bizi dövri-ruzigar, ey dust!

Səni vəfalı bilib eşqinə könül verdim,

Pəriliqalərə olmazmış etibar, ey dust!

Olan nə lütf idi, ey gülüzar, bu nə cəfa,

Tərəhhüm et, məni öldürdü xar-xar, ey dust!

Səni qəsəm verirəm ol kərimi-zişənə,

Bəyan qıl mənə könlündə hər nə var, ey dust!

Fəda olum sənə, Seyyid sənin qulamındır,

Bu qədr zillətə etmə onu düçar, ey dust!

*/

47

Ey xəstə könül, əzmi-səri-kuyi-nigar et,

Ol kuydə can nəqdini cananə -nisar et.

Mahi-rüxi-canan xət ilə oldu siyəhgun,

Gün keçdi, könül, gəl dəxi fikri-şəbi-tar et.

Peymanəni sındırmaya ta səngi-Həvadis,

Mey şişələrin dövrənə, ey dust, həsar et.

Cəhd et olasan vəsvəseyi-əqldən azad,

Məcnun kimi seyr etməgə səhrayə güzar et.

Məsciddə həsiri eləmə aləti-təzvir,

Mərdanə qədəh tut, bu riyadən dəxi ar et.

Mənzurun əgər aləm ara kəsbi-ziyadır,

Bir mahrüxün tut ətəgin, busi-kənar et.

Ey Seyyid, əgər həşt-behişt isə muradın

Aləmdə, yeri, peyrəviyi-həştü çəhar et.

*/

48

Nola dil bilməsə rəmzi-rüxi-cananı dürüst,

Kimdir ol kəs ki, bilə məniyi-quranı durüst.

Sünbüli-zülfün o gül etsə şikəstə üzünə,

Qalmaz əhli-vərəin din ilə iymanı dürüst,

Bülbül övsafi-rüxün qıldı məgər gülşəndə,

Qalmadı bağdə bir qönçə giribanı dürüst.

Qönçənin könlü bütün, leyk yox əhdində vəfa,

Bülbülün qəlbi sınıq, etdigi əlhanı dürüst.

Dura bilməz üzüvə mah müqabil bir gün,

Ayda yüz dəfə əgər kim, ola nöqsanı dürüst.

Bir gecə hüsnüvə oxşatdı özün Ay, odu kim,

Elə bir yanı şikəstə olu, bir yanı dürüst.

Demə, Seyyid, ki şikəst eylədi peymanını yar,

Hiç bir yar olurmu ola peymanı dürüst?

*/

49

Yar eyləsə üşşaqi-diləfkarə ədavət,

Mümkün degil aşiq eləsin yarə ədavət.

Gər qanımı içsə mənim ol dilbəri-xunxar,

Mən kafir olum, etsəm o xunxarə ədavət.

Xar etmə məni hicrin ilə, ey gülü-bixar,

Gülşandə haçan gül eləyib xarə ədavət?!

Səlmanınam, ey Əhmədi-Muxtari-zəmanə,

Səlman eləməz Əhmədi-Muxtarə ədavət.

Bir kərrə ədavət eləsəm mən sənə, ey gül,

Yüz kərrə edim Heydəri-Kərrarə ədavət.

Bülbül gülə eylər gilə, ey novgüli-rəna,

hərgiz eləməz gülşənü gülzarə ədavət.

Yandırdı gecə şəmi-şəbistan pərü balın,

Pərvanə haçan etmiş idi narə ədavət?

Könlümə dolub mehrin, ədavət yeri yoxdur,

Tək sən eləmə Seyyidi-biyarə ədavət.

*/

50

Əğyarı ki, gördüm eləyir yarə məhəbbət,

Minbəd gərək mən edim əğyarə məhəbbat.

Gər yar üçün əğyarı tutum dust, nə eybi,

Gül xatirinə eyləmişəm xarə məhəbbət.

Zülfi-siyəhi-yarə şəbih olduğu yüzdən

Daim qılıram rişteyi-zünnarə məhəbbət.

Gər meylim ola şəmi-rüxi-yarə, nə nəqsi,

Adətdi ki, pərvanə edər narə məhəbbət.

Qurbandı dilü can səgi-kuyinə o mahın,

Möminlər edər, rəsmdi, zəvvarə məhəbbət.

Xət gəldi ruxi-yarə, füzun oldu məlalım,

Axır günümü eylədi gör qarə, məhəbbət.

Seyyid, o siyəh zülf mənim oldu tənabım,

Mənsur kimi çəkdi məni darə məhəbbət.

*/

51

Könül, vurub başuva tişə növhə bünyad et,

Savabın ol əməlin vəqfi-ruhi-Fərhad et.

Qulami-kakilinəm, məndən ar edirsən əgər,

Çevir məni başuva, sərv-qəddim, azad et.

Könül səraçəsini vermişəm sənə, ey eşq,

Dilərsən eylə xarab, istər isən abad et.

Cəfavü cövrünə müxtəsdir mənim fərəhim,

Get, özgələr ürəgin lütfün ilə sən şad et.

Könül, genə sənə həmdəmdi Kuhkən, billah,

Üzün tutub tərəfi-Bisütunə fəryad et,

Görüb cəfasını ta qeyr tərki-eşqin edə,

O mahparəni, ey dil, cəfayə mötad et.

Keçən gecə yuxuda, Seyyida, mənə Məcnun

Dedi ki, sureyi-«Vəlleyl» oxu, məni yad et.

*/

52

Dönər rəyimlə kim, bir dəm bu çərxi-kəcmədar əlbət,

Olur tədbirimə bir gün müvafiq ruzigar əlbət.

Gətirdin, ey könül, zarə məni sən ahü zarınla,

Çəkər ol dilbəri-bimehr tiği-abidar əlbət.

Yaxırsan cismi-zarım atəşi-ahınla hər saət,

Gəlir mövcə, könül, dəryayi-çeşmi-əşkbar, əlbət.

Xəyali-zülf ilə hər şam dil yüz piçü tab eylər,

O bəxti-qarənin, ey mah, bir məqsudu var əlbət.

Nə baxmaqdır mənə, ey müddəi, çeşmi-həqarətlə,

Olur gərduni-dunun gərdişindən yar, yar əlbət.

Meyi-külfamdən zahid sözilə eylədin tövbə,

hələ səbr eylə sən, Seyyid, gəlir fəsli-bahar əlbət.

*/

53

Nə tutmuşsan, könül, qürbət diyarın, əzmi-Şirvan et

Tamaşayi-rüxi-yar ilə seyri-kuyi-canan et.

Nə olmuşsan giriftari-qəfəs, ey tayiri-qüdsi,

Çıxıb bu damdən pərvaz qıl, seyri-gülüstan et.

Təəllüq aləmindən əl götür, təcrid qıl hasil,

Məsiha tək məqamın xaneyi-xurşidi-rəxşan et.

Könül ver bir nigarə, fariq ol dünyavü üqbadən,

Pərişanlıq binasın eylə viran, fikri-saman et

Əgərçi çoxdu Şirvan içrə ziba şuxlər, Seyyid,

Bəli sən canuvi şövq ilə İsmailə qurban et.

*/

54

Eylədi vəsf könül arizi-cananı qələt,

Oxudu tifl bu məktəbdə «Gülüstanı» qələt.

Sandı güldə tapılır nəfxeyi-zülfi-siyəhin,

Etdi hər fəsldə dil seyr bu bustanı qələt.

Səfheyi-arizinə katibi-qüdrət o gülün,

Biməqam etdi rəqəm ol xəti-reYhanı qələt.

Sandılar kim düri-dəndanına.həmtay olur,

Saldılar məğlətəyə gövhəri-qəltanı qələt,

Bağdə açdı yüzündən o güli-tazə niqab,

Çaşdırıb bülbül özün, eylədi əlhanı qələt.

Qaşların «nuni-qələm», zülfünü «Vəlleyl» dedim,

Dedilər kim, oxudun ayeyi-quranı qələt.

«Qab-qovseyn» oxudum əbruyi-yarı, Seyyid,

Vay o gündən ki, müfəssir verə mənanı qələt.

*/

55

Ta ki, gəldi əbr tək rüxsari-mahi-yarə xət,

Ruzgarım eylədi ol zülflər tək qarə xət.

Atəşin rüxsarə xəttin gəldi könlüm almağa,

Rəsmdir əhli-əzaim kim, salırlar narə xət.

Gülsitani-kuyi-dilbər vəsfinin inşasına,

Katibi-qüdrət yazıb reyhan ilə gülzarə xət.

Gəldi xət rüxsarına, üşşaqə dəgdi yarələr,

Görməmişdim kim, bu sirri qəlbə vursun yarə xət.

Əşki-gülgundur midadım, xameyi-mücgan ilə

Yazdım, ey gül, şami-hicrində dərü divarə xət,

Xətti gəlcək qətli-amə açdı əl ol gül, məgər

Hüsn sultanı yazıbdır qətl üçün sərdarə xət.

Qarə olsun ruzigarı xətti-yarın mən kimi,

Tirə etdi ruzigarım, Seyyida, ol qarə xət.

*/

56

Kim ki, ağzın qönçeyi-xəndan güman eylər, qələt,

Ləli-nabın çeşmeyi-heyvan güman eylər, qələt.

Hansı gündən vaqifi-əsrari-qeyb oldu həkim,

Gər dəhanın nöqteyi-pinhan güman eylər, qələt.

handa görmüş, ya eşitmiş -bağbani-ruzigar,

Kakilin gər sünbülü reyhan güman eylər, qələt.

Yusifi bir zərrə hüsnün qıldı məşhuri-cahan,

El səni gər Yusifi-Kənan güman eylər, qələt.

Hər mərəzdə var təbibin şöhrəti, amma əgər

Dərdi-eşqi qabili-dərman güman eylvr, qələt.

Talibi-dünya olan dünyadə qalmaz müttəsil,

Aləmi gər mülki-cavidan güman eylər, qələt.

Hiç söz yox şeyxi-şəhrin qüvveyi-təşxisinə,

Seyyidi gər qabili-ürfan güman eylər, qələt.

*/

57

Ey zülfi-tabdardə rüxsarı guyi-ac,

Sən hüsn şahı, kakili-müşkin başında tac.

Bir nim qəmzə bəsdi könül şəhrin almağa,

Üz vermə, üzdə xətti-siyahə yox ehtiyac.

Sənsən o mahi-bürci-məlahət ki, dəhrdə

Yusifdən aldı şəhneyi-hüsnün xəracü bac.

şmüş gəzər dalımca, uşaqlar, əlində daş,

Səd şükr kim, mətai-cünunum tapıb rəvac.

Bildi məgər təbib ki, bimari-çeşminəm,

Eylər həmişə rovğəni-badam ilə əlac.

Hər tarı bir tikan təki cismimə sancılır,

Dibac olsa xəsteyi-eşqə əgər dəvac.

Gəl ey Məsih, lütflə bir gün əyadətə,

Seyyid həvadis ilə olub münqəlib-mizac.

*/

58

Mən həkimi-ruzigarəm, dəhrə hökmümdür rəvac,

Əyyühənnas üşrübü xəmrən ləküm minhül-ilac.[1]

Gənc-istiğna üçün xurşidi-sağərdir dəlil,

Sirri-rövşəndir bu, istidlalə yoxdur ehtiyac.

Şahlıq tac ilə olmaz, əldə Cami-Cəm gərək,

Yoxsa vardır, ey pərivəş, hüdhüdün başında tac.

Xar tutma əhli-eşqi, ey əzizim kim, düşüb--

Yusifin bazarına eşqi-Züleyxadən rəvac.

Canım aldın, alma peykanın dili-suzandən,

Rəsmdir kim, şahlər viranədən almaz xərac.

Tərki-mey əmrilə qəmnak etmə, ey vaiz, bizi--

Kim, məzaqi-canımız meydən tapıbdır ibtihac.

Ərrəhil, ey zayirani-beyti-paki-meykədə--

Kim, bu gün ol Kəbəyə Seyyid olubdur miri-hac.

*/

[istinad 1: Ey insanlar, şərab için ki, sizin dərdinizin dərmanı olsun].

59

Münqəlib oldu həvadislə məni-zarə mizac,

Ey Məsihanəfəsim, qıl məni-bimarə əlac!

Rövşən et xanəmizi bir gecə təşrifinlə,

Ey cəmalı fələki-hüsnə siraci-vəhhac.

Abi-Kövsər ləbi-şirininə nisbət, guya

Biridir əzbi-Fəratü biridir milhi-Ücac.

Tutmusan dəhrdə, sən hiç müsəlmanın əlin?

Etməsin tarı sənə-kafəri, ya rəb, möhtac.

Şəm pərvanəni yandırmaz idi, amma sən

Yandırıb aşiqi, etdin bunu aləmdə rəvac.

şkəri-Zəngü həbəş tutdular ətrafi-rüxün,

Dəxi müşküldü bu gün Kəbəyə-getsin hüccac.

Daneyi-kəndümi-xalinə təmə eyləmə kim,

Seyyida, cənnəti-kuyindən edərlər ixrac!

*/

60

Ey qoyan başına izzətlə «ləəmrük»dən tac,

Şahsən, feyzinə məcmueyi-aləm möhtac.

Zati-pakindi sənin vasiteyi-ərzü-səma,

Arizin pərtövüdür göydə siraci-vəhhac.

Qabi-qovseyn o kəman qaşlaruvun ovsafı,

Ey xədəngi-səfi-mücganına canlar amac.

Görünən çərxdə hər ayda degildir məhi-nov,

Əsəri-nəli-Büraqindi zəmani-merac.

Çarəsi şərbəti-göftari-şəkərbarındır,

Ola bir kəsdə həvadisdən əgər sui-mizac.

Rüsuli-sabiqə səndən yetişib izzü şərəf

Necə kim, sikkə ilə sim bulur qədri-rəvac.

Öz rəhi-şərini qıl Seyyidə qismət kim, olub

Müxtəlit əzbi-Fərat ilə bu gün milhi-Ücac.

*/

61

Şəbi-vəsl olsa o məhdən mənə bir cam bərat,

Yegdir ondan ki, şəbi-Qədrdə yüz min həsənat.

Ölümümdür mənim ol ruhi-rəvansız bu gecə,.

Gər içəm badeyi-gülgun yerinə abi-həyat.

Sərvi pəst etdi qədin bağdə cövlanə gəlib,

Bu nə rəftardır, ey dilbəri mövzunhərəkat?

Demə kim lüknəti var, bəs ki ləbi şirindir,

Yapışır ləblərinə hiyni-təkəllüm kəlimat.

Cami-mey təşnəsiyəm, qoymaz içim zahidi-dun,

heyf ki, düşdü bu zalım əlinə abi-həyat.

Can verəndə oxuyun nəğməni quran əvəzi,

Qəbrim üstundə verin ruhuma meydən xeyrat.

Seyyida, sən get oxu sidq ilə quran, ki mənim

Əzbərim mimi-Məhəmməddi, şüarım sələvat.

*/

62

Mücdə, ey dil, gələcək bu gecə canan-xəlvət;

Verəcək qalibi-biruhumuza can xəlvət.

Mərdümi-didə xəyal ilə həmağuş olmuş,

Sanki Bülqeysə edib sərh Süleyman xəlvət.

Sinəmin dağlərin mən necə pinhan qılım,

Olumu, padşəhim, hiç çırağan xəlvət.

Xət gəlibmiş demə rüxsarına ol sim-tənin,

Gətiribmiş, nə bilim, kafəri iyman xəlvət?

Vadiyi-vəhdətə gəl, ey dili-divanə, dəxi

Ola bilməz bu sifət hiç biyaban xəlvət.

Çıxdı pirahəni-çakilə gülüstandan gül,

San, Züleyxa ilə etmiş məhi-Kənan xəlvət.

Gah peyğami-cəfa, gah bəlayi-hicran,

Seyyidə yar qılır gündə bir ehsan xəlvət.

*/

63

Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadən keç,

Əgər adəmsən, insaf et, bu vəzi-narəvadən keç.

Gözüm yaşından, ey sərvi-rəvan, rəncidə olmuşsan,

Bu təsiri-sitarəmdir, gəlib ol macəradən keç.

Pərişanlıqdan ol zülfü dedim dün nafeyi-Çindir,

Çevir öz başına, ey gül, məni, sən ol xətadən keç. -

Dəhani-yardən bir söz təmənnasindəsən çoxdan,

Nə çıxsın yoxdan, ey dil, bir usan, bu müddəadən keç.

Həsiri aləti-təzvir edib əgləşmə məsciddə,

Gəl, allahı sevərsən, zahida, sən buriyadən keç.

Səfayi-xatir olmaz aşiqə meyxanəsiz, ey dil,

Əgər bu Kəbədən çəkdinsə əl, bəs get Səfadən keç.

Cahan mülkündə, Seyyid, yoxdu bir ehsani-biminnət,

Şikəstə xatirə səbr eyləyib, ol mumiyadən keç.

*/

64

Badeyi-gülfamdən rəngin gülüstandır qədəh,

Lalələr, güllər açılmış, bağü bostandır qədəh.

Əksi-xurşidi-rüxi-saqilə tapmış tərbiyət,

Ləlü gövhərdən dolu kani-Bədəxşandır qədəh.

Gər desəm Məryəm, edər təsdiq əhli-ruhlər,

Kim bunu inkar edər ki, hamili-candır qədəh?

Ləli-meydir, ya nigini-xatəmi-əngüşti-Cəm,

Beyzeyi-xurşid, ya taci-Süleymandır qədəh.

Xizrü Musadən qədəh sirrin sual etdim, dedi: ,

ştiyi-Bəhreynə bənzər, bari-mərcandır qədəh.

Bir-birindən zərrəcə aləmdə olmazlar cüda,

Badə İsadır məgər, xurşidi-rəxşandır qədəh. .

Zahida, sən dəhrdə siparələr al, vəqf qıl,

Seyyidin ərvahına aləmdə ehsandır qədəh.

*/

65

Mahi-bimehrim əgər kim göstərir rüxsar sübh,

Öz tüluundan olub şərməndə, eylər ar subh.

Açmaz idi göz ruxi-xurşidi-rövşənpeykərə,

Gər o mah eşqində olsaydı mənim tək zar subh.

Geçə ol mah ilə həmbəzm olduğumdan dağ olub,

Sanma gundüz daği-pinhanın qılır izhar sübh.

Şam edib eyşü tərəb, yatdı o məh şəbgirdə,

Xabi-qəflətdən əcəb bivəqt olub bidar, sübh.

Gəldi mahım, çıxdı gün, mən gövhəri-əşkim saçıb, •

Qıldı həm şabaş yüz min gövhəri-şəhvar subh.

Qaziyi-Beyzavi tək «Vəşşəms» təfsirin qılıb,

Zərrə-zərrə kainatə kəşf edər əsrar sübh.

Arizi sübhi-əzəldən aldı pərtövlər məgər--

Kim, səbahətlər qılır hər sübh istizhar sübh.

Seyyida, yetsəm əgər bir şəb o mahın vəslinə,

Bilmərəm gün yoxdu bu aləmdə, ya kim, var subh.

*/

66

Ey badi-səba, qasidi-müşkinərəvayeh,

Ol gözləri-ahuyə qıl əhvalımı vazeh.

Naseh, nə dögürsən bu qədər ahəni-sərdi,

Divanəyə eylərmi əsər pəndu nəsayeh.

Onlar edər eşq içrə mənə indi nəsihət--

Kim, bundan əvail mən idim onlara naseh.

Mən taət üçün geyməmişəm xirqəni, zahid,

Ancaq bunu bildim özümə sətri-qəbayeh.

Həqdən oluram bir vələdi-salehə talib--

Kim, düxtəri-rəz əqdinə oldum genə nakeh.

Rəsmi-qəzəlin xatəmi yox, mən də rəsuləm,

Maqəblə mənəm xatəmü mabədimə fateh.

Ərşi-əhəd altında olan kənzi-nihanə,

Ey Seyyidi-xoşnəzm, zəbanındı məfateh.

*/

67

Sənsiz fəzayi-cənnəti-məvadə yox fərəh,

Ətrindən olmasa güli-rənadə, yox fərəh.

Eylə mərizi-eşqə ləbin çarə, ey həkim,

Məcuni-ləli-nabi-müsəffadə yox fərəh!

Derlərdi zəfəranı müfərreh, nədəndi bəs,

Rəngim saraldı, yarə bu mənadə yox fərəh!

Busə nə qədr çox ola xoş, laəqəl iki,

şhurdur ki, buseyi-tənhadə yox fərəh.

Meydən murad buseyi-sağərdir, ey könül,

şrutu olmayan meyi-səhbadə yox fərəh.

Meracın ilə oldu fərəhnak ərşiyan,

Sənsiz, həbibim, ərşi-müəlladə yox fərəh.

Nadan tapar həmişə fərəh vəsli-yardən,

Seyyid, cahanda xatiri-danadə yox fərəh.

*/

68

Şikəst sübhə verir rövnəqi-səfayi-qədəh,

Cilayi-aləmə baisdir incilayi-qədəh.

Behişti-Ədndən Adəm gətirdi toprağın,

Behişt lütfüdu xaki-tərəffəzayi-qədəh.

ıldı feyzi-qədəhdən üzümə çox qapılar,

Zibəs ki, mən oxudum ruzü şəb duayi-qədəh,

Məqami-qürbə işarətdi «qaf»i, «dal»i dilə,

Həzar hikmət «ha»-indədir, fədayi-qədəh.

Qədəh bəhasına can vermək istərəm, amma,

Nə çarə kim, iki aləm degil bəhayi-qədəh.

Qədəh sənasını sən nəğmə eylə, ey bülbül,

Mənim təranələrim çün degil səzayi-qədəh.

Sənayi-zati-xüdayi-cahan muradın isə,

Həmişə, Seyyid, elə sidq ilə sənayi-qədəh.

*/

69

Saqi, səbuh tərkini qılma ələssəbah,

Bir cam ilə xumarımı rəf eylə, ta rəvah.

Minayi-mey müəzzinə bənzər ki, naləsi

Can guşuna bəşarədi «həyyə ələl-fəlah».

Kuyündü qiblə, xaki-dərin səcdəgahımız,

Adındı xəstə dillərə təkbiri-iftitah.

Tökməzdi bunca qanlar o sultani-gülrüxan,

Gər bilməsəydi qanını eşq əhlinin mübah.

Fovt etmə vəqti-eyşi ki, yox ömrə etibar,

«Əl eyşü bərqi-xatifü vəl ömrü kərriyah»[1]

Yarı görüncə qeyr ilə cövlanda hər zaman,

Xoşdur mənə əgər gözümə sancıla rimah.

Yox ləfzi-qeyri-müstələhin hüsnü şerdə,

Eylə qəzəl ədasını movqufi-istilah.

Seyyid, qəzəldə ləfzi-qəliz etmə, mündəric--

Kim, kəşfinə zərurət ola «Kənz» ya «Sihah»,

*/

[İstinad1:eyş--çaxan ildırım, ömr--küləkdir]

70

Dedilər xəlq ki, var badeyi-həmradə fərəh,

Yarsız görmədim ol cami-qəməfzadə fərəh.

Yarsız neyləyirəm seyri-gülü gülzarı,

Olmasa yar, olumu cənnəti-məvadə fərəh?

Şəbi-meraci-visalın məni zar etdi rəqib,

Görmədim, seyr elədim çərxi-müəlladə fərəh.

Çeşmi bimarına mərbutdur, ey gül, fərəhim,

Baxmışam yüz kərə, yox nərgisi-şəhladə fərəh.

Dağım olduqca füzun şad olur aşüftə könül,

Tifl üçün eyddə var ziynəti-kaladə fərəh.

Yarımın adını bildikdə fərəh hasil olur,

Onu təshif eləsən var bu müəmmadə fərəh.

Seyyida, eylə fərəh, çəkmə bu dünya qəmini,

Çünki beş günlük olur bülbüli-şeydadə fərəh.

*/

71

O-gündür aşiqi-miskinə ruzi-istiftah

Ki, nuş eyləyə ol nuş-ləblə sağəri-rah.

Diyari-eşqdə bir tiflə mən giriftarəm

Ki, şiri-madəri tək qanımı bilibdi mübah.

Dönübdü bəhrə gözüm möhnəti-fəraqından,

Olubdu mərdümi-çeşmim o bəhrdə məllah.

Nəkarəyəm, nəçiyəm mən, bir ixtiyarım yox,

Səlahi-karım odur ki, odur sənə islah.

Nə xarlıqdı, könül, xardən götürməz əl

Həzar mərtəbə bülbül gülə edə illah.

Xərab olmadı bir gunə dil fəraqindən

Ki, eyləyə bilə memari-vəsl onu islah.

Nə qürrəsən bu vəfasız həyatə, ey xacə,

Nəhayət oldu bu şəb, ömrdür çiraği-səbah.

Bu gecə gördü yüzün öz nigarının, Seyyid,

Münəvvər oldu bu müşkatdə məgər misbah.

*/

72

Ta ki tapdı səndən ey məh, ziynətü zivər külah,

Ayrılıb səndən dəxi xurşidə əgməz sər külah.

Zülfi-pürxəm üstünə əkmiş külahı dilbərim,

Rəsmdir mar üstə ari, qoymuş əfsungər külah.

Sərvü məh derdim o tubaqamətü məhtələti,

Sərv əgər geysə qəba, qoysa məhi-ənvər külah.

Padişahi-hüsnsən, əhli-məhəbbət ləşkərin,

Məsnədin övci-məlahətdir, sənə əfsər külah.

Bu külah ilə tutub gün-tək cahanı şöhrətin,

Mahruyim, başa qoy hər gündə bir digər külah!

Çox müsəlmanın yetirdin çərxə dudi-ahını,

Ta ki, qoydun başa sən naz ilə, ey kafər, külah!

Bu külah ilə müsəxxər qıldı Seyyid aləmi,

San, qoyubdur başına himmətlə İskəndər külah.

*/

73

Aldım ələ peymanə, təvəkkəltü ələllah!

Oldum genə rindanə, təvəkkəltü ələllah!

şdüm həvəsi-silsileyi-zülfi-nigarə,

Oldum genə divanə, təvəkkəltü ələllah!

Ol həlqeyi-zülfündə görüb gəndümi-xalın,

Aldatdı məni danə, təvəkkəltü ələllah!

Qorxum budu cəmiyyətimiz ola pərişan,

Yar aldı ələ şanə, təvəkkəltü ələllah!

Mən aşiqi-divanə, uşaqlar əli daşlı,

Çıxdım genə meydanə, təvəkkəltü ələllah!

şar salıb boynuma zülfi-siyəhindən,

Döndüm genə Sənanə, təvəkkəltü ələllah!

Seyyid məni-tərdaməni vəslində bilibdir,

şdüm quru böhtanə, təvəkkəltü ələllah!

*/

74

Ey könül, sirri-dəhani-yardən asar yox,

Getdi bu bir nöqtə sövdasında əldən var-yox.

Ləblərin tək kan ara hərgiz tapılmaz ləli-tər,

Dişlərin tək bəhri-Ümmanda düri-şəhvar yox.

Dedilər istə ləbindən dərdi-pinhanə dəva,

Qoy nihan qalsın ki, məndə qüdrəti-izhar yox.

Yarı əğyar ilə görsən qılma, ey dil, nalələr,

Gülsitani-aləm içrə bir güli-bixar yox.

Can çəkib pinhanı çox sordum dəhani-yardən,

Yox bilən, söz çox, vəli bir vaqifi-əsrar yox.

Olmuş ənvari-təcəlla Turi-vəhdətdən əyan,

«Rəbbi ərni»[1] söyləyən bir talibi-didar yox.

Yarını əğyar ilə gördü, özün öldürmədi,

Adını aşiq qoyub, Seyyiddə hərgiz ar yox.

[İstinad 1: ey mənim allahım, özünü mənə göstər]

75

Neyləyirsən Müshəfi zahid . cəmali- yarə bax,

Ayeyi-nuri bəyan eylər,ləbi-dildarə bax.

Yar kuyində sirişkim seylinə eylə nəzər,

«Rovzeyi-cənnati-ədnni təhtəhəl-ənharə»[1] bax.

Xət gəlib ərablər kimi təvafi-hüsnünə,

Qıl tamaşa hüsnünə, bu kəsrəti-zəvvarə bax.

Qərü ənbiqi-dü çeşmim çəkdi ruyindən gülab

Qətrə-qətrə əşki-gülgunimi gör, əttarə bax.

Surəti-rəhmanı görmək xahiş eylərsən, könül,

Masivadən göz yumub ol arizi-gülnarə bax.

Bir kitabullahdır hər bərgi-gül, ey əndəlib,

Qönçəyə seyr eyləyib məstur olan əsrarə bax.

Seyyida, oldu təcəlla Turi-vəhdətdən əyan,

Aləmi-cai münəvvər eyləyən ənvarə bax.

*/

[İstinad1: behişt bağlarında axan çaylar.]

76

Ol lalərüxün işvəvü nazı çox imiş, çox,

Üşşaqə onun suzü güdazı çox imiş, çox.

Mehrabi-dü əbrudə könül xeyli zamandır

Qalmış, bilirəm, razü niyazı çox imiş, çox.

Bir Kəbə degilmiş bu Səfa əhlinə qiblə,

Məhbubi-həqin mülki-hicazı çox imiş, çox.

Müddətdi ki, qıllam qədəmin daşına səcdə,

Eşqin bu məqam içrə nəmazı çox imiş, çox.

Mən az bilirdim mənə ənamını yarın,

Bu cövrü cəfanın, dəxi, azı çox imiş, çox.

Bu səltənəti-eşqdə Məhmud tapılmaz,

Hər guşədə afaqın Əyazı çox imiş, çox.

Yox dəhrdə bir kəs ki, ola arifi-həqbin,

Seyyid, aradım eşqi-məcazi çox imiş, çox.

77

Gədayi-kuyi-yarəm, təxtü tacə ehtiyacım yox,

Sivayi-dərdü möhnət fəqr mülkündən xəracım yox.

Səbayi-məskənətdə hüdhüdi-mülki-Süleymanəm,

Əgərçi hüdhüd-asa fərqi-iqbalımda tacım yox.

Rüxi-zərdimdə nəqşi-buriya zahirdürür, əmma

Tilayi-sikkədarəm, suqi-izzətdə rəvacım yox.

Çiraği-ahdən rövşəndi hər şəb külbeyi-tarım,

Bu zülmətxanə içrə bundan özgə bir siracım yox.

Məni zindiq oxurlar cümlə aləm əhli, lakin mən

Mücərrəd cövhərəm kim, imtahanə ehtiyacım yox.

Deyərlər kim, qəm olmaz olsa bir kəsdə fərəh, əmma

Mənim aləmdə bir gün dərdü qəmsiz ibtihacım yox.

Şərabi-nab bir cövhərdi, bu aləm ərəz, Seyyid,

Mənim ayrılmağa ol cövhəri-tərdən əlacım yox.

*/

78

Zahida, ol sənəmin zülfi-çəlipasına bax,

Aç bəsirət gözüvü, nərgisi-şəhlasına bax.

Ayeyi-xəmr oxuyur, nəfini ingar qılır,

Tutduğu felini gör, verdigi mənasına bax.

Cənnətə getdi və ya duzəxə mürdə, nə qəmin,

İrsinə dig gözüvü, külçəvü həlvasına bax.

İstəyir cənnəti zahid bu qədər hiylə ilə,

Əbləhin fikrini gör, dildə təmənnasına bax.

Dili-divanə sevən can tək o zülfi-siyəhi,

Başının şurini gör, eşqdə sövdasına bax.

Sanma bu Seyyidi sən əhli-cəhənnəm, vaiz,

Neyləyirsən əməlin, dildə təmənnasına bax.

*/

79

Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox.

Meydani-məhəbbət tərəfə bir güzərin yox.

Mehrabdə əgləş ki, cigərdar degilsən,

Bu nari-qəmə yanmağa əsla cigərin yox.

Ta müxbiri-eşq oldu könül, bixəbərəm mən,

Zahid, xəbərim yox, bu xəbərdən xəbərin yox.

Sən eylə pəri, hur xəyalilə ibadət,

Bəzmində ələnnəqd büti-simbərin yox.

Ey zahidi-xüşk, eyləmə üşşaqə təfaxür,

Ahi-səhərin, suzi-dilin, çeşmi-tərin yox.

Nə vəslü nə ağuşü nə bir busü kənarın,

Ey nəxli-məlahət, bizə əsla səmərin yox.

Ey dil, elədin cənnəti-kuyini təmənna,

Uçmağa hanı, heyf, sənin balü pərin yox.

Bəsdir sənə rüxsari-zərü əşk çü simin,

Seyyid, nə qəmin, gərçi sənin simü zərin yox.

*

80

Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox,

Nöqsanı var ki, eşqinin əsla kəmalı yox.

Yüz xətt ilə küsuf edə xurşidn-tələtin,

Mehrin dilimdə zərrə qədər bir zəvalı yox.

Ey bəxtimin sitarəsi, xətt içrə ruyüvi

Gər ay tutuldu dersə görənlər, vəbalı yox.

Yüz vədeyi-visal eləsin ol pəricəmal,

Hərgiz gəlib görünməsinin ehtimalı yox.

Seyyid, qayıt, bu mərhələdən kəs ayağını,

Axır bu rahi-meykədənin bir məalı yox.

*/

81

Başımda nəşeyi-mey, əldə cami-xoşgüvarım yox.

Sən, ey bülbül, fəğan et güldən ötrü səhni-gülşəndə,

Mənim nitqim tutulmuşdur ki, yari-gülüzarım yox.

Sənin döndü xəzanın, vəsli-güldən novbahar oldu,

Mənim fəsli-xəzanımdır kim, ol rəşki-baharım yox.

ıldı qönçə, bülbül vəsli-güldən yetdi didarə,

Edib çaki-giriban ölməzəm mən, hiç arım yox.

Nə nəqdim var meyi-nabə, nə rəhni-camə dəstarım,

Bətər ondan bu kim, meyxanələrdə etibarım yox.

Nə tərğib eyləyirsən cənnətə hərdəm məni, vaiz,

Mənim baği-behiştim yardır, cənnətdə karım yox.

Həzər qıl, yaxma dildə ah odilə navəkin, Seyyid,

Mənim ol qaşı yaydan bundan özgə yadigarım yox.

*/

82

Mən tək bahardə hər o şəxsin ki, yarı yox,

Bir bülbüli-fələkzədədir kim, baharı yox.

Ol kəs ki, yarını görə əğyarə yar olub,

Öldürməsə əgər özünü, hiç arı yox.

Çox kimsənin əgərçi kəsibdir qərarını,

Əmma mənim təki o gülün biqərarı yox.

Bənzər o nəxlə kim, ola bisayəvü səmər,

Hər dilbərin ki, aşiqə busü kənarı yox.

Seyyid, hanı şərabın, ötür fəsli-novbahar,

Bir də baharə çıxmağının etibarı yox.

*/

83

Dolanım başuva, ey nazlıca yarım, bəri bax,

İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax.

İşvə ağaz qılıb səbrimi tarac eləmə,

Getdi dildən dəxi aramü qərarım, bəri bax.

Xəm yemiş qamətim əbrulərivün qurbanı,

Zülfi-pürtabuva qurban təni-zarım, bəri bax.

Bu cəfadidə dil ol kakili-mişkinə fəda,

Gözlərin sədqəsi bu cismi-fikarım, bəri bax.

Can nisar etməgə amadədi Seyyid, gözəlim,

Gər desən lütf ilə: ey aşiqi-zarım bəri bax!

*/

84

Çəkdi bağə fərşi-rəngarəng çərxi-lacivərd,

Geydi al don lalələr, şəbnəmlə doldu cami-vərd.

Açmamış xabi-ədəmdən nərgisi-tər çeşmini,

Sanki aşiqdir gülə, izhar edər rüxsari-zərd.

Sən də mən tək aşiqi-gülsən əgər, ey əndəlib,

hanı səndə suzi-qəlbü əşki-gərmü ahi-sərd!

Dərdi-eşqi-yarə, ey dil, fikri-dərman eyləmə

Kim, bu dərdi-eşqi yüz dərmanə verməz əhli-dərd.

Mehrü məhdər kəbəteyn almış ələ nərradi-çərx,

Şeşdəri-heyrətdə qoymaqçın səni, oynar o, nərd.

Cüft qaşın tağına peyvəstə qamət xəm qılıb,

Səcdə qılmaqdır işim kim, olmuşam aləmdə fərd,

Seyyida, divaneyi-Leyla ki, Leyla səndədir,

Olma Məcnun tək, düşüb səhralərə bihudəgərd.

*/

85

Şadəm ki, xak olam, ola ol xak girdbad,

Ta daməni-nigarə yetəm, hərçi bad-bad.

Gər mən sən olsam, etməz idim, ey sipehri-dun,

Şirini təlxkam, o Fərhadı namurad.

Bad əsdi, gəldi nəfxeyi-zülfi-müənbərin,

Qəmgin olan könül-olub ol töhfə ilə şad.

Derlər ki, ömr olsa əgər yar, yar olur,

Yarə nə etibar, bu ömrə nə etimad!

Sultanım, eylə xəttini hər həftədə təraş,

Qoyma həbəş sipahı sala Rum ara fəsad.

*/

86

Şeşdəri-hicrində qaldı xəstə könlüm namurad,

Olmadı bir babi-vəslin, ey güli-rəna, güşad.

Şeş cəhətdə tasi-bəxtim atmadı bir «pəncü şeş»,

Çarsudən qəm mənə yüz verdi şamü bamdad.

Xət qəra, kakil qəra, müjganü geysulər qəra,

Dilbərim bunca səvad ilə genə bilməz səvad.

Mən necə dilşad olum mərdümlə gördükdə səni

Kim, mənim öz mərdümi-çeşmimə yoxdur etimad.

Çox nigahi-lütflər eylərdi ruzi-vəsldə,

Ta məni hicrində yandırsın o, həsrətlə ziyad.

Çıxdı tüğrayi-itaət xət bəyazi-ruyinə,

Eylədim sultani-hüsnə canü dildən inqiyad.

Yarsız mey içmək, ey aşiq, hərami-məhzdir,

Eyləyib bu barədə müddətdi Seyyid ictihad.

*/

87

Eşqdir eyləyən aləmdə bəlalər iycad,

Eşqdəndir bu qədər aləmi-kovn içrə fəsad.

Eşqdir mürşidi-kamil, ona afaq mürid,

Eşqə şagird cahan əhli, o kamil ustad.

Eşqdir aləm ara darə çəkən Mənsuri,

Eşqdir Qeysi qılan Leyli qəmindən naşad.

Dağdə surəti-Şirinini nəqş eylər ikən,

Başına vurdu külüngün niyə axır, Fərhad?

Seyyida, eşq sözün söyləmə nafəhmlərə,

Çəkmə zəhmət, nə bilir rütbeyi-insanı cəmad.

*/

88

Əlminnətü-lilləh ki, olub bəxt müsaid, •

Saldı qolunu boynuma ol ayinə said.

Zahid, sənə meraci-məarif olu zahir,

Gər nəşeyi-mey başına olsa mütəsaid.

Vaiz, bu qədər zəmmi-mey etməkdə nə sudun,

Axır bu əbəs feldə gördün nə fəvaid?

Səd şükr ki, mən rindi-qədəhxarəvü məstəm,

Xəlq-eyləmədi bari-təala məni zahid.

Zahid ki, meyin ümmi-fəsad adını qoymuş,

Bir batil olan sözdü bu, bir fikri fasid.

Hər qasid ilə namə edim yarıma irsal,

Görcək rüxi-dildarı qayıtmaz dəxi qasid.

Seyyid, sənə məqsud ola gər mətləbə yetmək,

Asan yol odur kim, edəsən tərki-məqasid.

*/

89

Ta şanə olub ülfəti-zülfündən olam şad,

Şadəm ki, dönəm xakə, qubarım ola şimşad,

Şadəm ki, məni eşqdə qəmgin görüb ol şux,

Gül tək açılır xatiri.halımdan olur şad.

Mərgim mənim asandı, vəli müşkil odur kim,

Məndən sora eylər kimə cövr ol büti-naşad.

Aləmdə mənəm Leyliyi-əsrari-həqiqət,

Məcnunu mənəm məst qılan, eyləyən irşad.

Cəzb eyləməsəydi onu şuri-ləbi-Şirin,

Dağlarda külüng çalmaz idi başına Fərhad.

Saqi, elə məxmurü xərab et məni meydən

Kim, olmaya məqdur dəxi eyləmək abad.

Seyyid, yetişib aləmə fəryadü fəğanım,

Fəryad ki, təsir eləməz ol gülə fəryad!

*/

90

Kənari-ləli-ləbində siyah xali-Məhəmməd

Kənari-çeşmeyi-Zəmzəmdədir Bilali-Məhəmməd.

Çəkər bəyazına mehri-münir mərdümi-çeşmim

Kim, ol bəyaza çəkə surəti-misali-Məhəmməd.

Nə meyli-baği-behişt eyləyər, nə hur, nə qılman,

Əgər müyəssər ola dövləti-visali-Məhəmməd.

Behişt vəsfini kim, bunca eyləyir mənə xaliq,

şəxxəs oldu ki, mənzurdür cəmali-Məhəmməd.

Həram edər bizə hicranı şürbi-badə ilə,

Olubdu qanımız aya nədən Həlali-Məhəmməd!

İşimdi səcdə həmişə dü taqi-əbrüyi-yarə,

Xəmidə qıldı qədim həsrəti-hilali-Məhəmməd.

Səfa isə qərəzin kəbeyi-visaldə, Seyyid,

Bəsindi eşqi-Məhəmmədlə mehri-ali-Məhəmməd.

*/

91

Gərçi məndən etdi sərkəşlik o sərvi-sərbülənd,

Tapmışam təsxirinə ahi-dilimdən bir kəmənd.

Olmuşam eylə nəhif ol nuşləb eşqində kim,

Zəfdən çıxmaz nəfəs, ney tək kəsilsəm bənd-bənd,

Ey dil, ol bidərdə izhar etmə dərdi-eşqi kim,

Yüz desin, fəhm -eyləməz, bidərdə dərdin dərdmənd. •

Atəşin rüxsarın üzrə xali-hindulərmidir,

Ya ki, dəfi-zəxmi-çeşmə məcmərə saldın sipənd?!

Giryeyi-biixtiyarım təlx edib ovqatımı,

Bir açılmaz, halımı sormaz o ləli-nuşxənd.

Cam tutdum kim, tutub piri-müğanın pəndini,

Kim deyir, divanələr tutmaz, könül, aləmdə pənd?

Bilmirəm məsciddən, ey Seyyid, nə gördün aqibət

Kim, çəkib məsciddən əl, meyxanəni etdin pəsənd.

*/

92

Ey xudavəndi-qadiri-mövcud

Vahibi-mülki-cudü əslİ-vücud.

Ey ki, manəndi-bərgi-neylufər,

Baği-sününlə nöh sipehri-kəbud.

şdü Leylayə pərtövi-hüsnün,

Fərəh-əfzayi-xatiri-Məhmud.

Əsəri-cah şuri-eşqindir,

Şövkəti-Cəm, təraneyi-Davud.

Ki, Brahimə abi-lütfündən

Oldu gülzar atəşi-Nəmrud.

Gah olur tündbadi-qəhrindən

Xakə yeksan güruhi-Adü Səmud.

Seyyida, masiva irir fani.

Leysə fil-mülk ğeyrəhu mövcud[1]

*/

[istinad1: dünyada ondan başqa yoxdur(allaha işarə)]

/*

93

Ey ləbin düşnamı əhli-eşqə şəkkərdən ləziz,

Ləblərin şəkkər, sözün qəndi-mükərrərdən ləziz.

Xaki-kuyi-dilkəşin yüz baği-cənnətdən lətif,

Dürdi-cami-məclisin min abi-Kövsərdən ləziz.

Ey məzaqi-cani-şirinimdə acı sözlərin

şeyi-zövqi-şərabi-ruhpərvərdən ləziz.

Çaşniyyi-badə ləli-yardır, ya kim olur

Buseyi-ləli-ləbi-dildar sağərdən ləziz.

Dövləti-vəslin dili-nalanə candan sevgili,

Nəkhəti-zülfün məşami-canə ənbərdən ləziz.

Zövq edər görcək saralmış arizim ol simtən,

Ari, olmaz əğniyayə hiç şey zərdən ləziz.

Seyyida, söz yox ki, ləzzət var meyi-gülfamdə,

Leyk olmaz mey cavabi-təlxi-dilbərdən ləziz.

*/

94

Ləbin ki, şəkkər idi eylədi itab ləziz,

Bu çaşnidən olub türfə şəkkərab ləziz.

Cavabi-təlx ləbi-ləlüvə zərər verməz,

Nə qədr təlx olursa, olur şərab ləziz.

Sənə dua elədim, föhş verdi ləli-ləbin,

Məzaq əhlinə xoşdur belə cavabi-ləziz.

Xət etmədi səni xabi-qürurdan bidar,

Bahar fəsli olur sübh vəqti xab ləziz.

Ləbin xəyalı ilə dildə şur olur peyda,

Bəli, nəməklə olur, rəsmdir, kəbab ləziz.

İtabi-yar-verir özgə ləzzət əhli-dilə,

Xüsusən ol ləbi-şəkkər qıla itabi-ləziz.

Bu qədr şerdə olmaz nəmək, vəli, Seyyid

Ləbin havası ilə yazdı bir kitabi-ləziz.

*/

95

Dili-sədçakə zülfündən gələn qəm şanədən gəlməz;

Cəfa kim aşinalərdən gəlir, biganədən gəlməz.

Bu qədri fərqi var kim, suzişi-nari-məhəbbətdə

O əfğanlar ki, bülbüldən gəlir pərvanədən gəlməz.

Səfayi-meykədə üşşaqə olmaz Kəbədən hasil,

Şəfa dərd əhlinə aləmdə hər bir xanədən gəlməz.

Ləbi-yar ilədir peymanənin zövqi-rəvanbəxşi,

Və illa zövqi-xatir badəvü peymanədən gəlməz.

Pozub xət rövnəqi-rüxsari-yarı saldı dillərdən,

Nə mane var-dəxi, ol şuxi-bipərva nədən gəlməz?

Bu nə dilbəstə olmaqdır pərilər zülfü xalinə,

Bu işlər kim, könül, səndən gəlir, divanədən gəlməz.

Qəribə xanəviran, rindi-bipərvadı Seyyid kim,

Əlindən cam düşməz, bir çıxıb meyxanədən-gəlməz.

*/

96

Yarım kimi bir sərvqədü gülbədən olmaz.

Rüxsarına bənzər o gülün nəstərən olmaz.

Məcruh olur, ey gül, bədənin sayeyi-güldən,

Qurbanın olum mən, belə nazik bədən olmaz.

Dəryadə dişin tək düri-şəhvar tapılmaz,

Ləlin kimi kan içrə əqiqi-Yəmən olmaz.

Eylər hükəma nükteyi-mövhumu müşəxxəs,

Sirri-dəhənin nöqtəsin amma bilən olmaz.

Hər adı Məhəmməd ola bilməz şəhi-Bətha,

Hər aşiqi-dilxəstə Üveysi-Qərən olmaz.

Dəfn eyləyin üryan məni kuyində o mahın,

Şər ilə müşəxxəsdi, şəhidə kəfən olmaz.

heyvandı ki, yox başının əfsarı, həqiqət,

hər kimsənə kim aşiqi-vəchi-həsən olmaz.

Ol Yusifi-gülçöhrə qəmindən sənə, Seyyid,

Şirvan niyə hər ləhzədə beytül-həzən olmaz?

*/

97

Qurtardı nisfi-şamdə, saqi, şərabımız,

Etdi qürub, heyf, bizim afitabımız.

Baxma kitabi-hikmətə, mey tök kitabiyə,

Çoxdan itibdi, ey ləbi meygun, kitabımız.

Derlər behişt əhlinə cənnətdə yox əzab,

Bəs kuyi-yardə niyə artdı əzabımız?

Ağzın açıb xitabıma verməz cavab gül,

Pinhan nə söyləyim ki, verildi cavabımız.

Zahid sözilə eyləmədik bir səvabə meyl,

Bəsdir cəza günündə bizə bu səvabımız.

Bülbül pərində başını gizlətdi şərmdən,

Əskik degil -o qönçeyi-tərdən hicabımız.

Seyyid, həmişə talibi-meyxanəyik məgər

Bu xakdən siriştə olubdur türabımız?!

*/

98

Səndə, ey ləli şəkər, bunca vəcahət qalmaz,

Dili-sədpareyi-aşiqdə cərahət qalmaz.

Zövq verməz dəxi ,eşq əhlinə şirin dəhənin,

Təlx olur sözlərin, asari-məlahət qalmaz.

Sübhi-rüxsaruvü, ey mah, tutar zülməti-xət,

Sibqəti-leyl ola sübh üzrə səbahət qalmaz.

Xət basar arizüvi hüsnüvü eylər bərhəm

Dəxi ol nəqşi-dilaradə təravət qalmaz.

Ləblərin möciz ilə mürdələr etməz ehya,

Nəfəsi-paki-Məsihadə fəsahət qalmaz.

Gözlərin yadı ilə sinədə asayiş yox,

İki bimar olan xanədə rahət qalmaz.

Ləbiyar ilə mükərrər ola gər qafiyələr,

Seyyida, qəndi-mükərrərdi, qəbahət qalmaz.

*/

99

Tapdı ləlindən şəfa dərdi-dili bimarımız,

Şükr lillah kim, Məsihadən olur timarımız.

Atdığı peykanları ətrafıma. çəkdi həsar,

Ahənü fuladə dönmüşdür dərü divarımız.

Qüvvədən biz bunla gəldik, indi varıq,"ey həkim,

Ol dəhən fikriylə müşküldür, yox-olmaz varımız.

Bir əzizin dil qulamı oldu ta Yusif kimi,

Var ümidim müştəridən gərm ola bazarımız.

Bağban oldum sənə, verdim gözümdən su, vəli

Səndən, ey nəxli-məlahət, dardü qəmdir barımız.

Yar kuyin dövr edir hər şəb xəyalım, leyk mən

Sakinəm mərkəz kimi, dəvvar olub pərgarımız.

Seyyida, qəm çox, vəli aləmdə yox bir qəmgüsar

Qəm, qəm olmazdı əgər olsaydı bir qəmxarımız.

*/

100

Zahidə cənnət təmənnasında huradır qərəz,

Aşiqə_meyxanədən ol şuxi-tərsadır qərəz.

Harda olsa dövləti-didarın olsun cilvəgər,

Arifə məqsəd nə məscid, nə kəlisadır qərəz.

Vəsfi-cənnətdən mənim qəsdim cəmali-yardır, .

Mədhi Kövsərdən mənə ol cami-səhbadır qərəz.

Can verib cananə yetməkdir muradı aşiqin,

Göftguyi-zülfü xalından bu sövdadır qərəz.

«Lən tərani» olsa da Musayə xoşdur bu xitab,

İstimai-hərfi-dildarə təmənnadır qərəz.

Turi-kuyi-yarı kim, bunca səyahət eylərəm,

Dövləti-didari-dilbərdən təcəlladır qərəz,

Bir vücudi-kamilin olmuş tüfeyli kainat,

Xəlqi-aləmdən nə Musavü nə İsadır qərəz.

Pənctənlər adını zikr et ki, Seyyid, bilmişəm

Adəmə təlimi-əsmadən bu mənadır qərəz.

*/

101

Novbahar əyyamıdır, mən zar qaldım yarsız,

Hiç bülbül olmasın bu fəsldə gülzarsız.

Ol güli-alə dedim bir yanıma gəl birəqib,

Güldü ki, ey aşiqi-şeyda,gül olmaz xarsız.

Getsə şami-tirə rövşən sübh olur, laknn mənim

Ruzgarım tar olur ol türreyi-tərrarsız.

Çox edən bimarə xidmət, aqibət bimar olur,

Leyk könlüm xəstədir ol nərgisi-bimarsız.

Seyrdə əğyarə bax, ol mahə oldu müştəri,

Mən vəbala düşmüşəm ol kövkəbi-səyyarsız.

Nükteyi-pinhanı sor ləli-ləbi-dildardən,

Ey könül, olmaz dəhani-yar hiç əsrarsız.

Zülfünü daim basar bağrına çeşmi, vəchi var,

Seyyida, kəc getmə kim, əfsungər olmaz marsız.

*/

102

Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz,

Gül açıldı, bülbül oldu şad, məndə qəm hənuz.

Aləm oldu şad, bülbül vəsli-güldən kamyab,

Məndədir bir gül fərağından qəmi-aləm hənuz.

Kuhkən dağ üzrə oldu tişeyi-qəmdən həlak,

Qarə geydim, dağə batdım, saxlaram matəm hənuz.

Afitabım, ləlini bir gecə görmüş xabdə,

Şövqdən dürlər tökər bu dideyi-pürnəm hənuz.

Mehri ol mahın siriştə oldu ol gün könlümə

Kim, müxəmmər olmamışdı tiynəti-Adəm hənuz.

Ey Məsihadən ləbin canbəxş, ləldn dilrüba,

Görməyib sən kimi bir ruhi-rəvan Məryəm hənuz.

Görmüşəm xab içrə bir müddətdi qaşın tağını,

Qəddim ol mehrab şöövqindən qalıbdır xəm hənuz.

Xal məhrəm, sürmə həmdəmdir o mahə, Seyyida,

Mən qərabəxtü qəragün olmazam məhrəm hənuz.

*/

103

Mehri-rüxsarüvi dil mahi-səmadən seçməz,

Etibarı yox onun, ağı qəradən seçməz.

Nə hünərdir ki, tanır xublər içrə səni dil,

Hansı bir kəsdir o kim, şahı gədadən seçməz.

Ey ləbin aşiqə gülqənd, gözün bimarı

Mövtə müşrifdi, dəxi dərdi dəvadən seçməz.

Bəski dil aşiqi-göftari-şəkərbarındır,

İstəyir nitqüvi, düşnamı duadən seçməz.

Dili divanəni zəncirə çəkərsən yeri var,

Ətri-zülfün nə üçün müşki-Xətadən seçməz.

Sən nə bütsən ki, əya Kəbeyi-ərbabi-səfa,

Mərveyi-kuyüvi hüccac Səfadən seçməz.

Demə Seyyid, ki vəfa tərkin edib qıldı cəfa.

Tifldir,yar, hələ zülmü vəfadən seçməz.

*/

104

Çəkər candan-əlin könlüm ləbi-dildardən keçməz,

Keçər meyxarə aləmdən, meyi-gülnardən keçməz.

Nola keçməz yüzündən ol nigari-azərinin dil.

Birəhmən bütdən əl-çəkməz, səməndər nardən keçməz.

Şitab ilə keçər çox xatiri-əğyar üçün məndən,

Vəli bir məndən ötrü xatiri-əğyardən keçməz.

Keçər piri-müğan hər bir günahı, kani-rəhmətdir,

Vəlakin cami-mey tərkin qılan huşyardən keçməz.

Şərabi-«əlbəlaü lilvila»dən məst olan aşiq

Keçər Mənsur tək candan, bəlayi-dardən keçməz;

Gözün gər içsə qanım nazuvi çəkmək münasibdir,

Pərəstarı olan kəs xatiri-bimardən keçməz:

O tari-zülfə Seyyid qılmaz iyman, məhz kafərdir,

Çəkər təsbihdən əl, rişteyi-zünnardən keçməz.

*/

105

Tiğ etsə xətin pak sənə bir zərər olmaz,

Ayinədə seyqəl ola hərgiz kədər olmaz.

Gəl bəzmi-Züleyxayə sən, ey Yusifi-sani,

Bu hüsnü lətafətdə desinlər bəşər olmaz.

Ağuşə çəkib arizi-zibanı şəbü ruz,

Aləmdə o zülfün kimi bir bəxtəvər olmaz.

Sorma bu gecə silsileyi-zülfi-siyahın

Tulani olan qissədi, bu müxtəsər olmaz.

Yoxdan açıb ağzın verir axırda cavabım,

Pinhani olan nalələrim biəsər olmaz.

Baği-dilə ol nəxli-məhəbbət ki, mən əkdim,

Ondan bilirəm qeyri-bəla, bir səmər olmaz.

At qəmzən oxun Seyyidə, ey qaşı hilalım,

Ruintənə yüz ox atasan kargər olmaz.

*/

 

106

Aləmi-eşq içrə cananın sevən can istəməz,

Bak edən canü dilindən vəsli-canan istəməz.

Zülməti-zülfündə dil xurşidə etməz iltifat,

Maili-ləlin olan kəs abi-heyvan istəməz.

Mülki-dünya aqibət bərbad olur, ey huşyar!

Murcə əqli olan mülki-Süleyman istəməz.

Guşeyi-vəhdətdə gülzari-həqə vasil olan,

Xardən eylər həzər, seyri-gülüstan istəməz.

Gözlörin rövşən edən şəmi-rüxündən, ey pəri,

Sübhə meyl etməz, ziyayi-mehri-rəxşan istəməz.

İstəməz aşiq ki, xət tutsun üzari-dilbəri,

Eşqdə kamil olan, ol mahə nöqsan istəməz.

Sinədən peykanların çəkmə, dili etmə xərab,

Padşahi-adil öz mülkünü viran istəməz.

Ey təbib, əl çək əlacımdan, məni incitmə çox,

Aşiqi-sadiq olan dərdinə dərman istəməz.

Bəs nədən rüxsarına zülfün pərişan etdi yar,

Gər bu qarəgünləri zarü pərişan istəməz.

Seyyida, sən eylə daim şahi-mərdan vəsfini,

Şahi-mərdan çeşmüvi məhşərdə giryan istəməv.

*/

107

Hansı bir aşiqə kim, sən kimi canan olmaz,

Bu müşəxxəsdi ki, cismində onun can olmaz.

hansı bir şəhrdə kim, sən kimi qarətgər ola,

Şahidəm, şəhrdə billah ki, iyman olmaz.

Nə qədər küfri-səri-zülfüvə dinin verməz,

Zahidi-tirənişin hiç müsəlman olmaz.

Ruxi-gülgunə əbəs gəldi bu xətti-siyəhin,

Yox davamı, gülə səbt ayeyi-quran olmaz.

Səni görsəm özüm ilə, həsədimdən ölərəm,

Bu səbəbdən dəxi vəslin mənə imkan olmaz.

Məni bir yerdə o mah ilə deyib xəlqə rəqib,

Tarı şahiddi ki, beylə_quru böhtan olmaz.

Səfheyi-xatirə nəqş oldu cəmalın əksi,

Şükrlillah, mənimçün dəxi hicran olmaz.

Verdi Seyyid o bütün zülfi-pərişanına dil,

Cəmdir xatiri, minbəd pərişan olmaz.

/

108

Hər kəs ki, üzündə xəti-reyhanı .bəgənməz,

Rövşəndi bu kim, məniyi-quranı bəgənməz.

Ey sərv, bir adəm ki,edə kuyüvi məskən,

Müftə deyələr rövzeyi-rizvanı bəgənməz.

hər bir kəsin əndamını kim, dağ edə eşqin,

Ey murxətim, möhri-Süleymanı bəgənməz.

Gər Xızr o feyzi-dəmi-şəmşirüvi bilsə,

Ömri-əbədi, çeşmeyi-heyvanı bəgənməz.

Bir canə gümanım gəlir, ol ruhi-rəvanım,

Əfğan ki, nisar eyləməgə canı bəgənməz.

Mötad olan hicr ilə vəslə həvəs etməz,

Qürbündə olan dərd ilə dərmanı bəgənməz.

Gəldi dilə qan içməgə peykanı o şuxin,

Seyyid, kim olur ki, belə mehmanı bəgənməz.

*/

109

Hansı bir aşiqə kim, sən kimi canan olmaz,

Bu müşəxxəsdi ki, cismində onun can olmaz.

hansı bir şəhrdə kim, sən kimi qarətgər ola,

Şahidəm, şəhrdə billah ki, iyman olmaz.

Nə qədər küfri-səri-zülfüvə dinin verməz,

Zahidi-tirənişin hiç müsəlman olmaz.

Ruxi-gülgunə əbəs gəldi bu xətti-siyəhin,

Yox davamı, gülə səbt ayeyi-quran olmaz.

Səni görsəm özüm ilə, həsədimdən ölərəm,

Bu səbəbdən dəxi vəslin mənə imkan olmaz.

Məni bir yerdə o mah ilə deyib xəlqə rəqib,

Tarı şahiddi ki, beylə_quru böhtan olmaz.

Səfheyi-xatirə nəqş oldu cəmalın əksi,

Şükrlillah, mənimçün dəxi hicran olmaz.

Verdi Seyyid o bütün zülfi-pərişanına dil,

Cəmdir xatiri, minbəd pərişan olmaz.

/*/

110

Hər kəs ki, üzündə xəti-reyhanı .bəgənməz,

Rövşəndi bu kim, məniyi-quranı bəgənməz.

Ey sərv, bir adəm ki,edə kuyüvi məskən,

Müftə deyələr rövzeyi-rizvanı bəgənməz.

hər bir kəsin əndamını kim, dağ edə eşqin,

Ey murxətim, möhri-Süleymanı bəgənməz.

Gər Xızr o feyzi-dəmi-şəmşirüvi bilsə,

Ömri-əbədi, çeşmeyi-heyvanı bəgənməz.

Bir canə gümanım gəlir, ol ruhi-rəvanım,

Əfğan ki, nisar eyləməgə canı bəgənməz.

Mötad olan hicr ilə vəslə həvəs etməz,

Qürbündə olan dərd ilə dərmanı bəgənməz.

Gəldi dilə qan içməgə peykanı o şuxin,

Seyyid, kim olur ki, belə mehmanı bəgənməz.

*/

111

Ey Xızır, zülməti-zülfü sənə asan olmaz, ]

Dəhəni-yar kimi çeşmeyi-heyvan olmaz.

hüsnə mövquf degil, yar gərək hal əhli,

Çox olur yar, vəli yari-zəbandan olmaz.

Seyd qılmaz dili-üşşaqı, könül, kakilü zülf

Hüdhüdün tacı əgər olsa, Süleyman olmaz.

Qan edibdir dili-üşşaqı xəyali-dəhənin,

Afitabım, ləbüvi ləl desəm qan olmaz.

Xəlq edə aşiq üçün xaliq əgər yüz firdovs,

Bu yəqinimdi ki, əcri-şəbi-hicran olmaz.

Zahida, etmə mənim könlümə iyman təlqin,

Kafəri-eşqdi bu, hiç müsəlman olmaz.

Sənə hədsiz olur, ey şux, mənim tək aşiq,

Mənə bu aləm ara sən kimi canan olmaz.

Zülməti-şəbdən usandım, ey əlin qurbanı,

Sinəni açmayasan, sübh nümayan olmaz.

Hüsn sultanı sənin kimi tapşşaz hərgiz,

Sənə Seyyid kimi bir bəndeyi-fərman olmaz.

*/

112

Aləma fitnə salan mədəni-şərdir vaiz,

haşəlillah demənəm mən ki, bəşərdir vaiz.

Anası daməni-mehrabə atıb qundağın,

Eyləmə cəhl ki, məchul-pədərdir vaiz.

Gətirib tazə genə şəhrə cəhənnəm xəbərin,

Sifətindən deyəsən əhli-səqərdir vaiz,

«Rətbü Yabisdən» açıb bab, salıb məbhəsələr,

Quru sözdən nə bitər, mədəni-şərdir vaiz.

Özü layəqilü sərməsti-meyi-qəflətdir,

Söyləyir badəni kim, əqlə zərərdir, vaiz.

Yox yəqin olmayan işdən sözünü nəql eylər,

Seyyida, var xəbərim, əhli-xəbərdir vaiz,

*/

113

Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz,

Rüxsaruva bənzər, fələk üzrə, qəmər olmaz.

Ey ləli şəkər, çox yemişəm Misr nəbatı,

hərgiz ləbi-şirinüvə bənzər şəkər olmaz.

Qəddindi sənin sərvi-xuraman, zəqənin sib,

Amma nə deyim, sərvdə hərgiz səmər olmaz.

Gögdən yerə sən enmisən, ey ayeyi-rəhmət!

Rüxsari-lətifin kimi gülbərgi-tər olmaz.

Mücgan oxun atsan əgər, ey qaşı kamanım,

Ol kimdi ki, bu tiri-bəlayə sipər olmaz.

Saradır adın, ikki saçın ənbəri-sara,

Saçın kimi aləmdə sənin müşki-tər olmaz.

Saçında əyandır mənə tulani bəlalər,

Yüz gecə desəm dərdi-dnlim, müxtəsər olmaz.

Seyyid, genə oldun həvəsi-eşq ilə dürpaş,

Əşari-lətifin kimi dürrü gühər olmaz.

*/

114

Salıbdır məscidə övsafi-duzəxdən şərər vaiz,

CəHənnəmdən gəlib guya, gətirmiş bir xəbər vaiz.

Behişti-həştdər vəsfin mənə yüz bab ilə söylər,

Firib ilə məni eylər qapından dərbədər vaiz.

Cəmalın müshəfin görməz, deyər erabi-quranı,

Binayi-xaneyi-dini edər zirü zəbər vaiz.

Nə zöhdi-xüşkdir hərdəm satarsan, zar ağlarsan,

şübdür abrudən minbər, ey damanı tər vaiz!

Özündən qıl riyanı tərk, əgər vardır hünər səndə,,

Degil əhli-riyayə etirazın bir hünər, vaiz.

Əli vəsfin qılırsan, çəkməsən Həcvi-Ömərdən əl,

İlahi, xəsmin olsun ruzi-məhşərdə Ömər, vaiz.

Yedin mali-yetimi sən, biz içdik badeyi-gülgun,

Özün insaf elə, bir gör hansıdır feli-bətər, vaiz?

Həmişə vəsf edərsən Canü dildən ayeyi-fərci

Nə ləzzət görmüsən, ağzındadır .....vaiz..

Mənim meyxanə içrə şişeyi-meydən həsarım var,

Sənin məsciddə nifrinin mənə verməz zərər, vaiz.

Neçin mən eyləyirsən Seyyidi bütlər sücudundan,

Nə etmişdir sənə axır bütani-simbər, vaiz.

*/

115

Nişimənin ki, sənin buriyadır, ey vaiz!

Qəsəm o xaliqə kim, bu riyadır, ey vaiz!

Xəlayiqi əməli-xeyrə dəvətin xoşdur,

Özündə yox bir əməl, bu xətadır, ey vaiz!

Edib cəhənnəmi övsaf, hərdəm ağlarsan,

Bu nə fəsanə, bu nə macəradır, ey vaiz!

Yetim malına göz dikməgin nədir daim,

həlal kəsb məgər narəvadır, ey vaiz?!

Yoxundu kəbeyi-rüxsari-yardən xəbərin,

Bu vəchdəndi sözün bisəfadır, ey vaiz!

Ümidvarsən öz tutduğun əməllərə sən,

Bizim ümidimiz əfvi-xudadır, ey vaiz!

Mey içməgin qıla Seyyid əgər nihan səndən,

Sənin təki o da əhli-riyadır, ey vaiz!

*/

116

Xəyali-yar edib aldım bu şəb ol dilrübadən həzz,

Gəhi busi-ləbindən, gəh şərabi-dilgüşadən həzz.

Baxıb ayinəyə müjganü əbrusilə oynar çox,

Bəli, adət budur kim, türk eylər tirü yadən[1] həzz.

Dili-sərgəştəmi zülfündə tapdım, şadman oldum,

Kişi qürbətdə eylərmiş görəndə aşinadən həzz.

Edər gəhvarəsin təhrik çün ətfali-gülzarın,

Gül eylər gülşən içrə cünbüşi-badi-səbadən həzz.

Visali-yar qədrin xəsteyi-hicran bilir, ari,

Şikəstə üstüxan eylər, həqiqət, mumyadən həzz.

Nə bilsin bibəsərlər qədri-feyzi-nuri-rüxsarın,

şəxxəsdir bu kim, əmalər etməzlər ziyadən həzz.

O gündən kim, mənim, Seyyid, təbibim ol Məsihadır,

Ümidi-səhhət etməm, canü dil eylər dəvadən həzz.

*/

[İstinad1: Yaydan.]

/*

117

Hanı bir cövhər ola badeyi-səhbadən əvəz?

Mürdələr zində qılan kimdi Məsihadən əvəz?

Gər mürəkkəb edəsən aləmin əczalarını,

Ola bilməz meyi-gülfami-müsəffadən əvəz.

Xublərdən necə sənsiz eləyim könlümü şad,

Aləmi-surəti kim eylədi mənadən əvəz.

Görəsən zati-həq isbatına, ey İbrahim,

Məhü xurşid olumi sağərü minadən əvəz?

Sanma kim, qeyr sənə mən kimi olsun, ey gül,

Olumi zağü zəğan bülbüli-şeydadən əvəz?!

Hər məkanda eləyib çünki təcəlla rüxi-yar,

Eybi yox məscid əgər olsa kəlisadən əvəz.

Seyyida, etmə rəha piri-müğan damənini,

Kimdir ol kəs ki, ola həzrəti-mövladən əvəz.

*/

118

halımı bil, ey səba, etməgə cananə ərz.

Bülbüli-bidil qəmin eylə gülüstanə ərz.

Zülfü-xəyalı məni qıldı pərişan, səba,

Eylə bu əhvalı ol zülfi-pərişanə ərz.

Şanəyə ərz etmişəm çaki-dərunum, vəli

Eyləyə bilməz gedib kakilüvə şanə ərz

Cənnəti-kuyində bir adəm idim mən, vəli,

İndi görüb zillətim, qıl o pəri şanə ərz.

Bijəni-könlüm qalıb çahi-bəladə əsir,

Eylə bu halı səba, Rustəmi-dəstanə ərz.

Qoy məni ərz eyləyim ol gülümə halımı,

Etsə gəda, eybi yox, halını sultanə ərz.

Kimsənədən olmadı dərdinə, Seyyid, əlac,

Eyləmə hər nakəsə haluvi əfsanə ərz.

*/

119

Gəldi bahar, gəlmədi ol gülüzarımız,

Ya rəb, görüm xəzanə dönə novbaharımız.

Saldı arayə təfriqə gülçini-ruzigar,

Ol gül yanında qalmadı bir etibarımız.

Gül-gül dəyib sirişki-tərim, çeşmi-xunfəşan,

Ey sərv laləzarə dönübdür kənarımız.

Zənnim budur ki, həşrdə şahini sındıra,

Səncidə olsa əcri-şəbi-intizarımız.

Biz bir qətar naqələrik dəşti-eşqdə,

Lakin düşübdü nakəs əlinə məharımız.

Derlər ki, vermə ol məhi-bimehrə ixtiyar,

Eylə bilillər əldə qalıb ixtiyarımız.

Gördü o tari-türreyi-pürpiçü pürxəmi,

Seyyid, kəməndə düşdü dili-biqərarımız.

*/

120

Dəmbədəm nalə qılır hiç həvadən düşməz,

Ney təki sineyi-üşşaq nəvadən düşməz.

Zinəti-beyti-xuda pərdeyi-müşkin ilədir,

Xət hicabilə rüxi-yar səfadən düşməz.

Gər desəm aydı yer üstündə gəlib rəftarə,

Əql bavər eləməz, mah səmadən düşməz.

Yar olan yerdə nədir xublərin didarı,

Gün tülu eyləsə bir zöv, Sühadən düşməz.

Gün çəkibdir gözünə xaki-dəri-dildarı,

Bu səbəbdəndi ki, bir zərrə ziyadən düşməz.

Xal ziri-ləbi-canpərvərüvə vacib imiş,

Nöqtə saqit oluban rəsmdi «ba»dən düşməz

Nə görüb bilməyirəm fəqrü fənadən Seyyid,

Bir zaman arizuyi-fəqrü fənadən düşməz.

*/

121

Xəbər ol sərv-qamətdən mənə badi-səba verməz,

Nihali-arizuyə lütf ilə nəşvü nüma verməz.

Qoyub xaki-dərin çəkmə gözə köhli-Sifahanı,

Bu rövşəndir cilayi-didə hər bir tutiya verməz.

Qəbuli-feyzi-vəsli-yarə istedadımız yoxdur,

İnani-gəştini hər badə əldən naxuda verməz-

Sınıbdır xatirim səndən, dəxi ahü fəğan etməz,

Qalıb qəm guşəsində bir sınıq ney tək, nəva verməz.

O çini-zülfdən sındı könül, düşdü sədasından,

Bu çindir ki, əgər çini şikəst olsa səda verməz.

O gunə rəşk var məndə, görün ey mərdümi-aləm

Özümlə ol pərinin vəslinə könlüm riza verməz.

Üzündən nurüvi kəsb etməsə xurşid əgər, ey məh,

Bu, gün tək xəlqə-rövşəndir ki, afaqə cila verməz.

Səri-mückanə, ey kül, təkyə eylər çeşmi-bimarın,.

O kimdir kim, əlinə aqibət gərdun əsa verməz.

Mətai-şer o qədr ərzan olub aləmdə, ey Seyyid,

Ki, əbnayi-zaman yüz nüktəyə bir mərhəba verməz.

*/

122

Mey içməyən, bu müşəxxəsdi, əhli-hal olmaz.

Desəm ki, zahidi bizövqdir, vəbal olmaz.

Küsufi-xətt ilə yüz qarələnsə rüxsarın,

Könüldə zərrə qədər mehrimə zəval olmaz.

Qaşın tək ay başına, ey qəmər, hila yəqin

Desəm ki, aydır üzarın mənə vəbal olmaz.

Yeyibdi mazini, müstəqbələ dikib gözünü,

Bu gunə əbdi-şikəm qazi əhli-hal olmaz.

Necə bərabər edim məscidə mən, ey zahid,

Fəzayi-meykədədə zərrəcə məlal olmaz.

Əgər o şəh çəkə şəmşir qətli-üşşaqə,

Yetər nəhayətə ömrüm, mənə məcal olmaz.

Müridi-piri-müğanik, cahanda biz, zahid,

Sənə məhal isə cənnət, bizə məhal olmaz.

Səfiri-xameyi-canpərvərindən, ey Seyyid,

hanı o fəsl ki, bülbül çəməndə lal olmaz.

*/

123

Mənə ol mahi-bimehrim yəqinimdir ki, ram olmaz,

Nedim[1] kim, mehri çıxmaz sinədən, ömrüm tamam olmaz.

Muradi-yar əgər eşq əhlini nakam qılmaqdır,

Bu eyni kamdır, billah ki, bundan yaxşı kam olmaz.

Səfayi-xatir ilə səylər qıllam, nə hasil kim,

Mənimçün Kəbeyi-kuyində, ey gül, bir məqam olmaz.

Qənimət bil bu gün, ey dil, şərabi-bəzmi-dildarı

Ki, əhli-eşq üçün ol mahdən şəfqət müdam olmaz.

Eşitdim mey həram olmuş, ləbi-dildardən sordum,

Dedi kim, yar olan yerdə meyi-gülgun həram olmaz.

Nəzərdən yar getçək qarət etdi qəm könül mülkün,

Bu rövşəndir ki, şəhsiz mülkdə hərgiz nizam olmaz,

Əgər aşiqsən ol bimehrə, rüsvalıqdan ar etmə,

Məhəbbət əhlinin fikrində, Seyyid, nəngü nam olmaz.

*/

[İstinad1: Nə edim]

124

Çərxi-dun eşq əhlinin kamınca dövran eyləməz.

Ta ki, üşşaqı cəfadən xakə yeksan eyləməz.

Bir gül açmaz dövri-gərdun gülsitani-dəhrdə,

Qönçə tək ta əndəlibin bağrını qan eyləməz.

Mərdümi-dana iləndir kineyi-çərxi-dəni,

Yoxsa bu dövranı dönmüş qəsdi-nadan eyləməz.

Görsə nadanda əgər bir dərd, eylər yüz dəva,

Arifin yüz dərdi olsa, bircə dərman eyləməz.

Eyləməz fərzin Nəvaini fələk yüz gestərib,

Ta onu fərmanbəri-şahi-Xorasan eyləməz.

Əsbi-kamə-fili-çərx etməz Füzulini süvar,

Ta piyadə dəşti-qəmdə matü heyran eyləməz.

Qəm büsatın xətm edibdir dövr Seyyid adına,

Kim nəzirin dəhrdə hərgiz nümayan eyləməz.

*/

125

Cənnət olurmu guşeyi-meyxanədən əvəz.

Ya Səlsəbil sağərü peymanədən əvəz.

Vermə mənə müfərrihi-yaqut, ey həkim,

Olmaz səfadə ol ləbi-cananədən əvəz.

Səd çak eylədim dili-məcruhü şanə tək,

Şayəd o müşki-muyə ola şanədən əvəz.

şdüm o şuxi-hiləgərin dami-zülfünə,

Xali-siyahı oldu mənə danədən əvəz.

Şəmi-rüxün ki verdi ziya bəzmi-aləmə,

Yandım o şəmə hər gecə pərvanədən əvəz.

Gənci-kəmal layiqi-bu xakidan degil,

Bir başqa mülk varmı bu viranədən əvəz?

Seyyid ki gördü sən büti-tərsanı, ey pəri,

Zünnarı qıldı səbheyi-səddanədən əvəz.

*/

126

Yüz il gər hicr çəksə qəlbi-aşiqdən səfa getməz,

Tila xak içrə qalmaqla vücudundan cila getməz.

Edərsən cari mövci-əşkimi, ey çərx, qafilsən,

Ki bu seyli-rəvan ilə gözümdən tutiya getməz.

Üzündə zahidin yüz gunə olsa buriya nəqşi,

Riyadandır bu işlər, hiç ondan bu riya getməz.

Əgərçi zülfi-pürçinin desə dil nafeyi-Çindir,

Bu çindir, ey qəzali-müşkmu, dildən xəta getməz.

Dəhanın öpsə aşiq, incimə, var sirri-pinhanı,

Küsüb bir yoxdan ötrü aşinadən aşina, getməz.

Könül qərq oldu əşki-alə, lakin narə cazibdir,

Su içrə qalsa da xasiyyəti-ahənrüba getməz.

Qalıbdır şişeyi-çeşmimdə, Seyyid, əksi-rüxsarı,

Gedər zövi gözümdən,leyk hərgiz bu ziya getməz.

*/

127

Könüldə јox qərarü səbr, eј arami-can, sənsiz,

Olubdur cismi-zarım firqətindən natəvan sənsiz.,

O gündən kim gözümdən qaib olmuş mahi-rüxsarın,

Olubdur çeşmimə tarik јeksər bu cahan sənsiz.

Degil mümkün, јazıb izhar qılmaq şərhi-hicranın,

Zibəs ki, xatirim aşüftədir, eј dilsitan, sənsiz.

Gözüm јaşı qəmində ağlamaqdan döndü dərјaјə,

Məni axır həlak eјlər bu çeşmi-xunfəşan, sənsiz

Məni əhbablər təklif edər seјri-gülüstanə,

Nə meјli-bağ edər könlüm, nə fikri-gülsitan sənsiz.

Mənim bağım, baharım, həm gülüm, həm bülbülümsənsən

Nə lazımdır mənə bağü baharü busitan sənsiz.

Tökər xunab gözdən sübhü şam ağlar fərağından,

Olubdur qəm əsiri Seјјidi-bixaniman sənsiz.

*/

 

128

Nəxli-ənduhü bəlaјıq, dərdü qəmdir tuşəmiz,

Əbri-azarü cəfadən su içibdir rişəmiz.

Camü badə qəsdini etmişdi çoxdan möhtəsib,

Bəxtəvər bivəxt atdı daş, sındı şişəmiz.

Dürri-bəhreјni-dü çeşmə ta o məhdir müştəri,

Mövci-əşki-al ara qəvvaslıqdır pişəmiz.

Naxuni-qəmlə bizi Fərhadə nisbət etməјin

Kim, јıxar bir gündə јüz min Bisütunu tişəmiz.

Seјјida, biz vaqiati-şami-hicran görmüşük,

Hövli-ruzi-həşrdən olmaz bizim əndişəmiz.

*/

129

Məsti-ləlin sağərü səhbayə eylər etiraz,

Aşiqi-ruyün güli-həmrayə eylər etiraz.

Maili-çeşmin olan badamə etməz iltifat,

Bağə getməz, nərgisi-şəhlayə eylər etiraz.

Etməzəm səndən siva rüxsarına bir zərrə meyl,

Talibi-xurşid olan kəs ayə eylər etiraz.

Bu uzun müddətdə təhqiq eylədim bu əmri kim,

Talibi-zülfün şəbi-yeldayə eylər etiraz.

Can alıb bir busə versən ləblərindən, ey pəri,

Sanma ki, Seyyid belə sövdayə eylər etiraz.

*/

130

Baği-aləmdə mənə bir güli-rənadı qərəz,

Bir qədi sərv, üzü laleyi-həmradı qərəz.

Əhədü Əhmədü Məhmudü Əbülqasimdən,

Zahirən ismdi, amma ki, müsəmmadı qərəz.

Ey könül, cilvəgəhi-dustdü səcdəgəhimiz,

Kəbəvü deyrü nə məscid, nə kəlisadı qərəz.

Surəti-zahirə hərçənd ki, var rəğbətimiz,

Leyk əlfaz oxumaqdan bizə mənadı qərəz.

Bülbül istər gülü, pərvanə sevər şəmi, vəli

Bizə nə şəm,.nə ey dil, güli-rənadı qərəz.

Xəlqi-insanda nə surət, nə həyula, Seyyid,

Nükteyi-müxtəfiyi-sirri-süveydadı qərəz.

*/

131

İstərəm bir gülü nə bağü nə bostan gülüdür,

Bülbüləm bir gülə kim, rövzeyi-rizvan gülüdür.

Eşqimi eyləmə nisbət özüvə, ey bülbül,

O sənin istədigin fəsli-gülüstan gülüdür.

Cümleyi-rövzeyi-rizvanda tapılmaz belə gül,

Güli-xoşrayihədir, çünki bu Qazyan gülüdür.

Bu güli-xilqəti-xaliqdə lətafət çoxdur,

Sanma, kim, bu güli-xoşrayihə Səlyan gülüdür.

Ey xuda, kim çəkər axırda gülabın bu gülün,

Dərdi-sər dəfinə aləmdə bu, dərman gülüdür.

Ərəqi-ruyi-Məhəmməddən olub gül zahir,

Bu güli-tazə məgər, ol şəhi-dövran gülüdür.

Ya Məhəmməd özüdür, gül ərəqi-pakı onun,

Rüxi-zibayi-dilarası bunun can gülüdür.

Sələvat eylə görüb surəti-pakın, Seyyid,

Rüxi-həmrası bunun xaliqi-sübhan gülüdür.

132

Bu günkü bəzmdə cami-şərabımız yoxdur,

Qara olub günümüz, afitabımız yoxdur.

hədisi-hüsnü məhəbbətdi dərsimiz ki, bizim

Cəmali-yardən özgə kitabımız yoxdur.

Əcəbmi nameyi-əmalımız qalırsa səfid

Ki, səbt olunmalı cürmü səvabımız yoxdur.

həmişə şer deyib, mey içib, cavan sevərik,

Ziyadə felə bizim irtikabımız yoxdur.

Əli məhəbbətidir qəlbimizdə nöqteyi-eşq,

ğəyyür eyləmənik inqilabımız yoxdur.

Nə qəm mühasibeyi-ruzi-həşrdən, Seyyid,

Sualə layiq olan bir cavabımız yoxdur.

*/

133

Məni gədalığa ol yari-pürsitiz istər,

Həzar şükr ki, yarım məni əziz istər,

Gəlibdi cilvəyə ol sərv qəddü qamətlə,

şəxxəs oldu ki, aləmdə rəstəxiz istər.

Tökər sirişk gözüm, su verir o, müjganə

Ki, qətli-am üçün ol tiği-tündü tiz istər.

Səba dəgib dağıdır tellərin üzə hərdəm,

Məgər o, tari-səri-zülfü müşkbiz istər?

Dedim: bu qədr məni, ey həbibim, ağlatma,

Dedi ki, aşiqini yar əşkriz istər.

Üz ilə zülfüvü dərk etmədim lətafətdən,

Seçə qəradən ağı qüvveyi-təmiz istər.

Nə əldə nəqdi-dilü can, nə dinü iymanım,

Bütani-simbədən Seyyid, əldə çiz istər.

*/

134

Hər aşiqin ki, sən kimi bir gülyanağı var?

Lalə kimi, əyandı ki, köksündə dağı var.

Könlümü tazə dağlərin rövşən eyləmiş,

Şami-qəmində, şükr, onun şəbçirağı var.

Sünbül özünü zülfüvə oxşatdı bir gecə,

Gördü xətadır, indi pərişan dəmağı var.

Ta qoymaya dodağını dilbər dodağıma,

Mən bavər etmənəm ki, o mahın dodağı var.

Ta, xari-möhnətin dili-pürxunə sancılıb,

Ey ,gülüzar, lalə gülün gül fərağı var.

Seyyid yetirdi axır özün xüm ayağına,

Başında şuri-nəşəsi, əldə əyağı var.

*/

135

Ləli-ləbin səfadə kim, badeyi-nabdən keçər,

Badəpərəst gər onu görsə şərabdən keçər.

Zəxmli könlüm içrə gör navəki-qəmzən, ey pəri,

Keçdi cikərdən eylə kim, six kəbabdən keçər.

Necə ki, əksi-gün keçər mövcli-bəhrdən, elə

Cilveyi-hüsni-tələtin çeşmi-pürabdən keçər.

Keçdi xəyalın, ey pəri, bu dili-dərdnakdən,

Eylə ki, şahi-kamran mülki-xərabdən keçər.

Seyyidə zöhd əgər səvab olsa,.məhəbbətin günah,

Beylə günah, üçün o, yüz eylə səvabdən keçər.

*/

136

Sövdalərə düşdüm, dedim: allah kərimdir,

Gər yandım, alışdım, dedim: allah kərimdir.

Bənd oldu, könül tari-səri-zülfi-nigarə,

Bu damə ilişdim, dedim: allah kərimdir.

Yandırdı məni şəşəeyi-nuri-cəmalı, .

Bu narə alışdım, dedim: allah kərimdir.

Gəh yaxdı məni hicri-rüxi, gah visalı,

Odlarə tutuşdum, dedim: allah kərimdir.

Xam idi könül düşdü qəmi-buteyi-eşqə,

Ol butədə bişdim, dedim: allah kərimdir.

Seyyid, dolanıb gün təki məcmui-cahanı

Dəryaları aşdım, dedim: allah kərimdir.

/*

137

Derlər ki, badə ruhə cila, cismə can verir,

Ari verir, gər ol büti-şirinzəban verir

Sanma ki, xanagəhdə görünsün fəqihdən,

Meyxanədə o feyz ki, piri-müğan verir.

Qıllam nisar piri-müğan xidmətində can

Dövran mənə əgərçi əcəldən aman verir.

Canlar fəda o şişəyə kim, zərfi-badədir,

Qurban o dəstə kim, o meyi-ərğəvan verir.

Seyyid şərabı məzhəri-həq bilsə, ney əcəb

Kim, sağəri-şərab xudadən nişan verir.

*/

138

Şərabxanədə, vaiz, nigarü sağər var,

Sənin əgərçi behiştində hurü Kövsər var.

Danışma həşr sözün çox da, həqdə rəhməti gör,

Bağışla sən, bilirik biz də ruzi-məhşər var.

Ləbini bir neçə ildir ki, öpmüşəm yuxuda,

Hənuz künci-dəmağımda təmi-şəkkər var.

Üzün görüb gəli kim, şəxsi-kafər iymanə,

şəxxəs oldu ki, hər əsrdə peyəmbər var.

Sənin bu hüsnüvə layiq degil şərab içəsən,

Ki seyqəli-mey açar səndə hər nə cövhər var,

Xətin üzündə görüb söylədi münəccim kim,

Diyari-Rumə həbəşdən bu ayda ləşkər var.

Dedin ki, Seyyid,bax ayə, ey hilaləbru,

Məgər bu.şəhrdə sən tək məhi-münəvvər var?

*/

139

Üzün hədisini dün söylədim bir ayə qədər,

Görək ki, şərhini vaiz bilir bir ayə qədər?

Səfayi-Kəbeyi-kuyin taparmı şeyxi-hərəm

Əgər yüz.il yügürə Mərvdən Səfayə qədər.

Dedim:visalın üçün çox dualar eyləmişəm,

Dedi:çatıbdı sənə etdigin duayə qədər.

Dünənki gün də gün idi, bu gün də bir gündür

Vəli təfavütü var ərzdən səmayə qədər.

Bu qədr Seyyidə cövr etmə, ey məlaikxu,

Fəda olum sənə, ölməzmi bu cəfayə,-qədər?

*/

140

Ruhun qidası gərçi meyi-ləlfamdır,

Hər kəs ki, yarsız içə, billah həramdır.

Yari-müvafiq olmasa, meydən nə faidə,

Mey bəzmi birəfiq ola gər, natəmamdır.

Baxma fəqihin eylədkgi dərsü bəhsinə,

Adabi-eşqdən xəbəri yox, əvamdır.

Zahid riyayi-taət ilə cənnət istəyir,

Xud bilməyir özü ki, bu iş fikri-xamdır.

Seyyid, həyat isə qərəzin ruzigardən,

Get badə iç ki, şərbəti-yöhyil-izamdır.

*/

141

Ey mələksima, cəmalın rəşki-cənnət bağıdır,

Qamətin Tuba, ləbin guya ki, gül yaprağıdır.

Cismi-zarım əşki-çeşmimdən pozulsa ney əcəb,

Tez tapar rəxnə, bəli,bir yer ki, su oynağıdır.

şkəri-qəm könlümün mülkini viran eylədi,

Padşahım, bir tərəhhüm qıl, mürüvvət çağıdır.

Vaiza, təqrir qılma çox da ruzi-həşrdən,

Aşiq üçün ruzi-məhşər yarın ayrılmağıdır.

Hər yetən şuxi-cəfapişə mənə eylər sitəm,

Bu bəla çəkmiş vücudum xublər tapdağıdır.

Lalələr kim, baş verib xaki-məzarımdan çıxar, <

Firqətindən çəkdigim sinəmdə həsrət dağıdır.

Lütf edib bir gün nolur sorsan pərişan halımı, «

Seyyidi-sərgəştə zülfi-pürxəmin dustağıdır.

*/

142

O qəragöz ki, mənim eşqdə sultanımdır,

Xaki-payı gözümə köhli-Sifahanımdır.

Nə pəri sədməsidir sərdə, nə sövdayi-cünun,

Məni Məcnun edən ol zülfi-pərişanımdır.

Sanma kim, arizi-alın xət ilə oldu siyah,

Səni, ey mahi-pəriçöhrə, tutan qanımdır.

Qaldı can, çəkdilər ol şuxun oxun cismimdən,

Eylə bildim ki, oxu qaldı, çıxan canımdır.

Getmə kəc, ey dili-şeyda, o hilaləbrunun,

Gər desəm mah üzün, eşqdə nöqsanımdır.

Xızr al səbzxətin təng dəhanın görcək,

Basdı kim bağrına, bu çeşmeyi-heyvanımdır.

Seyyid, ol şəm qəmindən kecələr sübhə kimi

Yanan əhvalıma kim, bu dili-suzanımdır.

*/

143

Şərabi-nabdə hərçənd zövqü behcət var,

Vəli o şux ilə içməkdə özgə halət var.

Zəmanə tək yetirib hüsndə bu Şirvanı,

Gəzin,təfəhhüs edin,əlli min vilayət var.

Deyirlər aqibətül-əmr bir qiyamət olur,

Bu şəhr içrə, vəli, kündə yüz qiyamət var.

Deyirlər özgə yerin əhli-hüsnü zibadır,

Bu şuxlərdə, vəli, başqa bir məlahət var-

Baxın bu məclisə diqqətlə bir sizi tari,

Nə yerdə bunlara manənd hüsni-surət var?

Yığıbdılar bu büsat içrə hurü qılmanı,

İnanmazam desələr bundan özkə cənnət var.

Bu bəzmi-işrət ara Seyyidi salın yadə,

Gedibdi xakə, vəli, sinəsində həsrət var.

*/

144

Rindlər meyxanəni cənnət ki derlər, doğrudur^

Doğrudur bu söz, bəhəqqi-abi-Kövsər, doğrudur.

Sağəri derlərdi «kəsül-həq», degilmiş iftira,

Saqini derlərdi zati-həqqə məzhər, doğrudur.

Cənnəti dünyadə hərgiz bavər etməzdi fəqih,

Görcəkin ruyin dedi: «allahu əkbər!»doğrudur!

Ta ki gəldi xət,üzari-yarə bildim, ey könül,

Ol ki, derlərdi gəlir iymanə kafər, doğrudur.

Badəni derlər edib nəss ilə peyğəmbər həram,

Yarsız içsən, bəli, hökmi-peyəmbər doğrudur.

Gəndümi-xalinə yarın verdi Seyyid cənnəti,

Əsl Adəm oğludur, billah, bəradər, doğrudur.

*/

145

Ey gül, nə rəvadır səni meyxarə desinlər,

Bədnam desinlər səni avarə desinlər.

Xəlvət nə rəva qeyr ilə, ey Yusifi-sani,

Kim, pirəhəni-ismətüvi parə desinlər.

Xurşidi-mey ardınca səni hər gecə ta sübh,

Ey mah, nə layiqdi ki, səyyarə desinlər.

Hər qəlbi qara nakəs ilə eyləmə ülfət,

heyfa,səni aləmdə üzüqarə desinlər.

Seyyid təki etmə həvəsi-badeyi-gülgun,

Qorxum budur, ey məh, səni meyxarə desinlər.

*/

146

Dəhrin mənə sənsiz bu baharı nə gərəkdir?

Gülzari-çəmən sövti-həzarı nə gərəkdir?

Aşüftə könül tari-səri-zülfüvü istər,

Sünbül mənə sənsiz, səni tarı, nə gərəkdir?

Ətri-səri-zülfün mənə mətlubdur, ey gül,

Əttarların müşki-tətarı nə gərəkdir?

Hər gecə ki, ağuşi-xəyalımdadır ol mah,

Zahirdə olan busü kənarı nə gərəkdir?

Ey zahidi-xudbin, yeri, öz eybinə kur ol,

Xəlqin sənə bu eybü əvarı nə gərəkdir?

Bibadeyi-gülgun bizi məst eylədi saqi,

Minbəd meyin rəncü xumarı nə gərəkdir?

Qonşu toyuğu qaz görünür qonşuya, Seyyid,

Öz yarüvi tut, özgə nigarı nə gərəkdir?

*/

147

O reyhani xətindən üzlərin kim,rəng tutmuşlar,

Qübar ilə iki ayinədir kim, jəng tutmuşlar.

Rüxü çeşmin alır hər gündə bir rəng ilə yüz min can.

Nə yüzdən bunlar, ey məh,şiveyi-nirəng tutmuşlar.

Tutan kimdir bərabər ləli-nabı səngi-xarayə,

Olar kim ləblərin yaqut ilə həmsəng tutmuşlar.

Eşitmişlər dəhanın vəsfini çün səhni-gülşəndə

Səbadən, qönçələr kim, özlərin diltəng tutmuşlar.

ğənnilər şəbi-hicran xəyali-tari-zülfünlə

Atıb mizrabı əldən, cümlə zülfi-çəng tutmuşlar.

Görüb rüsvalığım zövqin, atarlar nəngü namusu,

Olar kim özləriyçün rəsmi-namü nəng tutmuşlar.

Yanında əndəlibin, Seyyida, zağü zəğənlərdir

Olar kim nəğmeyi-əşarüvə ahəng tutmuşlar.

*/

148

Təsəvvür etmə fəğanım həlaki-candandır,

Kəman öpər əlüvi, ələmanım ondandır.

Könül, yaxıb oda döndərmə suyə peykanın,

Bu tir kim, mənə ol qaşları kəmandandır.

Əcəbmi çeşmeyi-xurşid dəhri rövşən edər,

Gözündə sürməsi ol xaki-asitandandır.

Könüldü laləsifət dağdar sər ta pa,

Bu töhfələr mənə bir özgə gülsitandır.

Ziyanı yox, alıban canı verdilər qəmini,

Məhəbbətində bizim sudumuz ziyandandır.

Gedib, o mahı neçə gündü, mən genə görürəm,

Bu qüvveyi-bəsər ol gərdi-karvandandır.

Kəbudi camə ilə gəldi ol səhibala,

Bəla ki, Seyyidə nazildi, asimandandır.

*/

149

Hər ləhzə kim, xəyalıma ol simbər gəlir,

Tanrı bilir ki, bu dili-zarə nələr gəlir!

Şövqi-rüxiylə çeşmimə aləm gəlir behişt,

Yadi-ləbiylə ağzıma təmi-şəkər gəlir.

Gəldikcə ömrüm, oldu füzun dərdü möhnətim,

Bu doğru sözdürür ki, il-ildən bətər gəlir.

Ey dil, getürmə navəki-ahi-səhərdən əl,

Bu oxların, olur ki, biri kargər gəlir.

Bu xali-müşkfam ki, ruyindədir

Kəbə qopub,ziyarətüvə həm həcər gəlir.

Novmid qılma zülfüvü üzdən kənar qıl

Kim, ruzü şəb nəzarənə şəmsü qəmər gəlir.

Əzbəs ki, sancılıb tənimə ox ox üstünə,

Seyyid, görən deyər ki, sənə balü pər gəlir.

*/

150

Saralmış rəngimi atəşsifət cani-şərab eylər.

Əçəb iksirdir kim, kəhrübanı ləlixnab eylər.

Soruşdum kim, neçin ənguru dehqan paymal etdi,

Dedilər kim,pozub yüz kövkəbi bir afitab eylər.

Hicab oldu üzari-yarə xətti-ənbərəfşanı,

Görünməz şərmdən eşq əhlinə ol gül, hicab eylər.

Əgər daş olsa dözməz xublər bidadına, bilməm

Nə eylər kim, könül bunca cəfavü cövrə tab eylər.

Yetişmiş rəşkdən ol həddə halım kim, məni.ol şəo

Çəkib tiği-cəfa öldürsə,billah,min səvab eylər.

Yeyər mali-yetimi zahid, iymanın verər badə,

Əcəbdir kim, bu gül tək badədən ol ictinab eylər.

Xəyali-ruyi, Seyyid,qərü ənbiqi-dü çeşmimdən,

Sirişki-alımı təqtir ilə eyni gülab eylər.

151

Qıldı məni həlak bu bimehr mahlər,

Rəhm eyləməz gədayə məgər padşahlər?

Qurban olum sənə, qədəğən eylə çeşmüvə,

Etmiş qara günümü o çeşmi-siyahlər.

Gəh qəmzədən atar mənə yüz navəki-bəla,

Gəh işvədən çəkər dilə hər dəm sipahlər.

Ahi-səhərdən eylə həzər, tökmə qanımı,

Qorxum budur əsər qıla, ey şəh, bu ahlər.

Bir dadə yet ki, ərşə çıxıb ahü əlaman,

Yol üstə fövc-fövc durub dadxahlər.

Ta tövbə girməgə araya yer tapılmasın,

Peydərpey eylərəm gecə-gündüz günahlər.

Ol novxətə şikayət üçün dil açar təmam,

Seyyid, məzarın üstə bitən tər giyahlər.

*/

152

Derlər ki, içmə badəni ümmül-fəsaddır.

Ari,fəsaddır ona kim, bədnihaddır.

Hər kəsdə Hər təbiət ola mey büruz edər,

Ərbabi-halə hal, fəsadə fəsaddır.

Piri-müğan edibdi bizə badəni həlal,

Qurban bu ictihadə, əcəb ictihaddır.

Bir şişə mey qoyun ləhədim içrə dəfn edin

Kim, bu cahandən mənə zadül-məaddır.

həqdən şərabxarı o kim, naümid edər,

Seyyid, o da sənin kimi bədetiqaddır.

*/

153

Hər il ki, Kəbəyə hüccac tazə-tazə gedərlər,

Bilib ol evdə məgər xaliqi, niyazə gedərlər.

həcər o xal,üzün Kəbə,qarə örtügü zülfün,

Qoyub səni, niyə hüccaclər hicazə gedərlər.

Səfavü Mərvə o beytin ki, rükni-əzəmisən,

Əgər səni arayıb getməsə,güdazə gedərlər.

həqiqi Kəbəsi sənsən həqin, nə səngü gil, ey gül,

Qoyub həqiqəti aləm,rəhi-məcazə gedərlər.

Bu zövqü bilməyənin olma hiç halına münkir,

Həq əhli həq yoluna çəngü udü sazə gedərlər.

Gəlirdi cismə oxun,çıxdı can qabağına,ari,

Əziz dust gələn dəmdə pişvazə gedərlər.

Könül,sən ol sənəmin səc də qıl cəmaluna,bari,

O dəm ki,əhli-vərə məscidə nəmazə gedərlər.

Gələn ziyarəti-beytül-həramdən dəxi, Seyyid,

Yeməz həlal, məgər almağa icazə gedərlər.

*/

154

Şərabi-nab ki, xurşidi-aləmaradır,

Cahanə feyzi onun gün kimi Hüveydadır.

Piyalə tut, elə cami-cahannümayə nəzər--

Ki, cümlə sirri-əzəl onda faşü peydadır.

Şərabi-nabdə yox eyb,eyləməz töhmət

O kəs ki, zatı onun eybdən mübərradır.

Ümidi-cənnət ilə taət eyləyir zahid,

Qəribə beyü şəradır, əcibə sövdadır!

Çıxıbdı minbərə vaiz,salıbdı taqə səda,

Məgər ki, xəbta-dəmağ etdi,bu na qovğadır!

həvayi-zülfi-çəlipayi-yari-tərsadən,

həmişə mənzilimiz guşeyi-kəlisadır.

Gülün gülabını əttar çəkdi, ey Seyyid!

Vəli cəfanı çəkən əndəlibi-şeydadır.

*/

155

Könül ümmidi-vəslilə qəmi-hicranə səbr eylər,

əvayi-cənnət ilə atəşi-niyranə səbr eylər.

Muradı bir Əzizin olsa Yusif kimi sultanlıq,

Çəkər ixvan cəfasın, möhnəti-zindanə səbr eylər.

Könül xurşid rüxsarından, ey mahi-hilaləbru,

Dönüb bədr olmaq üçün zilləti-nöqsanə səbr eylər.

şüb sövdayi-eşqə tari-zülfi-tabdarından,

Əgər zəncirə bağlansa dili-divanə, səbr eylər.

Məni yandırdın axır atəşi-hicranə, yan durdun,

Dedin yan nari-eşqə, katəşə[1] pərvanə səbr eylər.

Gülüstani-cahanda gül sevən çəkməz xəzan qeydin,

Əgər bidad ilə könlü dönərsə qanə, səbr eylər.

Əzəldən lafi-eşq etdin, bəlayə səbr qıl, Seyyid,

şən dəryayə,ari,möhnəti-tufanə səbr eylər.

*/

[istinad1:Ki atəşə]

156

Rumi-rüx üzrə fövci-xət etdi üburlər,

Rəxnə salıbdı mülki-Süleymanə murlər.

Etdi,hilali-yekşəbə əgri qaşınla bəhs,

Bu rast imiş ki,qürrələnir novzühurlər.

Mu sayə saldı yari-dilarə cəmalına,

Musayə məxfi oldu bu Tur üzrə nurlər.

Yarın mürurunu mənə çox sanma, ey rəqib

Bu iltifatı gözləmişəm çox mürurlər.

Eşqində bunca möhnətü nöqsanə düşmüşəm,

Ol mahın həqqi var mənə etsə qürurlər.

Eşqin yolunda qəm verə üz,aşiq inciməz

Kim, hər qəmində var neçə məxfi sürurlər,

Seyyid, həzar şükr ki, bəzmi-nigardə,

Saqi əlində var genə cami-bülurlər.

*/

157

hər kimin camı var əldə gözünə cəm görünür,

Məni Cəmşid qılan pəs meyi-Dərqəm görünür.

Əgər ayineyi-İskəndərə vardır meylin,

Baxgilən cami-meyə gör ki, nə aləm görünür.

Daneyi-qurəni mən takdə gördüm deyəsən

hamilə ruhə olan İsiyü Məryəm görünür.

Vəsli-yarə yetişib qeyr,mən oldum məhrum,

Eydi-novruz mənə mahi-məhərrəm görünür.

Xəmi-əbrusu olub bəs ki,dilə nəqşi-zəmir,

Eyləsəm sərvə nəzər, indi mənə xəm görünür.

Seyyida, cənnəti-didardən oldun məhrum,

İndi aləm mənə,bir nari-cəhənnəm görünür.

158

Miskin könül genə özünü yarə göstərir,

Guya tapıb təbibini biçarə, göstərir.

Dövri-ləbində xət degil ol sərvi-gülrüxün,

Guya bənövşəşərbəti bimarə göstərir.

Ta rumi-ruyün etməyə pamali-zəngi-xət,

Xali-siyəh bu kişvər ara qarə göstərir.

Göz göstərir dilə xəmi-əbruyi-məhvəşi,

Guya hilali-eyd tapıb, yarə gestərir.

Əğyarı görcəgin mənə çox eylər iltifat,

Ol şuxi-dilfirib özün əğyarə göstərir.

Verdi nişan rəqib o məhi qeyrə seyrdə,

Əxtərşümarə.döndü ki,səyyarə göstərir

Göstərsə yarə könlünü var vəchi Seyyidin,

Öz xaneyi-xərabını memara göstərir.

*/

159

Olsun günüm o gün ki, gələ yardən xəbər,

Badi-səba verə genə gülzardən xəbər.

Qıldı kənarə zülfünü rüxsari-yardən.

Verdi nəsimi-sübh dili-zardən xəbər.

Kuyində göz yaşımı görüb,tutub ol pəri,

«Cənnati-ədnin-təhtəhəl-ənhardən»[1]xəbər.

Balində yatmaq aşiqi-zarə həramdır,

Mənsuru axtaran kəs alır dardən xəbər.

Çeşmin cəfasını nə bilir məst olmayan,

Amma bu halı zahidi-huşyardən xəbər.

Turu dağıtdı yar təcəllası, ey könül;

Musa bilirmi dövləti-didardən xəbər?

Zülfi-siyahına olanı aşiq ol bütün.

Seyyid,varımdı rişteyi-zünnardən xəbər.

*/

160

Ol sərkəşidə qəd kimi az sərvinaz olur,

Söz rast xoşdu,vəsfini qılsam diraz olur.

Pərvanə şəmə aşiq olub,mən cəmalüvə,

Məhmud könlü talibi-Hüsni-Əyaz olur.

Seyd etdi mürği-könlümü şahbaz gözlərin,

Az ruzgardə bu sifət şahbaz olur.

Kuyin müqimiyəm,nə qəm,eyməndi qətldən

hər seyd kim, dəxili-hərimi-hicaz olur.

Gər yar naz qılsa,niyaz eylə, eykönül,

şuqun aşiqə işi peyvəstə naz olur.

Oxşatma ahü naləmi bülbül fəğaninə,

Mən yanmışam,təranələrim cangüdaz olur.

Cövrü cəfayi-yar ilə artar nəvazişim,

Bidadi-yar aşiq üçün dilnəvaz olur. -

Ey ləli gülşəkər, bu lətafətdə bir səhər.

Gər görsə ağzını,dəhəni-qönçə baz olur.

Sən ol hümayi-hüsnsən,ey sərvi-gülrüxüm,

Gər xarə sayə salsa qədin,sərfəraz olur.

Nəqqaşə aşiq oldu könül nəqşi-yardən,

Eşqi-həqiqət əvvəli,ari, məcaz olur.

Ən qəsd,Cürmiyə elədil iczü inkisar,

şhurdur kəpəklə köpək könlü saz olur.

Cürmilə çoxdu bu qəzəlin fərqi,Seyyida,

Gər simi-şerə bir məhəki-imtiyaz olur.

*/

161

Rüxsari-yar zinəti xətti-qübarıdır,

Reyhan,şikəstə,sünbül bnun xaksarıdır.

Gördükdə,lalə dağını rəşk öldürür məni --

Kim,bəlkə bu mənim gülümün dağdarıdır,

Xət gəldi ruyi-yarə,füzun oldu rövnəqi,

Ey əndəlib,mürği-dilin novbaharıdır.

Pərtab edibdi tirin o əbrukaman gəlir,

Şad ol könül ki,meyli bizim canə sarıdır.

Məcnun bürəhnə seyr qılır cümlə aləmi,

Meyxaneyi-qəmin bu hələ.huşyarıdır.

Nərgis çəməndə göz açıb, heyrandı hüsnüvə,

Sünbül o zülfi-xəmbəxəmin tabdarıdır.

Candan siva dəhanüvə yox nəzri Seyyidin,

Olsun-qəsəm o canuva kim,yoxü varıdır.

*/

162

Könlümü şurə salan püsteyi-xəndanındır,

Nəməki-zəxm ləbani-şəkərəfşanındır.

Qönçə tək bağdə hər xarə açıldın, ey gül,

Sinəmi çak edən ol çaki-giribanındır.

Ziri-ləb xəndəkünan,halımı sordun,sənəma!

Məni giryan edən ol xəndeyi-pinhanındır

Neçə illərdi ki,dil fikri-dəhanın eylər,

Xızrı sərgəştə qoyan çeşmeyi-heyvanındır,

Tutuban bağruva basdın o səri-zülfü,könül,>

Belə fikr eylədin ol müşk sənin canındır?!

Ey kəmanqaşlı,atıb ox,ürəgim yarələdin,

Aşiqi-zar genə talibi-ehsanındır.

Gördü,ruyin, sənəma,gəldi-bu gün iymanə,

Sey|idi-zar sənin tazə müsəlmanındır.

*/

163

Fərhad mənəm kim, belə şirinsüxənim var,

Bir arizi gülgun.ləbi şəkkər-şikənim var.

Yox məmləkəti-Reydə şəhi-Nasiridinin,

Bu gövhəri-nayab ki, Şirvanda mənim var.

Bəhreynə dönüb yar,qəmindən iki çeşmim,

Qallı sədəf içrə necə dürri-Ədənim var.

Ol zülfi-siyah.oldu mənim Darsəlamım

Şam içrə,şərif ölkədə ziba vətənim var.

Bəsdir,mənə xaki-qədəmi, xirqeyi-çakım,

Yox qəm ki, nə kafurü nə sidrü kəfənim var,

Batin üzümün şahididir hüsni-kəlamım,

Əlminnətü-lilləh belə vəchi-həsənim var.

Seyyid, nə,gərəkdir mənə ol ləli-Bədəxşan,

Yuz lələ dəgən tazə əqiqi-Yəmənim var.

*/

164

Əgərçi həşrdə peyda o sərvqamət olur,

Fəzayi-məhşər ara özgə bir qiyamət olur.

Könüldə zəxmimi qanlı sirişkim etdi əyan,

Dənizdə qan balığın zəxminə əlamət olur.

Əgər o mahı Züleyxa görə bu surət ilə,

Həvayi-Yusif ona mayeyi-nədamət olur.

Məgər qiyamə gəlibdir qiyaməti-kübra,

Və ya ki, cilvəgər ol şuxi-sərvqamət olur.

Qədinlə fitneyi-axırzaman olur peyda,

Bu fitnədən özünü saxlayan səlamət olur.

Çəkibdi tiği-cəfa yar, əgər tökə qanım,

Kəmali-lütfdür ol, qayəti-kəramət olur.

Qədin xəyalını hər vəqt kim salır yadə,

Mizaci-Seyyidi-dilxunə istiqamət olur.

*/

165

Çeşmində qəzəb yoxsa dili-zarım üçündür?

Qəhri o təbibin dili-bimarım üçündür?

Şadəm ki, salır qeyr məni yaduva hərdəm,

Hərçənd ki, yad etməgi azarım üçündür.

Rüsvalığım oldu səbəbi-şöhrəti-dildar,

Tərki-vətən etdimsə əgər, yarım üçündür.

Hər gecə fəğanım yetişir gögdə hilalə,

Bu nalələr ol əxtəri-səyyarım üçündür.

Sən də gedibən ağla ez əhvaluva, Seyyid,

Fəryadü fəğanım mənim öz yarım üçündür.

*/

165-

Ey hurivəş ki, əksi-rüxün sağərimdədir,

Kövsər zülalı, badeyi-canpərvərimdədir.

İsgəndərəmmi zülmətə, ey Xızr, olam rəvan,

Abi-həyat ləli-ləbi-dilbərimdədir.

Sirri-dəhanı məndən eşit kim, bu nöqtənin

Təlif olan kitabələri əzbərimdədir.

Ol şəmi-hüsnə yandığım axşamdan bəri

Pərvanələr gözü hamı xakistərimdədir.

Qorxutma, zahida, məni nari-cəhimdən,

Dəryayi-rəhmətin başı əşki-tərimdədir.

Ol qaşı Zülfüqar vuran zəxmi-möhlikin

Cibril tək hənuz əsəri şəhpərimdədir.

Dildən məhaldır ki, edə intiqal eşq,

Seyyid, bu bir ərəzdi ki, öz cövhərimdədir.

*/

166

Üzün əgərçi behiştin baharına bənzər,

Mənim gözüm də onun cuybarına bənzər.

Edirdi dün ələmi-duzəxi bəyan vaiz,

Bu, aşiqin ələmi-intizarına bənzər.

Kənari-çeşmimə sancıldı oxların ney tək,

Sudan qəmiş bitirən Kür kənarına bənzər.

Görüb məzarımı ol şəhsüvari-hüsn dedi:

Bu, bir şəhidi-qəribin məzarına bənzər.

Tökər bəyazi-rüxə tudə-tudə müşk ol zülf,

Müsəvvirin qələmi-müşkbarına bənzər.

Əritməz atəşi-dil dildə növki-peykani,

Bu, ol kəmanqaşın yadigarına bənzər.

Çəməndə bülbül oxur, ya fəğani-Seyyiddir,

Genə bu nəğmə onun ahü zarına bənzər.

167

Bu namə kim mənə ol şux dilrubadəndir,

Bu bir ətiyyeyi-üzmadı kim, xudadəndir.

Şikayət eyləmə, biganədən səfa gəlməz,

Nə gəlsə başuva, ey xəstə, aşinadəndir.

Gətirməz arizi-alın baxanda tabi-nigah,

Gər aşiqin üzüvə baxmasa ziyadəndir.

O bağdən məni bir nəkhət ilə şad etməz,

Şikayətim mənim, ey lalərüx, səbadəndir.

Diriğ eyləmə xaki-dərin, gözüm nuri,

Gözüm ziyası mənim, çün bu tutiy adəndir.

Nə yar edərdi cəfa, nə rəqib, nə gərdun,

Zəmanədə bu cəfalər mənə qəzadəndir.

Nə səndə var vəfa, həm nə yardə, Seyyid,

Vəfa bu əsrdə, bil, cinsi-kimyadəndir.

*/

168

Könül, əlində ki bir cami-xoşgüvarın var,

Büsati-işrətə sərf eylə,çünki varın var.

Nə mayil olmusan, ey dil, bu mülki-dünyayə,

Sənin nişiməni-firdovs tək diyarın var.

Könül, gəlib meyü məhbub ixtiyar eylə,

Bu gündə əldə sənin cüzi ixtiyarın var.

Yamanlıq eyləmə bir şəxsə, yaxşılıq var ikən,

Sənin o zahidi-xudbin ilə nə karın var?

Bahari-zahirin axır nədir tamaşası?

həmişə dildə sənin solmayan baharın var.

Yetişmisən ləbimə, çıxmasan nədən, ey can?

Cəmali-yarə məgər səxt intizarın var?

Məlalət ilə keçirmə səlamət əyyamın,

Bu ömri-kutəhə, Seyyid, nə etibarın var?

*/

169-

Qiyməti-ləli-ləbin sərraflər can etdilər,

Bilmədilər qədrini, billəh ki, ərzan etdilər.

Parə-parə könlümü əldən alıb keysulərin,

Hər biri bir parəsin bir yanda pinhan etdilər.

Közlərin hər qəmzəsi bir aşiqi məqtul edib,

Cansitanlıq rəsmini gör necə asan etdilər!

Bağlayıb zünnarlər zülfün töküldü ruyünə,

Gör ki, axır mülki-dini kafəristan etdilər.

Bir tərəf şanə dağıtdı zülfüvü, bir yan səba,

Hər tərəfdən hər biri könlüm pərişan etdilər.

Möhnəti-hicran, bəlayi-eşq, bidadi-rəqib,

Agəh ol, ey lalərüx kim, bağrımı qan etdilər.

Hər kəsi yazdıqca lövhə çün əzəl katibləri,

Seyyidi-məhzun məqamın beytül-əhzan etdilər. :

*/

169

Rəmzi-rüxsarını yarın məni-müztərdən sor,

Yəni ayinə səfasini Skəndərdən sor.

Təlxü şirini-rəhi-eşqi nə bilsin Xosrov,

Onu Fərhadi-sitəmdideyi-müztərdən sor.

Zahid inkari-meyi-nab qılırsa, nə əcəb,

Gəl onun zövqünü bu pir-qələndərdən sor.

Ey soran abi-bəqa ləzzətini kim, necədir,

Tapmasan Xızrı əgər, get ləbi-dilbərdən sor.

Gər sual eyləsə zahid ki, nədir nəşeyi-mey,

Degilən, gəl onu meyxaiədə sağərdən sor.

Ey soran halımı kim, böylə pərişan niyəsən?

Sorma məndən, onu ol zülfi-müənbərdən sor.

Seyyida, şöleyi-şəmi-rüxünə yandığımı,

Gecələr şəmdə pərvanəni g ör, pərdən sor.

*/

170

Yüz gunə mənə xəlq gər əfsanə desinlər,

Bakim nə mənim, tək səni mərdanə desinlər.

Aç silsileyi-zülfi kəcin, boynuma bağla,

Qoy kim, məni zəncirdə divanə desinlər.

Çoxlar özünü atəşə yandırdı qəmindən

Kim, şəmi-rüxü-alına pərvanə desinlər.

Gəl təşneyi-didarına peykan oxun at kim,

Zalimsə də su verdi bu ətşanə desinlər.

Aç silsileyi-zülfi-kəcin, boynuma bağla,

Məscidləri qoy şəhrdə viranə desinlər.

Görsə bu səfa ilə səni Kəbədə hüccac,

Qorxum budu kim, Kəbəni bütxanə desinlər.

Bu küfrnüma şerüvi, Seyyid, görüb aləm,

Kafər deməsinlər səni, aya nə desinlər?

*/

171

Ruyin şüaı kim meyə, ey dilrüba, düşər,

Meydən cahanə pərtövi-nuri-xuda düşər.

Sormağa qönçədən dəhənin sirri-mübhəmin,

Hər sübhdəm çəmənlərə badi-səba düşər.

şki-Xəta dedim o siyəh zülfü kakilə,

Əhli-nəzər eşitsə, bu sözdən xəta düşər.

Vəsfi-səfayi-sinəni, ey Kəbeyi-ümid,

Təhrir qılsa kilk, Səfadən səfa düşər.

Filcümlə ahi-aşiqə bənzər təranəsi.

Ol vəqt əndəlib ki, güldən cüda düşər.

Olmaz mənə sənin təki bir padşəh, vəli,

Seyyid təki sənin əlinə çox gəda düşər

*/

172

Ol üzü xurşid kim aşiqlərin cananıdır,

Gün təki rövşəndi kim, bu xəstə cismin canıdır.

Zülməti-zülfində, pinhan, ləlinə meyl etdi dil^.

Ol dəhani-təng Xızrın çeşmeyi-heyvanıdır.

Sirrimi aləm bilir, ey dil, nə pinhan eyləyim,

Aşkarə dil alan ol xəndeyi-pinhanıdır.

Ey təbib, əl çək əlacımdan, mənə etmə əlac,

Xaki-kuyi-dust kur olmuş gözüm dərmanıdır.

Nami-məşuqi nə hacət zahir etmək, ey könül,

El bilir, aləm bilir gülrüxlərin sultanıdır.

Sinədə peykanuva qıldım cikər qanın qida,

Canə minnətdir ki, bu cananımın mehmanıdır.

Namə gəldi yardən, istər cəsəddən canımı,

Böylə sandım ki, həqin gökdən gələn fərmanıdır.

Olma yarın, Seyyida, cövrü cəfasından məlul,

Aşiqə cövrü cəfası dilbərin ehsanıdır.

*/

173

Bülbülün hali-dilin novgüli-gülzar bilir,

Yansa pərvanə, qəmin şəmi-şəbi-tar bilir.

Aşiqi-kamil olan dərdini yarə nə desin,

O ki dərd əhlin edib dərdə giriftar, bilir.

Razıyam ki, yana pərvanə kimi balü pərim,

Gər məni yanmağa ol şəm səzavar bilir.

şikayət eləyim dərdi-dilimdən yarə,

Bilmişəm ki, dili-zarımda nə kim var bilir.

Şakirəm yanmağa, yox cürət edəm şikvə, əgər

Ol dilaram mənim cənnətimi nar bilir.

Görürəm ol gözü badam, o ləli şəkkər,

Eyləsə xahiş, əlaci-dili-bimar bilir.

Xunfəsa fövcünə göstərmə kəlamın, Seyyid,

Genə gül qədrini bu dəhrdə əttar bilir.

*/

174

Bu pir könül tazə bir əhli-nəzər istər,

Əvvəlki keçibdir, bunu ondan bətər istər.

Göz yaşımı dil culərə döndərdi qəmindən,

Məlum olur nəxli-muradə səmər istər.

Ləli-ləbini istəsə dil, həqqi var, ey gül,

Bimar gözüm qüvvət üçün gülşəkər istər.

Peykanlarını xahiş edər dil iki yandan,

Uçmağa səri-kuyüvə bir balü pər istər.

Başdan keçibən eşqdə cövlan gərək olsun,

Meydani-məhəbbətdi bu, ey dil, cigər istər.

Bimar gözün istəsə qoy qanımı içsin,

Qurbandır ona, canımı məndən əgər istər.

Bir kimsənə yoxdur ki, sənə olmaya pabənd,

Ey xaliqi-bimisl, səni hər bəşər istər.

*/

175

Hanı o mahə həmağuş olduğum gecələr,

Şərabi-vəsl ilə mədhuş olduğum gecələr.

Siyah zülfü töküb üstümə yatan dəmlər,

Bəsani-Kəbə siyəhpuş olduğum gecələr.

Zaman-zaman oxuyub yar ilə duayi-qədəh,

O lalərüxlə qədəhnuş olduğum gecələr.

şəndə yadə, düşər şölələr dilü canə,

O nari-eşqlə pürcuş olduğum gecələr.

Bəsani-seyl yetib bəhri-vəhdəti-yarə,

Atıb sədaları, xamuş olduğum gecələr.

Çıxanda sövtü o şirin kəlamuvun, Seyyid,

O sövtə başdan ayaq guş olduğum gecələr.

*/

176

Hanı o mah ilə mən işrət etdigim gecələr,

Tülui-sübhə kimi söhbət etdigim gecələr.

Gedəndə yar, durub naz ilə kənarından

Alıb ələ ətəgin, minnət etdigim gecələr.

şəndə xatirimə göglərə çıxar ahım,

O mahparə ilə xəlvət etdigim gecələr.

Ayaq yalın, baş açıq, zəmzəmi-sirişk teküb,

Təvafi-kuyi üçün niyyət etdigim gecələr.

Gəlib nihani dəri-yarə, üz qoyub xakə,

Qübarın öpməgə ol cürət etdigim gecələr.

şərmi bir də ələ, ey xudayi-həyyü əhəd,

O sərvqamət ilə ülfət etdigim gecələr.

Deyəndə yar mənə dərd, mən deyərdim can,

Məzaqə təlx sözün şərbət etdigim gecələr.

Mükərrər eyləyib ol acı sözlərin, Seyyid,

Özüm-özümə dönüb ləzzət etdigim gecələr.

*/

177

Hərçənd xubrudə bu adətdi,. naz olur,

Sən tək, vəleyk, naz qılan yar az olur.

Ol sərvi sərfəraz elədim əşkim ilə mən,

Əğyar, sayəsində vəli sərfəraz olur.

Adət budur ki, dəhrdə görməz visali-yar.

Hər aşiqi ki, pakinəzər, pakbaz olur,

Görməz həqiqi aşiq olan vəsli-yarını,

Bəzmi-visal qisməti-əhli-məcaz olur.

Könlü gərəkdi qönçə kimi qan ola müdam,

Kim c ki, dəhani-yarı sorub, əhli-raz olur.

Fəqrü fənayə talib olan dövlət istəməz,

Bu kimiyanı hasil edən biniyaz olur.

Qoymaz kəbutəri-dili-üşşaqdə qərar,

Hər yerdə kim, gözün kimi bir şahbaz olur.

Xurşid edər tülu, yetər şəb nihayətə,

Bağlar sitarə çeşmi-həsəd, sübh baz olur.

Seyyid, şikayət eyləmə hicrani-yardən,

Bir gün olur ki, lütfi-xuda çarəsaz olur.

*/

178

Alan qərarımı ol kakili-mütərradır,

Başımda, bilməyirəm hiç, bu nə sevdadır?

Dedim: nədir rüxi-müshəfvəşində xətti-siyah,

Dedi ki, sureyi «Vəşşəms» üçün bu mənadır.

Caharmixi-təbiətdən əl çəkən arif,

Çıxar səmayə ki, həmxaneyi-Məsihadır.

Buraqi-himmət ilə qıl üruc ərşi-həqə,

O quş ki, çərxi-çaharüm məqami-İsadır.

Görən xudayi-əhəd nurini bu kəsrət ara.

Deməz ki, hiç bu məsciddir, ol kəlisadır.

Təcəlliyat özünün, göz onun, cəmal ezünün,

Cahanda gəh özü Yusifdi, gəh Züleyxadır.

Rümuzi-şerdən aləmdə yox mənim xəbərim,

Zəbani-Seyyidi-şirinsüxənlə guyadır.

*/

179

Yadə saldıqda səni, dideyi-xunbar ağlar,

Yar hicrin çəkən, əlbəttə ki, naçar ağlar.

Bülbüli-bidil əlindən üzülüb daməni-gül,

Gecələr sübhə kimi nalə çəkib, zar ağlar.

Şad ikən vəslin ilə könlümə qəm çəkdi hücum,

Oldu min gunə genə dərdə giriftar, ağlar.

Tabi-təb, zülməti-şəb, möhnəti-qürbət, qəmi-yar;

Eyləməz tab bu möhnətlərə bimar ağlar.

Bəs ki, şəb ta bəsəhər ağlamaq adətdi mənə,

Həmdəm olmuş mənə yeksər dərü divar ağlar.

Mən ki, hicr atəşinə yandı vücudum, billah,

Mənim əhvalıma duzəxdə yanar nar, ağlar. ,

O qədər ağladı Seyyid qəmi-hicran ilə

Ki, onun halına bu çərxi-sitəmkar ağlar.

*/

180

0 kəs. kim, nazəninim, Kəbeyi-kuyin təvaf eylər,

Səfadə səy edib ayineyi-idrakı saf eylər.

Bu gün üşşaq üçün sən gögdən enmiş rəhməti-həqsən,

Səni, ey məh, bəlayi-din deyən, billah xilaf eylər,

Yanar, tab eyləməz, bir şöleyi-şəm ilə pərvanə,

O bitaqətligiylə bunca nə lafü kəzaf eylər?

İnanma gər desə rəmmal sirri-qeybə agahəm,

Dəhanın, sirrinə yüz kərrə əczin etiraf eylər.

Edərsən ömrlərdir, Seyyida, muyi-miyan fikrin,

Bu fikri-nazik axırda səni bir muşikaf eylər.

*/

181

Ey məh, sənə bu ahi-dəmadəm nə üçündür,

Ayineyi-dildə kədərü qəm nə üçündür?

Batdın genə bəxtim kimi bilməm nə qərayə,

Qurban sənə, bu şiveyi-matəm nə üçündür?

Təcridi-lətafətlə sən İsayi-zamansan,

İsayə, nigarım, qəmi-Məryəm nə üçündür?

Dünyayə gələn getmək üçündür, bu nə qəmdir,

Bir fikr elə bu xilqəti-aləm nə üçündür?

Seyyid, əgər ol şəmə sənin yanmadı könlün,

Bəs pərdeyi-çeşmində olan nəm nə üçündür?

*/

182

Gəhi çeşmin, gəh əbru, gah qəmzən qəsdi-can eylər,

Salır bir fitnə, canım, qorxuram axırda qan eylər.

Gəhi çeşmin alır can, tiri-qəmzəndən tutar pinhan,

Gəhi qəmzən tökər qan, çeşmi-məstindən nihan eylər.

Edərlər xubrulər qəsdi-can könlüm fəğanından

Cərəsdən necə rəhzənlər ki, qəsdi-karvan eylər.

Könül şövqi-rüxündən həlqeyi-zülfündə sakindir

O bülbül tək ki, hərdəm şaxi-güldə aşiyan eylər.

Gər, ey sərvi-rəvanım, bağ ara nagəh xüram etsən,

Qoparıb bağban sərvin, salıb suyə rəvan eylər.

Əgər mən ol güli-rüxsarə həsrət can verəm, Seyyid,

Məzarımdan çıxıb gül, onda bülbüllər fəğan eylər.

*/

183

Kim ki, Seyyid, ezünə bir gözəli yar bilir,

Nə qədər cövr eləsə canə səzavar bilir.

Nə qədər cövrü sitəmdən edə məşuqu günah,

Genə aşiq özün eşqində günəhkar bilir.

Belədir qaidə gülzari-cahan içrə ki, gül

Bülbülü tərk qılıb, həmdəmini xar bilir.

Kimini Turi-təcəlladə yaxar bərqi-cəmal,

Kimini izzət ilə qabili-didar bilir.

Özüvü dilbərə laqeyd gərək gestərəsən,

Zülm bünyad edib ol vəqt ki, naçar bilir.

*/

184

Sanma qəm dəfini dildən meyi-gülgun eylər,

Olsa hər kimsədə qəm mey dəxi əfzun eylər-

Etmişəm təcrübə kim, eşq ilə bimar olanın

Nə əlacın xümü sağər, nə Fəlatun eylər.

İctinab eyləmə meydən, bu o cövhərdir kim,

Əşəsi hatəm edər, müflisi Qarun-eylər.

Ol ki, bir şişə şərabı ala dünyanı verib,

Etiqadım budur ol kəs genə məğbun eylər.

Seyyida, söhbəti-zöhhadə həvəs eyləmə kim,

Təbi əfsürdə qılar, xatiri məhzun eylər.

*/

185

Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur,

Bilməm nə rəmzdir ki, dönüb şivəkar olur.

Hər mahi-sim-saqə ki, mən müştəri olam,

Səngi-məhəkdə qəlb çıxıb, kəm-əyar olur.

Yüz dəfə lütf ilə eləsə vədeyi-visal,

Qismət mənə haman ələmi-intizar olur.

Bunca cəfaların görüb ol binəva könül,

Ol bivəfayə, gör, genə ümmidvar olur.

Seyyid, təhəmmül et şəbi-hicranə, çəkmə ah,

Bir gün olur ki, kamincə ruzigar olur.

*/

186

Kimin ki, sən kimi bir yari-sərvqaməti var,

Qədin fədası olum, gündə yüz qiyaməti var.

O vəqtdən ki, salıb başımı bəlayə könül,

Qılır ki, şükr, onun haləti-səlaməti var.

Təvəhhüm etmə ki, tiğindən etiraz edirəm,

Tökərsə qanımı, ey şux, canə minnəti var.

Zamani-hicrdə gah ağlayıb, gəhi gülürəm,

Bu eşq aləminin özgə növ haləti var.

Dəvam qılmadı bir tişəyə səri-Fərhad,

Onun təriqi-bəladə mənə nə nisbəti var?

Zəbani-hal qılır halımı özü təqrir,

Dilim kəsilsə, bəyanə bunun nə hacəti var?

Həmişə kəsrəti-qəm kəsrət içrədir, Seyyid,

Xoş ol ki, aləm ara kəsrət içrə vəhdəti var.

*/

187

Bisati-eyşimiz hicrində, ey gül, bəzmi-matəmdir,

Zibəs ki, giryə eylər gözlərim, guya məhərrəmdir.

Nolur kim gəlsə ol mahi-münəvvər bəzmi-üşşaqə,

Deyirlər ki münəccimlər, bu ayın səlxi çox kəmdir.

Başım zanuyi-qəmdə, olmuşam yüz dərdə piçidə,

Məni aşuftə-əhval eyləyən ol zülfi-pürxəmdir.

Özün yet, ya Əli, imdadıma bir yarü yavər yox,

Mənə düşmən rəhi-eşqində bu məcmui-aləmdir.

Babam Adəm behişti çün verib bir daneyi-xalə,

Həbibim, aşiqin himmətdə Adəmdən mükərrəmdir.

Başında pənbə mina göstərir kəşfü kəramətlər,

Əcəb rindi-xərabati, əcəb şeyxi-müəmməmdir.

Səninləndir fərəh eşq əhlinə, ey Seyyidi-ali,

Təsəvvür etmə kim, sənsiz könüllər şadü xürrəmdir.

*/

188

Könül, ol mahliqa söhbətimiz ar bilir

Ki, özün ülfəti-əğyarə səzavar bilir.

Rudi-Nil oldu gözüm yaşı bu möhnətdən kim,

Yusifim hüsnünə hər zalı xəridar bilir.

Hanı ol bərqi-təcəlla ki, yox etsin varın,

Kim ki, Musa tək özün qabili-didar bilir,

Əhli-dildən o məhin qəsdi dil almaqdı, vəli

Dilrübalıq rəvişin aşiqə azar bilir.

Bilmişəm ki, bu qədər cövrü cəfa etməkdən

Ol pəriçöhrə bizi eşqə giriftar bilir.

Hicrdə çəkdigim ol kafər əlindən gecələr,

Seyyida, mən bilirəm, dideyi-bidar bilir.

*/

189

şti-Xətada, şöhrəti var, çox qəzal olur,

Əmma gözün tək ahuyi-müşkin məhal olur.

Gər görsə nəxli-qamətüvi sərvi-pa-begil,

Billah, düşüb ayaqlaruva paymal olur.

Bilməm nə rəmzdir .ki, bu sirri-dəhanuvi

Hər yerdə aşikar eləsəm, qilü qal olur.

Ol mahi-bizəvalə deməm afitabdır

Kim, hər gün afitabə fələkdən zəval olur.

Söz yox ki, badə şərdə olmuş bizə həram,

Zənnim budur ki, yar ilə içsən, həlal olur.

Təhqiq olub bu kim, meyi-gülgunda hal var,

Gər əhli-hal ilə içəsən, özgə hal olur.

Sənsən bu əsrin, ey büti-ziba, Məhəmmədi

Kim, Seyyid astanənə kəmtər Bilal olur.

*/

190

Səbadən kim, üzündə türreyi-ənbərfəşan titrər,

Olur könlüm pərişan, xatirim aşuftə, can titrər.

Olur qərqi-ərəq gül şərmdən rüxsarüvi görcək

Xuraman qamətin gördükdə sərvi-bustan titrər.

Səbadən tari-zülfün tək, o sahir gözlərin vəsfin

Rəqəm qıldıqca əldə xameyi-möcüzbəyan titrər.

Nəzərdən yar getcək aşiqə lakin budur adət

Ki, məşuqin görən dəm aşiqi-bixaniman titrər.

Qəmim şərhini yarə hər zaman kim istərəm yazmaq,

Müjəmdə əşki-xunin, əldə xamə, təndə can titrər.

Visalında keçən günlər düşər yadıma, Seyyid tək,

Tökər çeşmim sirişki-xunü cismi-natəvan titrər.

*/

191

Gəldi fikrin könlümə, ya rəb, ola can bixəbər,

Can çıxaydı cismdən əhvalə canan bixəbər.

Yandırır balü pərin pərvanə şəmə hər gecə,

Suzişi-pinhandan ol şəmi-şəbistan bixəbər.

Vaqif olsaydım qoyarmıydım çıxa xət ruyüvə,

Tutdu bu gülzarı ol xari-müğilan bixəbər.

Qafil oldun, ey münəccim, açmadın təqvimdə,

Gərdi-xət qondu, tutuldu mahi-taban bixəbər.

Olma qafil haləti-üşşaqdən, ey murxət,

Hiç hali-murdən olmaz Süleyman bixəbər.

Göz önün barmaqlarımla tutmuşam şamü səhər,

Qorxuram nagəh ola aləmdə tufan bixəbər.

Kamran idim visali-yardə Seyyid kimi,

Saldı şövkətdən məni axırda hicran bixəbər.

*/

192

Xəyali-zülfü ruyin ruzü şəb könlümdə müzmərdir,

Mənə novruzdur, hər gün şəbü ruzum bərabərdir.

Üzündür, ey həbibim, aləm içrə möcüzi-baqi,

Edən kəs müshəfi-rüxsarını inkar, kafərdir.

Qubarı çox götürsün ta öpən dəm asitanından,

Bu vəchilə üzüm göz yaşım ilə müttəsil tərdir.

Çiraği-şəb mənə bəsdir cigərdə şöleyi-dağın,

Bihəmdillah ki, zülmətxaneyi-könlüm münəvvərdir.

Sənubər bar verməz, verdi qəddin barələr qəddə

Bu gülzari-behiştin meyvəsi bari-sənubərdir.

Bəlayi-təlxi-hicri-yarı könlündə sənubər tut

Məzaqi-xatiri-Xosrov ləbi-Şirinlə şəkkərdir.

Bəlayi-hicri-dilbər tirətərdir, ey könül, əmma

Rəqibi vəsldə yar ilə görmək xeyli bədtərdir.

Rəqib ol mahə həmdəm, şəmdir pərvanəyə məhrəm,

Sənə suzi-nihandan, Seyyida, ölmək müqərrərdir.

*/

193

Ey gül, üzün müayinə Firdovs bağıdır,

Şəhdi-ləbindi, yoxsa bu Kövsər bulağıdır?

Rövşən qılıb cahanı cəmalın tələlöi,

Qürsi-qəmərdi, yoxsa ki, bu gün çirağıdır?

Vaiz, dedin behiştdə vardır əyaği-mey,

Başınçın, ol əyağ bu saqi əyağıdır.

Rüxsari-alın üzrə o xali-siyəhmidir,

Yainki mayeyi-dili-məcruh dağıdır?

şmüş qaşın xəyalı dili-Seyyidə, vəli

Viranələr cahanda hərami yatağıdır.

*/

194

Sinədən guşuma fəryadi-dili-zar gəlir,

Dərdi artıbdı, genə naleyi-bimar gəlir.

Bildi, görsəm rüxi-alın fərəhimdən ölərəm,

Şad-mərg etməgə ez aşiqini yar gəlir.

Qəmi-hicranə dedin, səbr elə sən, ey naseh,

Sənə asan isə bu iş, mənə düşvar gəlir.

hansı bir üzvüvi tərifə edərsəm iqdam,

Əvvələn ağzıma ol ləli-şəkərbar gəlir.

Əsəri-badəni gör kim, yıxılıb məst oluram, •

Nə zaman fikrimə ol gözləri xummar gəlir.

Dil gəlir busə üçün dövri-xətində dərinə,

Şərm edən sailə bənzər ki, şəbi-tar gəlir.

Ölməgim xoşdu rəqib ilə səni görməkdən,

Gəzmə qeyr ilə, mənim qeyrətimə ar gəlir.

Seyyida, tari-səri-zülfü gözümdən getdi,

Masiva, tarı bilir kim, gözümə tar gəlir.

/*

195

Qəsdi-can eylər, o fəttan gözlərin bidaddır,

Bir kəbutər qəsdinə, guya iki səyyaddır.

Öldürür, gahi dirildir aşiqi qəmzən oxu,

Türfə sahirdir ki, həm canbəxş, həm cəlladdır.

Ləhzə-ləhzə seyli-əşkim aləmə tufan salır,

Ta qəmindən hər gözüm bir Dəcleyi-Bağdaddır.

Başın üçün, kəsmə məndən ey büti-bidadgər

Cövrü zülmün kim, fərəhbəxşi-dili-naşaddır.

Ey məhi-namehriban, etməm təmənna vəslüvi,

Bəs ki, könlüm möhnəti-hicranuva mötaddır.

Qıldı hicran qəsdi-can, cananə bilməz halımı,

Lütf qıl, ey nalə, bu dəm kim, dəmi-imdaddır.

Yardən ta Seyyidi-müztər kimi düşdüm cüda,

Həmdəmim əfğan, ənisim naləvü fəryaddır-

*/

196

Afitabi-zərfəşan, ya badeyi-yaqutdur,

Ruhi-ruhullahi-əzəm, ruh üçün ya qutdur.

Ləbmidir, ey Xızri-xət, ya çeşmeyi-abi-həyat,

Xaldır dövri-rüxündə, ya xəti-yaqutdur.

İki zülfün sərnigun çahi-zənəxdanə düşüb,

Çahi-Babildə məgər harut.ilə Marutdur.

Olmayıbdır, ey qəmər, gündə küsufi-afitab,

hüsnüvü görmüş qaçıb rəngi, bu gün məbhutdur.

Badeyi-gülfam ilə aludə olmuş caməsi,

Ya damıb pirahəni-dildarə qarə tutdur.

Gözlərin təlimi-sehr eylər sənin mərdümlərə,

Ey gözüm nuru, bular Harut ilə Marutdur?!

Bülbüli-gülzari-qüds idin əzəldən, Seyyida,

heyf kim, indi məqamın aləmi-nasutdur.

*/

197

Eşq əhli ki, xali-ləbi-cananı öpərlər,

Ol Kəbə ara vermək üçün canı, öpərlər.

Öpsəm üzüvü, ey üzü müshəf, nə günahım,

Bu sünnəti-məşhurdu, Quranı öpərlər.

Ətşan cigərim yarələri, bərqüvi görcək

Bağrına basıb navəki-peykanı öpərlər.

Sağərləri sındırmağımın vəchi budur kim,

Ləbrizi-mey olsa, ləbi-cananı öpərlər.

Mən ağlayıram, yatmaya ta mərdümi-aləm,

Şayəd yuxuda ol ləbi-xəndanı öpərlər.

Ətfali-dəbistan güli-ruyin həvəsindən,

Hərdəm açıb övraqi-«Gülüstanı» öpərlər.

Qəmzən oxu kuyün daşına qanımı töksə,

Əfvaci-məlaik gəlib ol qanı öpərlər.

Seyyid, məni uyquyə verib fikrü xəyalım,

Ləli-ləbüvi hər gecə pinhanı öpərlər.

*/

198

Biz ol aludeyi-dərdik ki, cami-mey dəvamızdır.

Əsiri-möhnətik, meyxanələr darüşşəfamızdır.

Olan vaqif özündən, eşqdə biganədir bizdən

Özündən kimsə kim, biganədir, ol aşinamızdır.

Bizi rüsva görüb zahirdə, bizdən etmə nifrət kim,

Gədayi-kuyi-eşqik biz ki, sultanlar gədamızdır.

Haçan səndən vəfa gördük, biz etdik bivəfalıq kim,

Səni bunca vəfasız eyləyən xud öz vəfamızdır.

Əgərçi surəti-hadislərik kim, olmarıq baqi,

Fənayi-mütləqik, lakin fənayi-ol bəqamızdır.

Rəhi-cananə təslim olmuşuq, əl çəkmişik candan.

Şəhidi-xəncəri-xunrizi olmaq müddəamızdır.

Nə gunə müşkül olsa kamə yetmək dəhrdən, Seyyid,

Təvəhhüm etmə kim, piri-müğan müşkülküşamızdır.

*/

199

Çün gəlir rüxsarə xət, hüsnün lətafətdən düşər,

Ləkkədar olsa əgər əlmas qiymətdən düşər.

Laleyi-ruyin edər çün daği-pinhan aşikar,

Sünbüli-geysulərin tabü təravətdən düşər.

Lal olur aşiq, gedər çün hüsnü əldən dilbərin,

Rəsmdir, fəsli-xəzan bülbül fəsahətdən düşər.

Xət gələndə, xəlq ara məşuq olur bietibar,

Filhəqiqət, hakimi-məzul hörmətdən düşər.

Ol qədər cövr etmə üşşaqə ki, çəksin səndən əl,

Şəh rəiyyətsiz ola, əlbəttə, şövkətdən düşər.

Bu qədü rüxsar ilə seyri-gülüstan eyləsən,

Gül giribançak olur, sərv istiqamətdən düşər.

Seyyida, gəldikcə ol rüxsari-atəşgunə xət,

Günbəgündən sineyi-aşiq hərarətdən düşər.

*/

200

Könül təpidələnir,yoxsa nazlı yar, gəlir

Uçur gözüm,məgər ol sərvi-gülüzar gəlir?

Səba gətirdi genə mucdeyi-gülüstanı,

Şükufələr açılır,fəsli-novbahar gəlir

Zibəs ki, müntəzirəm hər ayaq sədasından

Təsəvvür eyləyirəm bəlkə nazlı yar gəlir.

Əyağı al ələ,saqi,mənə peyapey ver,

Amandı,qoyma,mənim başıma xumar gəlir

Şərari-tiğ ilə yandır məni, əgər məndən, "

həbibim,ayineyi-könlüvə qübar gəlir.

Məgər ki,rəhgüzəri-yardə açıb zülfün,

şamə ləxləxeyi-nafeyi-tatar gəlir.

Zibəs ki;arizüvün həsrətin çəkər Seyyid,

ılsa yüz güli-tər gözlərinə xar gəlir.

*/

201

Dedim:ey gül, niyə etdin məni zülfündə əsir?

Dedi:divanə olan şəxsə gərəkdir zəncir,

Dedim:ol turreyi-pürçində nədir rüxsarın?

Dedi:bu surəti.Çin içrə qılıblar təsvir.

Dedim:ol arizi-zibadə nədir xətti-siyah?

Dedi kim, mushəfi-rüxsarıma düşmüş təfsir.

Bu ümid ilə ki, qanımı tökə qəmzən oxu,

Ey gözün sədqəsi,əmdən qılıram yüz təqsir.

Xameyi-Seyyid əgər kim, ola yüz muyşikaf,

Sifəti-muy-miyanın edə bilməz təhrir.

*/

202

Dil ki şəmi-ruyinə bir dilbərin pərvanədir,

Yansa ol şəmin odundan,bilməzəm pərva nədir.

Eybi yox,bağlansa könlüm,ey pərivəş,zülfüvə,

Layiqi-zəncir olur hər kimsə kim,divanədir.

Məsti-mey gördükdə zahid,tən qılma çox mənə

Kim,əzəldən sərneviştim guşeyi-meyxanədir.

Xali-olmaz bir zaman çeşmin xəyalından könül,

Şükr,olub mərdümnişin,hərçənd kim viranədir.

Çıxdı can vəslində təndən,rəsmdir çıxmaq, bəli,

Aşinalər söhbətindən kimsə kim biganədir.

Gəndümi xalın görüb allanma yarın,ey könül,

Bu,bəlayi-Adəmə bais olan bir danədir.

Ol pərirüxsar fikrin salma,Seyyid,könlüvə,

Afəti-candır sənə, fikr etmə kim,cananədir.

*/

203

Dəhənin dilbərimin çeşmeyi-heyvan dedilər,

Kim inanır bu sözə, göz görə böhtan dedilər,

Zülfünə söylədilər müşki-Xəta, nafeyi-Çin,

həqqini bilmədilər,hərfi-pərişan dedilər.

Gördülər qan içici gözlərini əhli-nəzər,

Bu sitəmgərləri axırda tutar qan,dedilər.

Gətdilər duzəx odun aşiq üçün dünyayə,

0 cikərsuz odun adını hicran dedilər,

hicr dərdinə dəva sordum ətibbalərdən,

Dəhənin vəslinə, Seyyid, genə dərman dedilər.

*/

204

Mahi-nov bəhsi, eşitdim ki,o əbru ilədir,

İncəlib,vəchi budur kim,qəmü qayğu ilədir.

şirin dağ çapırsan bu qədər,ey Fərhad,

Tələbi-vəsl məgər qüvvəti-bazu ilədir?

Olmasa əşk,çıxardıb atar idim gözümü,

Sədəfin izzəti,ari,düri-incu ilədir.

Asitanın daşına başını qoymaz zahid

Ki, onun rahəti bir balişi-pərqu ilədir.

Gözümün yaşını mən eyləmə kuyindən kim,

Zinəti cənnəti-firdovsi-bərin cu ilədir.

Xəttini ruyinə geysusu gətirdi o məhin,

Dəxi bundan sora hər büğzüm o keysu ilədir.

Görəni muy miyanın o pərinin Seyyid

İncəlib mu kimi,əşarı dolu mu ilədir.

*/

205

Dövri-rüxsarında mişkin sünbüli-pürtabdır,

Ya salıbdır sayə xurşid üzrə müşki-nabdır.

Arizin dövründə ya pərvanədir ənbərfəşan,

Ya şikari-can üçün eşq əhlinə qüllabdır.

Ol məhi-rüxsarə zülfün kim düşər,bir vəchi var,

Ari, əksər cilvəgahı əqrəbin məhtabdır.

Çeşmi-xabaludü məxmurun nə bilsin halını,

Gözlərim hicrinlə.kim,şəb ta səhər bixabdır.

Məscidü minbər nə lazım maili-rüxsarüvə,

Qaşların vəqti-ibadət aşiqə mehrabdır.

Seyyida,əhli-vəfa derlər ki, bu aləmdə var,

Adı var,lakin özü ənqa kimi nayabdır.

*/

206

Ənbər saçılır, qafileyi-ud gəlibdir.

Guya ki,genə çəngü dəfü ud gəlibdir.

Xurşid genə tale olub bürci-həməldən,

Beytüş-şərəfə əxtəri-məsud gəlibdir.

Əyyami-bahar oldu,açıldı gülü lalə,

Dünyayə məgər cənnəti-mövud gəlibdir?

Bütxaneyi-Şirvanə genə bir büti-ziba,

Ya surəti-insanə o məbud gəlibdir

Ol qaşı hilalım yetişib həddi-kəmalə,

Bildirki ziyanın eləyib sud, gəlibdir.

Seyyid,gəlib ol gövhəri-nayab səfərdən,

Gövhər saçılır,lölöi-mənzud gəlibdir.

*/

207

Şükr eylə,könül,söhbəti-cananə yolun var,

Ey tutiyi-şeyda,şəkəristanə yolun var.

Məhrum degilsən hələ kuyindən o şuxun,

Ey bülbüli-şuridə,gülüstanə yolun var.

Ey səbzeyi-xət,sən ki ləbi-yarə yetişdin,

Bir Xızrsan,ol çeşmeyi-heyvanə yolun var.

Ey şanə,bu könlüm kimi sədçak neçinsən,

Ol silsileyi-zülfi-pərişanə yolun var?

Bu bisərü padən niyə bidadüvi kəsdin,

Ey şux, sənin kim, belə ehsanə yolun var?!

Bu ülfəti-zahirdən əgər mən olursan,

Qurbanın olum,ülfəti-pinhanə yolun var

Seyyid,dəxi bu tale əlindən nə şikayət,

Ey mur,sənin bəzmi-Süleymanə yolun var.

*/

208

Ol iki zülfdə rüxsareyi-canan görünür,

Genə xurşid bu gün daxili-Mizan görünür.

şməyən eşqə nə bilsin ki, nədir müşkülümüz,

Ari,qəm çəkməyənə qəm yükü asan görünür,

Sənsiz,ey gül,gözümə mövsimi-hicranında

Gər gülüstanə baxam xari-müğilan görünür.

Dəhənin bir səri-mudur,buna söz yox,amma

Bir müəmmadı ki,yüz nükteyi-pinhan görünür.

Görünür zülfün arasında məhi-rüxsarın,

Şükr-lilləh ki,genə küfrdə iyman görünür.

Necə mən badə içim ləli-ləbindən ayrı,

Sənsiz,ey gül,meyi-gülgun gözümə qan görünür.

Dövri-rüxsarüvi tutmuş genə ol zülfi-siyah,

Əcəba, bir mələkə yar iki şeytan görünür.

Dəhənin sirrini sordum--dedi,yoxdan nə deyim

Seyyidin nöqtəcə yox əqli, nə nadan görünür.

*/

209

Nə zəxmi-qəmzəsi,nə tiri-dilsitanımdır,

Salan bu rəngə məni çeşmi-xunfəşanımdır.

Nə gül-şüküftədi çeşmimdə əşki-alə səbəb,

Nəvayi-mürği-çəmən baisi-fəğanımdır.

Əlimdə badeyi-gülgun,yanımda yarım yox,

Bahar fəslidir,əmma mənim xəzanımdır.

Görüb üzarını zülfi-kəcində ol şuxün,

Dedim:bu gün qəmər Əqrəbdədir, qiranımdır.

Dedim: cahanda nədir bunca qilü-qalə səbəb,

Dedi:arayə düşən məbhəsi-miyanımdır.

Diyari-yarə bu gün etmişəm səfər əzmin,

Bu tazə şerlər əhbabə ərməğanımdır.

Mənəm o tairi-qüds-aşiyanə kim,Seyyid,

Behişti-Ədn mənim köhnə aşiyanımdır.

*/

210

Xəlqin iymanını gər məkr ilə şeytan aparır,

O pəriçöhrə nədəndir ki,bəs iyman aparır?

Ey kəman qaşlı,məni yarələdi qəmzən oxu,

Zülfünü bas yarama, qoyma, məni qan aparır.

Dil çəkər canı səri-kuyinə zibh etmək üçün,

Sanki hüccac Mina dağına qurban aparır.

Eşqdir əldən alan din ilə iymanı, vəli,

Xəlqdən töhməti-bihudəni Sənan aparır.

Zahid ol zülfdə rüxsarını gördükdə dedi:

Bu o hindubeçədir məktəbə Quran aparır.

Kimsə kim, geyməyə meydani-məhəbbətdə kəfən,

Onu məşuqi-əzəl məhşərə üryan aparır.

Çəkməyin Seyyidi-laməzhəbi meyxanə sarı,

Kafəri Kəbə ara hansı müsəlman aparır?

*/

211

Hər dəm ki, meydən ol büti-tənnaz məst olur,

Dərdi-təğafül ilə könüllər şikəst olur.

Gər mey bu isə, saqisi ol qarə gözlü yar,

Zahid satıb əmaməsini, meypərəst olur.

Aşiq degil əgər üzüvə gün, nədəndi bəs,

Hər gün düşüb ayağuvun altında pəst olur?

Bu qarə zülfü kakili-mişkin ki, səndə var,

Gər Cəbrəil görsə onu paybəst olur.

Seyyid kimi cahanda ayılmaz xumardən,

Hər kim ki, məsti-badeyi-cami-ələst olur.

*/

212

Eşq əhli yarsız ki meyi-ərğəvan içər,

Zahirdə meydir içdigi, mənadə qan içər.

Gözdən rəvan olur çigərim qanı rəşkdən,

Qeyr ilə mey kim, ol büti-namehriban içər.

Kövsərdən əl götürrəm, əgər olsa hasilim

Ol dürdi-badə kim, onu piri-müğan içər.

Pirahəni-fələkdə şəfəq sanma, ey könül,

Üşşaq qanıdır ki, tökər, asiman içər.

Sanmın ki, tövbə eylədi Seyyid şərabdən,

Vaiz məzəmmətin görüb eldən nihan içər.

*/

213

Ta ki dil nükteyi-mövhumdən inkardədir,

Bilməz ol rəmzi ki, müzmər dəhəni-yardədir.

Hər «ənəl-həq» söləyən aşiqə Mənsur demin,

Aşiq oldur ki, onun başı səri-dardədir.

O təcəlla ki, olub Turdə Musayə əyan,

İndi gəl gör ki, onu xaneyi-xümmardədir.

Şəmə pərvanə özün vurmağını sanma əbəs --

Kim, həyatı var onun şəmdəki nardədir.

Kəbənin örtügünü tikməyə xəyyati-qəza

İstəsə vermənəm ol riştə ki, zünnardədir.

Səbhə təklifini etmə mənə, ey Seyyidi-xam,

Sən xəyal etdigin iş zahidi-küffardədir.

*/

214

Ol xanə kim, ol Kəbeyi-ərbabi-səfadır

Meyxanədi kim, məzhəri-əsrari-xudadır.

Qurban belə meyxanəyə kim, fərq olunmaz,

Gər sakini sultani-cahan, ya ki gədadır.

Oxşatma onu məscidə, zahid, səni tarı,

Onda nə əməl kim ola, bireybü riyadır.

Biz çakəri-ol piri-müğanik ki, şərəfdən,

Xaki-qədəmi dideyi-xurşidə ziyadır.

Ol xaceyi-lövlakü tərazəndeyi-əflak--

Kim, zati-şərifinə tüfeyl ərzü səmadır.

Hər badə ki, qiymət tapa feyzi-nəzərindən,

Caminə Cəmü badəsinə əql fədadır.

Xaki-dəri-meyxanəni çək çeşmüvə, Seyyid --

Kim, dideyi-qəmdidənə ol xak dəvadır.

*/

215

Ol İsiyi-şeşmahə ki, xurşidliqadır,

Bir mühyiyi-əmvatü müinüz-züəfadır.

Ol mayeyi-iksir ki, xümdür ona məva,

Dərvişə qina, xəstəyə can, pirə əsadır.

Öz cövhəri-zatindədi bu nəşə şərabın,

Zati gərək əşyadə səfa, yoxsa həbadır.

Minayi-meyi aldım əba altına, zahid,

Gəl tökmə bunun qanını kim, Ali-Əbadır.

Tökmə meyi-nabı yerə, ey zahidi-gümrah,

Bu xuni-xuda, xuni-şəhi-Kərbübəladır.

Meydən qərəzin bilməsə, bak eyləmə, nadan,

Zövq əhli bilir kim, bu nə meydir, nə səfadır.

Seyyid, səni kafər desə zahid nə qəmin var,

Məhşərdə sənin dadrəsin şiri-xudadır.

Əl çəkmə meyi-nabdən, ey Seyyidi-müztər

Kim, dürdi onun daruyi-dərdi-şüəradır.

*/

216

Hanı ol guşeyi-meyxanədə şad olduğum günlər,

Şərabi-nabə dildar ilə mötad olduğum günlər..

Mənə təlx oldu eyşim pirlikdən, hanı, ey tale,

Ləbi şirinlərin zövqilə Fərhad olduğum günlər.

Məni az qaldı səyyadi-əcəl seyd eyləsin, ey dil,

Hanı ol ahuyi-rənayə səyyad olduğum günlər.

Əsir oldum sənə, ey tifl, əmma həsrətim artar,

şəndə yadə ol məktəbdən azad olduğum günlər.

Məni Seyyid kimi yandırdın, ey bidadgər, əmma,

Yanar könlün məni-biçarəyə, yad olduğum günlər.

*/

217

Ta qeydi-dil ol silsileyi-pürxəm olubdur,

Ol silsilə tək hali-dilim bərhəm olubdur,

Ol tifl ki, gəhvarədə olmuşdum əsiri,

Bir ruhi-rəvan, şuxi-Məsiha-dəm olubdur.

Ol qaşı hilalım yetişib həddi-kəmalə,

Rövşən edib aləmləri, bir aləm olubdur.

Nöqsanımı gördün sənə ixlasdə, bizdən

Lütfən nə səbəbdən belə, ey məh, kəm olubdur?Q

Məskən eləyib cənnəti-kuyini o hurün,

Seyyid də gəlib, gör dəxi, bir adəm olubdur.

*/

218

Əbr niysan suyunu takə gər əfşan eylər,

Dürr olan qətrələrin ləli-Bədəxşan eylər.

Mən əsiri-qəmi-hicranı, o gül qeyr ilə yar,

Məni dərdiylə qoyub, özgəyə dərman eylər.

Məgər ol mahi-təmam ömrdə bir yarı gecə

Çıxıban busə verə, can ala, nöqsan eylər?

Xəlqdən ta bu firib ilə könül almaq üçün

Qeyr yanında mənə lütfi-firavan eylər.

Yoxsa sultani-qəmin məmləkəti-canə gəlir

Ki, könül dağ ilə sinəmdə çirağan eylər.

Mənə öz vəslini, zöhhadə verir baği-behişt,

Lütfi-həq hər kəsə dilxahını ehsan eylər.

Yarsız seyri-çəməndən nə bitər, ey Seyyid,

Bağban eşşəgi də gəşti-gülüstan eylər.

*/

219

Saqi ki əldə badeyi-mərcan dolandırır,

Canlar fəda o canə ki, bir can dolandırır.

Ol zülfə vermə yüz ki, onun yüz xətası var,

Cənnətdən axır Adəmi şeytan dolandırır.

Canan dolandırır məni rüxsarı dövrünə,

Pərvanəni o şəmi-şəbistan dolandırır.

Zülmati-xətdə görsə ləbi-yarı, rəşkdən

Xasiyyətini çeşmeyi-heyvan dolandırır.

Gahi dəhanı könlüm edər aşikarə qan,

Gəh canı nöqteyi-ləbi pinhan dolandırır.

Bənzər cəmalı mərkəzi-xurşid dövrünə,

Səyyarələr tək, aşiqi hər yan dolandırır.

İstər o afitab ləbi-ləlin öpməgə,

Dilxun olubdu Seyyidi gör qan dolandırır.

*//

220

Demək hali-dili-zarı o gülrüxsarə müşküldür,

Məbadə inciyə qəlbi, bu dərdə çarə müşküldür.

Desəm yar öldürür, dərdim deməzsəm dərdi-pinhani,

Əlaci-çareyi-dərdi-dili-sədparə müşküldür.

Əgər bürqə üzarə salmasan, ey çeşmeyi-xurşid,

Şüai-arizindən hüsnüvə nəzzarə müşküldür.

Ümidi-Kəbeyi-didarın ilə olmuş avarə,

Yetişməzsə əgər dil dövləti-didarə, müşküldür.

Sirişkim meyli-kuyin eyləmiş, verməz rəqibim yol,

Məxuf olsa əgər yollar, güzər zəvvarə müşküldür.

Rəqiba, şöleyi-nari-fərağından hərasım yox,

Təsəvvür etmə kim, pərvanə yanmaq narə müşküldür.

Qəmi-dildarı pinhan saxla dildə candan, ey Seyyid

Ki, məhrəm eyləmək biganəni əsrarə müşküldür

*/

221

Göstərir məscidi zahid ki, bu iyman yoludur,

Bunu da bil ki, könül, meykədə ürfan yoludur.

Kəbəyə əhli-həqin batini-dildəndi yolu,

Qeyri yol getsən əgər, quli-biyaban yoludur.

Qorxuram getməyəsən Kəbəyə, ey ərabi!

Getdigin rah müxalifdi, bu şeytan yoludur.

Tut könül, ali-Əli damənini, eyləmə qəm,

Get bu yoldan ki, bu yol Buzərü Səlman yoludur.

Demə meyxanə yolun rahi-zəlalət, vaiz!

Oğlun ölsün, bir ayıl, bu Şəhi-mərdan yoludur.

Kuyi-cananə yetişməksə muradın, Seyyid,

Tərki-can eyləmək ol mənzilin asan yoludur.

.*/

222

Gərçi dil seydinə, ey gül, xət ilə xalın var,

Leyk ondan bu gözəldir ki, gözəl halın var.

Genə kimlər ürəgin qan edəcəksən, ey məh,

Bu rüxi-al ilə çıxmaqda bu gün alın var.

Çox baxırsan dəhəni-yarə, könül, yoxsa genə

Məbhəsi-nükteyi-mövhumdə əşkalın var.

Zahida, sən ki, bilirsən özüvü hal əhli,

Bir öz əhvalüvi bilməzsən, əcəb halın var.

Tut ki, ey mürği-dil, oldun bu qəfəsdən azad,

Uçmağa cənnəti-kuyinə məgər balın var?

ıram müshəfi, yüz dəfə, «əlif-lam» gəlir,

Qamətü zülfdə, ey dil, nə gözəl falın var.

Seyyid, ol hurvəşin vəslin edərsən xahiş,

Olmağa cənnətə şayistə nə əmalın var?

*/

223

Gözün qurbanı saqi, dur mənə ritli-giran doldur,

Səbükruh et məni, mey camın, ey ruhi-rəvan, doldur.

Saralmış zəfəran tək arizim bir gül fərağından,

Qızart rüxsarımı, camə şərabi-ərğəvan doldur.

Nə.müddətdir əyağım, başın üçün xalidir meydən,

Əlim tut, dadə yet, mey camın, ey arami-can, doldur.

Əyaği badədən xali görən dəm qan olur könlüm,

Gözüm, gər badeyi-gülfam yoxdur, camə qan doldur.

Visali-yar biəğyar, məclis xali, mey hazır,

Nədir ehmalə bais, saqiya, öldüm, aman, doldur!

Muradınca dönə dövri-fələk, ey saqiyi-məhru,

Hilali-sağəri xurşidi-meydən dur, dolan, doldur.

Əgər məşuqə mənzurundu, get bir şahibaz istə,

Bu məşhur bir məsəldir, Seyyida, «qaz vur, qazan doldur»

*/

doldur»..

224

Qətlimə meyl əgər ol dilbəri-növşad eylər

Qəm əlindən qutarır, könlümü həm şad eylər.

Neçə illərdi qılıb silsileyi-zülfə əsir,

Nə məni öldürür ol sərv, nə azad eylər.

Gər o Şirin ləbi-ləlini şəkərbar etsə,

Gətirir şurə, cahan əhlini Fərhad eylər.

Mələkülmovt əgər qəmzənə şagird olsa,

Az zamanda onu can almağa ustad eylər.

Afərin navəki-xunrizüvə kim, sinəmdən

Çəkməgə cani-həzini, mənə imdad eylər.

Ta ki, zülmün eşidib etməyələr meyl sənə,

Sitəmindən, görə hər kimsəni dil, dad eylər.

Meyi-gülfamə dönən ol ləbi-ləlin həvəsi,

Səni mey şürbünə ey müğbeçə, mötad eylər.

Seyyida, yar eşidib naleyi-zarimi dedi:

Bu nə itdir ki, gəlib kuyimə fəryad eylər.

*/

225

Xət gəldi ruyi-dilbərə, ey dil, hicabı var,

Zülfi-siyahı tək o gülün piçü tabı var.

Hərçənd hüsnə yazdı qəzəl kilki-süni-xət,

Amma rümuzi-nazə hələ yüz kitabı var.

Gəldi xəti əgərçi üzə xari-xüşk tək,

Gülbərgi-tərdi ləli, hələ abü tabı var.

Bu şərmdən ki, dil -- üzün ayinədir -- demiş,

Simab kimi lərzə edər, iztirabı var.

Yadi-ləbi-nigarım ilə vurduğuna laf

Oldu həram badə, dilin ictinabı var.

Rəncidə eyləyib gülü bülbül fəğan ilə,

Başın çəkib qanadına, güldən hicabı var.

Bülbül, keçirmə bağdə qəflətlə ömrüvü,

Gül açılıbdı, getmək üçün çox şitabı var.

Hərdəm ölür görəndə rəqib ilə yarını,

Öldürsə Seyyidi o şahə çox səvabı var.

*/

226

Sanma ki, çeşmdən üzümə əşki-tər gəlir,

Bu çeşmə xüşk olub, dəxi xuni cigər gəlir.

Ey mövci-əşk axma, dəxi tutma yolların,

Bir rəhgüzar ver, o büti-simbər gəlir.

Gəh yad zülfün eyləyirəm, gah kakilin,

Bir fikri etməmiş, dilə fikri-digər gəlir.

Kəsmə ümid vəsldən əyyami-hicrdə,

Ey dil, bu şam kim gedər, axır səhər gəlir.

Gər mücdeyi-visalı gələ, yoxdu faidə,

Canım çıxar fərəhdən, əgər bir xəbər gəlir.

Dünyayə gəlməyir nə səbəb bir vəfalı yar,

Bais nədir ki, biri-birindən bətər gəlir?

Seyyid gedər, dedim, səri-kuyündən, ey pəri,

Güldü ki, könlü məndədir anın, gedər, gəlir.

*/

227

Əhli-eşqin, zahida, cismindəki can özgədir,

Aləmi-mənadə, bil, can özgə, canan özgədir-

Aşiqin hərçənd xoşdur yarı olmaq bəzmdə,

Lakin, ey şeyda könül, yari-zəbandan özgədir.

Küfrü iymanı nə bilsin zülfüvə bənd olmayan,

Mülki-iyman özgədir, bu kafəristan özgədir.

Ey ləbi-dildardən qafil olan Xızri-fəqir,

Ləli-dildar. özgədir, ol abi-heyvan özgədir.

Ey könül köhli-Sifahan sanma xaki-payını,

Tutiya bir özgə şey, köhli-Sifahan özgədir.

Ney-şəkərdən, hind ara, tuti tapar zövqü səfa,

Bilməyir ləli-ləbində şəkkəristan özgədir.

Seyyida, xubani-Xülləxdən nədir övsaflər,

Mülki-Xülləx özgə, xaki-paki-Şirvan özgədir.

*/

228

Ey gül, sənə hali-dili-şeydanı deməzlər,

Hali-dili-zari-məni-rüsvanı deməzlər.

Gördüm o siyəh türrəni rüxsaruva düşmüş,

Yandım oda, bu atəşi-suzanı deməzlər.

Xəttin bilirik müshəfi-hüsnündə, nə məna,

Ləfzi oxudurlar bizə, mənanı deməzlər.

Sirri-dəhəni-yarı, könül, axtar, özün tap,

Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər.

Ləlin qəmi öldürdü məni, kimsə inanmaz,

Can qatili aləmdə Məsihanı deməzlər.

Bimar məni etdi gözün, ikki dodağın

Dərdimi.bilirlər, mənə dərmanı deməzlər.

Qafildi gər ol şəm qəmindən, nə məzəmmət,

Seyyid, ona suzi-dili-şeydanı deməzlər.

*/

229

Aşiq əgərçi yarı görüb könlü şad olur,

Amma ki, çərx cövrü ilə namurad olur.

Mane olullar aşiqə kim, mehri az ola,

Qafil ki, mən olsa məhəbbət ziyad olur.

Şiddət edincə mən olur suzi-dil füzun,

Dəryadə mövcə bais olan tünd bad-olur.

Zail olurmu pənd ilə aşiqdən eşqi-yar,

Damən çalanda şöleyi-nar izdiyad olur.

Bazari-hüsnə aşiqi-miskindi müştəri,

Aşiq ki yoxdu, hüsn mətaı kəsad olur.

şhur qıldı eşqi-Züleyxa o Yusifi,

Aşiqdə hüsn şöhrətinə ictihad olur.

Seyyid, rümuzi-eşqdə sən də çıxartdın ad,

Ta kim, zəmanə var, sənə eşq ilə ad olur.

*/

230

Yüz sərvi-xuraman ola, könlüm səni istər,

Yüz baği-gülüstan ola, könlüm səni istər.

Yüz zöhrəcəbin, mahliqa, mehri-dilara,

Yüz min məhi-taban ola, könlüm səni istər.

Bu zülməti-zülfündə ləbin abi-bəqamız,

Yüz çeşmeyi-heyvan ola, könlüm səni istər.

Ey xublərin şahı, könüldür sənə talib,

Aləm hamı xuban ola, könlüm səni istər.

Ey dust, bizə huriyi-qılman nə gərəkdir,

Yüz huriyi-qılman ola, könlüm səni istər.

Seyyid degiləm bənd olam hər bir güli-alə,

Yüz qönçeyi-xəndan ola, könlüm səni istər.

*/

231

Ləbini açsa o gül məhfilə şəkkər tökülür,

Ləfzi təkrar eləsə qəndi-mükərrər tökülür.

Nəkhəti-ənbəri-sara bürüyər afaqı,

Hər zaman kim, üzüvə zülfi-müənbər tökülür.

Surətin əksi əgər düşsə, sənin, ayinəyə,

şrədək ayinədən laleyi-əhmər tökülür.

Eyləsəm arizi-zibasına bir oğru nigah,

Qəmzəsindən o bütün üstümə xəncər tökülür.

Bu gecə içmisən, ey lalərüx, ol qədr şərab,

Məstü məxmur gözündən meyi-Xüllər tökülür.

Vermisən dil gecə sən hansı ləbi-mərcanə,

Seyyida, şeri-tərindən dürü gövhər tökülür.

*/

232

Alan qərarımı ol zülfi-ənbərin-mudur,

Salan bəlayə məni xalü xətti-gülbudur.

Mücən, gözün, nigəhin, əbruvani-xunrizin,.

Cahanı qarət edən ləşkəri-hülakudur.

Dedim ki, kimdi tökən eşq əhlinin qanın

Göz üstə qaşını oynatdı kim, bu əbrudur.

Xəyali-baliş edib üstə başımı qoydum,

Süreyni sanki o gülçöhrənin pəri-qudur.

Sanır görən gözüvü zülfi-çin arasında

Kəməndi-pürxəmi-xaqan ara bir ahudur.

Yəqin ki, şaxi-gül üstündə aşiyanə tikib,

O qarə zülf cəmalında bir pərəstudur.

Əcəb yox əksi-qədi zahir olsa çeşmimdə

Məqami-sərvi-rəvan, Seyyida, ləbi-cudur.

*/

233

Həmdəm şitadə gər mənə ol gülüzar olur,

Fəsli-şita dönüb mənə bir novbahar olur.

Ey göz, bu qədr ağlama, tökmə sirişki-xun,

Dildə nihani zəxmlərim aşikar olur.

Peykanların gəlibdi könüldə əyadətə,

Bimari-eşqə gör nə gözəl qəmküsar olur.

Ey zülfü qarə, tökdü qaşın qanımı mənim,

Olsa Əli əlində belə Zülfiqar olur.

Şəhmari-tari-zülfüvü üzdən kənarə çək,

Mehri-rüxün tutulsa, günüm tar-mar olur.

Qoyma piyadə dəşti-bəladə tutub əlim,

Bu ərsəgəhdə sən kimi az şəhsüvar olur.

Seyyid, rəqibi yar ilə gördükdə incimə,

Hər bir çəməndə, rəsmdi, gül olsa, xar olur.

*/

234

Qönçənin bağrını əzzəldə fələk qan eylər,

Sonra könlünü açıb dəhrdə xəndan eylər.

Səltənət təxtinə bir payədi zindan, ey dil,

Yusifi izzət üçün sakini-zindan eylər.

Çəkməsə rənc kişi gəncə olurmu vasil,

Rəsmdir, rənc çəkən karını asan eylər.

Səbri-Əyyub gərək aşiqi-dilsuxtədə,

Aqibət lütfi-xuda dərdinə dərman eylər.

Olmasa kar pərişan, ona saman olmaz,

Hər pərişanlığa tanrı özü saman eylər.

Bir düşəydi əlimə vəsl, deyəydim bir-bir

Bu cəfalər ki, mənə möhnəti-hicran eylər.

Seyyida, qorxma ki, aləmdə xudavəndi-əhəd

Səni izzətlə dəri-dövlətə dərban eylər.

*/

235

Dersən mənə kim, huriyi-qılman olacaqdır,

Qismət sənə ol Kövsəri-rizvan olacaqdır.

Bəsdir mənə bu saqi ilə badeyi-gülgun,

Mənzilgəhimiz səhni-gülüstan olacaqdır.

Dünyada gərək yari-pərivəş, meyi-biğəş,

Üqbayə baxan kimsə pəşiman olacaqdır.

Bu nəqdi qoyub nisyə dalına nə gedim mən,

Nəqdini verən nisyəyə nadan olacaqdır.

Saqi mənə qılmandı, şərabım meyi-Kövsər,

Vaiz çigəri həsrət ilə qan olacaqdır.

Fövt eyləmə bu fürsəti,ey aqilü huşyar,

Ömrün gedəcək, dəhr özü viran olacaqdır.

Seyyid degiləm nisyə sözə bavər edəm mən,

Nəqdi-hünərim camə girovgan olacaqdır.

*/

236

Dünyadə eşq qədrini huşyar olan bilir,

Azadəlik səfasını bidar olan bilir.

Xurşid qədrini nə bilir huşi kurlər.

Bu feyzi-nuri sahibi-əbsar olan bilir.

Qədri-kəmali-hüsnü bilir aşiqi-həzin,

Əlbəttə, qədri-zərri xəridar olan bilir.

Qal əhli bilməsə dəhənin sirrin, eybi yox,

Sərbəstə sirri məhrəmi-əsrar olan bilir.

Aşiq çəkən qara günü əyyami-hicrdə,

Sevdayi-zulfün ilə günü tar olan bilir.

Çeşmindən özgə hali-dilim kimsə bilməyir,

Bimarlər bəlasını bimar olan bilir.

Mən çəkdigim bəlaləri, ey Seyyidi-həzin,

Dərdi-fəraqi-yarə giriftar olan bilir.

*/

237

Çün xakə təcəlla elədi xaliqi-cəbbar,

Öz surətini xaki-siyəhdən edib izhar.

Çün oldu bəşər əhsəni-təqvimdə təxmir,

Bu xak təcəllayi-həqə oldu səzavar.

İstərdi mələk, adəmi kim, tapmıya xilqət,

Hüsni-bəşəri gör ki, mələk oldu giriftar.

Harut ilə Maruta edim mən nə məzəmmət,

Cibrili-əmin düşsə bu sevdayə, olur xar.

Nə çarə edim eşqimə bəs mən evi viran,

Yüz Zöhrəyə mən müştəriyəm, valehi-didar.

Yüz göz görürəm ki, hamısı sehrdi, cadu,

Bimar qılıbdır məni bir gözləri bimar.

Yox məndə hələ nəfsi-mələk qüvveyi-qüdsi,

Axır bəşərəm, rəhm qıl, ey xaliqi-qəffar.

Gər etməz idin arizi-dilbərdə təcəlla,

Seyyid bu qədər olmaz idi yarə tələbkar.

*/

238

Dəllak pəsər kayineyi-əhli-nəzərdir.

Bir surəti-bimisldi, bir şəkli-digərdir.

Əbruləri bir tiğdi, müjganları nəştər,

Rəgdən açılan nəştərinə xuni-çigərdir.

Cam ilə hicab oldu onun tiğinə başım,

Başıma bəla oldu mənim də, bu nə sərdir.

Bir əldə tutub tiğini, bir əldə tutub səng,

Dəvayə gəlirsə ona canım nə sipərdir.

Əl vursa əgər çərxə, çıxar göglərə ahım,

Ey çərxi-cəfakar, sənə cayi-həzərdir.

Miqrazi-cəfa ilə əgər rişteyi-ömrüm

Qət eyləsə billəh deməzəm kim, nə xətərdir.

Şanə kimi_sədçak idi könlüm bu həsəddən

Kim, şanəkəşi-türreyi-hər şebədəgərdir.

Ey gül, nə rəvadır dura hər xarə müqabil

Ruyin ki, gülüstani-səfadə güli-tərdir.

Ey kaş, olaydım qayış ol muymiyanə,

Vəh-vəh, nə gözəl muymiyanü nə kəmərdir.

Tas öpdü əlin, bağrını su eylədi Seyyid,

Gözdən tökülən əşk degil, xuni-cigərdir.

*-

239

Qadan alım, ay qara göz, sənə bu əda neçindir,

Nə üzüqaralıq etdim, mənə bu iza neçindir?

Sənə al don yaraşır, niyə geymisən qəra sən,

Məgər aşiqin ölübdür, sənə bu əza neçindir?

Yanağındı lalə nisbət, dodağın əqiq manənd,

Bədənin səfidi-safi, bəs adın qara neçindir?

Mənə ad Qara gərəkdir ki, mənim günümdü qarə,

Bu ad ay vəfalı dilbər, de görüm sana neçindir?

Sənə aşiq olsa hər kəs, olu qarəbəxt billah,

Yox isə bu ad səninçün sənəma, şəha, neçindir?

Dili zəxmdar Seyyid yetə gər o qarə zülfə,

Dəxi qarə lazım olmaz, ona bəs dəva neçindir?

*/

240

Qəbr evinə o ki, bir şişə meyi-nab aparır,

Atəşi-düzəxi söndürməgə seylab aparır.

Abidin səhvini eyb etmə, qaşın şövqü ilə

O qədər fikr qılır, əqlini mehrab aparır.

Güzərim kuyüvə düşcək ayağım toprağını

Tutiya etmək üçün çeşminə, əshab aparır.

Şəbi-hicran mücələr tutmasa çeşmim önünü,

Giryədən sübhə kimi aləmi seylab aparır.

Şərhi-zülfün gecələr Seyyidi qoymuş bidar,

Gərçi əfsanə uzandıqca gözü xab aparır.

/*/

241

Hüsndə Yusifə düşməz edə canan ilə bəhs,

Ey əzizim, nə rəva qul edə sultan ilə bəhs.

Səcdə qıl yarə, könül, baxma o zahid sözünə,

Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs.

Dəhənin nöqtə bilib əhli-dəqayiq o məhin,

Bunda söz çox, nə edim bir neçə nadan ilə bəhs-

Payi-cananə fəda qılmaq üçün vəsl günü,

Sibqət etməkdə edər xəstə könül can ilə bəhs.

Sünbülün halı pərişan görünür, yoxsa edib

Ol üzü qarə bu geysuyi-pərişan ilə bəhs.

Hüccəti-qatei yox, qönçə, vəli, ağzın açıb,

Bilməm eylər dəhəni-yarə nə bürhan ilə bəhs.

Şeri-möcüz əsəri-Seyyid ilə bəhs qılan,

Elədir kim, eləyə ayeyi-quran ilə bəhs,

*/

242

Görək meydən nə fitnə oldu hadis

Ki, zahid söylədi ümmülxəbais?!

Kəmali-cəhli gör kim, söyləmişlər:

Olur mey fitneyi-ürfanə bais.

Şəfaətdən olum üqbadə məhrum,

Əgər bunlarsa elmi-şərə varis.

Ərəqlə badədir ol iki cövhər

Ki, yoxdur onlara dünyadə salis.

Biçərsən məzrəi-üxradə, zahid,

Nə töxmə olmusan əvvəldə haris.

Fəsad əhli qoyub adın müfəssir,

İnad əhli özün söylər mühəddis.

Dəhən şövqilə, gər, yox etdi varın,

Olur hər nüktəyə Seyyid mübahis.

*/

243

Könlümün zövqinə bir qönçədəhəndir bais,

Ləzzəti-ruhuma ol təlxsüxəndir bais.

Şövqi-kuyinlə işim ahü fəğandır, ey gül,

Bülbülün naləsinə yadi-çəməndir bais.

Simgun seyli-sirişkim ki, gözümdən saçılır,

Bir büti-ləli-ləbü simbədəndir bais.

Dil ki, zülfündə qara gün çəkibən səbr eylər,

Onda mu qədri olan hübbi-vətəndir bais.

Ney təki dil ki, nəvalər yetirir üşşaqə,

Bir hüseyni-nəsəbü vəchi-həsəndir bais.

Dil ki, nadidə olub aşiqi-didar sənə,

Ey ləbi ləli-Yəmən, Veysi-Qərəndir bais.

Ləbi-şirinini vəsf et o gulün kim, Seyyid,

Şuri-əşarüvə aləmdə bu fəndir bais.

*/

244

Qızardı ləblərin, ey gül, şərabi-nabdır bais,

Cilayi-lələ, ari, mehri-aləmtabdır bais.

Qaşı tərhində görcək etmişəm mehrabə xəm qamət,

Nə kim, ey zahidi-kəcbin, mənə mehrabdır bais.

Dəmadəm saf edər qanımı təndə buseyi-ləlin,

Bəli, təltifi-xuni-cism üçün innabdır bais.

Könüldə cünbüş artar, ey düri-tər, ahü əşkimdən,

Neçün ki, cuşi-bəhrə bad ilə seylabdır bais.

Üzün üz verməsəydi üzdə zülfün cilvə etməzdi,

Bu rövşəndir ki, seyri-əqrəbə məhtabdır bais.

O kuyin itləri avazəsindən şad olur Seyyid,

Bəli, zövqi-dili-əhbab üçün əhbabdır bais. ;

*/

245

Eylər şərab ləli-ləbinlə müdam bəhs,

Gün tək bu rövşən oldu ki, eylər həram bəhs.

Napüxtədir deyən tənüvə simi-xamdır,

Sərraflər yanında nə lazım bu xam bəhs.

Əhli-kəlamə sirri-kəlamın açılmadı,

Bir nüktə üstə etdilə malakəlam bəhs.

Hərdəm qılıb vücudi-ədəmdən hekayələr,

Rəmzi-dəhanın ilə edər xasü am bəhs.

Zülfü rüxün hekayəti yetməz nəhayətə,

Gər etsələr səfidü siyəh subhü şam bəhs.

Mən kuyi-yari, zahid, əgər Kəbədir dedim,

Fərz olmadı ki, sən edəsən biməqam bəhs.

Seyyid, o məhdən ötrü çox etmə mübahisə,

Naqis qalır zəmanədə, olmaz təmam bəhs.

*/

246

Dil etsə nolar sineyi-sədçakə təşəbbüs,

Suyə batan eylər xəsü xaşakə təşəbbüs.

Təngə gəlib ahi-cigərim atəşi-dildən,

Dud ilə çıxıb eyləyir əflakə təşəbbüs.

Dil əksi-rüxün atəş ilə xakdə görmüş,

Gahi eləyir atəşə, gəh xakə təşəbbüs.

Şayəd ki, edə dərk səni qüvveyi-idrak,

Sultani-xəyalım edib idrakə təşəbbüs.

Çəng ur o kəsə, ricsdən etmiş onu həq pak,

Pakizə olan gövhər edər pakə təşəbbüs.

Fitraki-nigarımda mənim seyd olan ahu --

Bu bismili-dil eylər o fitrakə təşəbbüs.

Seyyid gözüvün bəs ki, görüb cövrü cəfasın,

Bundan eləyib qəmzeyi-bibakə təşəbbüs.

*/

247

Ey könül, ləli-ləbi-cananə eylərsən həvəs,

Məxfi qalsın söz, nihani canə eylərsən həvəs.

Gəh sözün meyxanədir, gahi xəyalın saqidir,

Cənnət istərsən, yəqin qılmanə eylərsən həvəs.

Yox işin sirri-dəhani-yari sormaqdan siva,

Sən məgər hər nükteyi-pinhanə eylərsən həvəs.

Ey dili-məcruh, yox müşk ilə zəxmin sazişi,

Bəs neçin ol zülfi-müşkəfşanə eylərsən həpəs.

Gəh təmənna tiğin eylərsən, gəhi peykanını,

Yardən hər ləhzə bir ehsanə eylərsən həvəs,

Ey xəyali-yar, çıxmazsan könüldən, bilməzəm

Sən neçün bu mənzili-viranə eylərsən həvəs?

Seyyida, sal boynuva zünnari-zülfi-yarı sən,

Eşqdə gər rütbeyi-Sənanə eylərsən həvəs.

*/

248

Oldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəs,

Nə çəmən, cümlə cahandır məni-rüsvayə qəfəs.

Aşiq azadə gərəkdir ki, dönər zindanə

Bərgi-güldən ola gər bülbüli-şeydayə qəfəs.

Ağladı bülbül əgər mən kimi hicran gecəsi,

Nə üçün dönmədi bir mövclü dəryayə qəfəs?

Əndəlibi-çəmənü güldə olan zati-şərif,

Nə əcəbdir dəgə gər cümleyi-dünyayə qəfəs.

Seyyida, aləmi-surət əgər olsaydı fəna,

Ləfzlər olmaz idi dəhrdə mənayə qəfəs.

/

249

Qəndü nəbati-Misrə edibdir məgər həvəs,

Ləli-ləbi-nigarə qonub bəxtəvər məkəs,

Ey şanə, sinəçak neçünsən, bəyan qıl,

Səndən sivayi kim olub ol zülfə dəstrəs,

Könlündə olmasaydı əgər məxfi üqdəsi,

Etməzdi bunca naləvü fəryadlər cərəs.

Səhni-çəməndə lalə degil, dilbərim gəlib

Əgnində səbz caməsi, başında al fəs.

Cənnətdə sənsiz olsa əgər hur həmdəmim

Guya qəfəsdə bülbül olub zağə həmnəfəs.

Ey əndəlib, növhələr etmək zamanıdır;

Taracə getdi bağdə gül, qaldı xarü xəs.

Seyyid görüb üzarımı xunin sirişk ilə,

Söylər ki, laləzarə dönüb sahili-Ərəs.

*/

250

Tavusdə şərab idi, ya dideyi-xürus,

Xuni-kəbutər idi və ya atəşi-məcus.

Rəxşan sitarələrmidir övci-sipehrdə,

Ya mahrulər əldə tutub sağərü kəus.

Rüxsarın üzrə xətmi, əfəndim, zühur edib

Ya kim, diyari-Rumu tutubdur sipahi-Rus.

Ta şanəsində zülfünə olsun münasibət,

şvü nümadə kəsbi-səvad etdi abnus.

Səndən rəvadır eyləsələr iddəa əgər

Cəmşid cam, ayinə fərzəndi-Filiqus.

Şad ol bu halə, çəkmə sən ayəndənin qəmin,

Əlbəttə kim, güzəştə üçün eyləmə füsus.

İçdim ki, ərğəvani ola meydən arizim,

Seyyid, fərağdən üzümü qıldı səndərus.

*/

251

Niqabın üzdən aç, ey gül kim, olsun dilguşa məclis,

Məqami-nitqə gəl, ey Kəbə kim, tapsın səfa məclis.

Səhabi-zülf ara etmə nihan xurşidi-rüxsarın,

Qoy olsun, ey hilaləbru, üzündən pürziya məclis.

Nə dil qaldı, nə dildə taqətim, dün şəb eşitdim kim,

Edibdir ta səhər əğyar ilə ol dilrüba məclis.

O məclis kim, ziyası olmaya şəmi-cəmalından,

Nə məclis, eyni zülmət, əhli-eşqə bir bəla məclis.

Hər ol məclis ki, olsun onda rəngin badəvü sadə,

Odur cənnət gər Adəmsən, əfəllah, mərhəba məclis!

Ol ahu gözlü dildarın pərişan eyləyin zülfün

Ki, olsun müşki-tərdən səfheyi-dəşti-Xəta, məclis.

Tökübsən kövkəbi-əşk ilə, Seyyid, hər gecə nalə,

Nə nöqsanı, qoy etsin qeyr ilə ol məhliqa məclis.

*/

252

Axır öldürdü məni bu qəmi-hicran, əfsus!

Bilmədi halımı bir ol şəhi-xuban, əfsus!

Vermişəm sən təki bimehrə könül, qafil olub,

Olmuşam indi yaman yerdə pəşiman, əfsus!

Dil ki, sərmənzili-sultani-xəyalındır, onu

Seyli-qəm hicr günü eylədi viran əfsus!

Qoymadı canımı cananə verim vəsl günü,

Aldı yüz dərd ilə məndən onu hicran, əfsus!

Qasidi-yarə fəda canımı qıldım, xəciləm

Ki, yoxumdur bu təni-zardə yüz can, əfsus!

Yar bimehrü sitəmkar, könül maili-yar,

Seyyida, qalmışam öz halıma heyran, əfsus!

*/

253

Ah, səd ah ki, dildardən oldum məyus.

Soldu gül, gülşənü gülzardən oldum məyus.

«Ləntərani»- dedilər Turdə Musayə genə,

Ah kim, dövləti-didardən oldum məyus.

Ey təbibim, dili-bimarə əlac etmə dəxi,

Mövtə müşrifdi, bu bimardən oldum məyus.

Rəf qıl dərdimi, tut bir neçə cam ilə əlim,

Saqiya, ol gözü xummardən oldum məyus.

Bəli, dərd əhlinin əhvalını dərd əhli bilər,

Kimsə bilməz ki, necə yardən oldum məyus.

Öpdülər ləli-ləbindən